Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1189/2021 04.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı cavabdehdən 261,10 manat abunə və xidmət haqqının və 20 manat dövlət rüsumunun, cəmi 281,10 manat vəsaitin iddiaçının xeyrinə tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 261,10 manat abunə və xidmət haqqının və 20 manat dövlət rüsumunun, cəmi 281,10 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış abunə müqavilələrinə əsasən cavabdeh **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** və ********** nömrəli mobil nömrələr ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmişdir və nəticədə onun 261,10 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən (əgər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, “Azercell” abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc tam ödənilənə qədər “Azercell” tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi 16.09.2019-cu il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan 28.03.2019-cu il və 23.04.2019-cu il tarixli abunə müqavilələrinin surətlərindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında müqavilələr bağlanmışdır. İddiaçı MMC abunəçiyə bu müqavilələrin müddəalarına uyğun olaraq, nömrələri istifadəyə verməyi, rabitə xəttini açmağı və xidmət göstərməyi, abunəçi də öz növbəsində istifadəsində olan (adına rəsmiləşdirilən) nömrələrdən “Azercell”in göstərdiyi xidmətlərin müqabilində bu müqavilələrə uyğun olaraq xidmət haqqını və digər ödənişləri həyata keçirməyi öhdələrinə götürmüşlər. Müqavilələrin 2.5-ci bəndinə əsasən, faktura xətt sistemində Abunəçi və “Azercell” arasında hesablaşmalar “Azercell” tərəfindən verilən hesab faktura əsasında həyata keçirilir. Müqavilələrin 4.1-ci bəndinə əsasən, fakturalı xətt sistemində Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğini faktura dövrünün sonunda müvafiq hesab fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Müqavilələrin 4.2-ci bəndinə əsasən, hesab fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa “Azercell” Abunəçiyə faktura kəsidiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edilir. Müqavilələrin 14.1-ci bəndinə əsasən, Abunəçi təqsirli olaraq “Azercell”ə vurduğu zərərə və bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam və ya lazımınca yerinə yetirilməsinə görə “Azercell” qarşısında qanunvericilikdə nəzərədə tutulan qaydada tam həcmdə məsuliyyət daşıyır. Müqavilələrin 12.1-ci bəndinə əsasən, abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. İş materiallarında olan cari hesab arayışlarının surətlərindən görünür ki, abonent Cavabdeh MMC-nin ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 5,7 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 4,32 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 7,37 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 4,05 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 8,44 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 7,04 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 7,16 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 6,19 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 7,5 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 7,13 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 3 manat, ********** mobil nömrə üzrə ödənilməmiş faktura məbləği 166,2 manat təşkil edir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 29.12.2020-ci il tarixli, 261 saylı pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən yaranmış borcunun ödənilməsi tələb olunmuş və həmin borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, həmçinin Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Şəfəq qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinə məktub ünvanlanaraq məktub ünvanlanaraq məhkəmə tərəfindən tərtib olunmuş sənədlərin Cavabdeh MMC-yə təqdim edilməsi qeyd olunmuş, bildiriş 05.07.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul olunmuş, lakin iddia tələbinə qarşı əsaslandırılmış etiraz müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada abunə müqavilələri, cari hesab arayışları, pretenziya məktubu və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1).Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə abunəçi Cavabdeh MMC arasında abunə müqavilələri bağlanmışdır. Borclu Cavabdeh MMC İddiaçı MMC ilə bağladığı müqavilələrə əsasən, abunəçisi olduğu **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** və ********** mobil nömrələr ilə İddiaçı MMC-nin rabitə xidmətlərindən istifadə etmişdir. Lakin istifadə etdiyi rabitə xidmətlərinin dəyirini ödəmədiyindən 261,10 manat abunə və xidmət haqqı borcu yaranmışdır. Borcun könüllü ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilməsinə baxmayaraq onun tərəfindən borc ödənilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəlləyə görə, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (maddə 284-5.3). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış abunə müqavilələri üzrə 261,10 manat abunə və xidmət haqqı borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 281,10 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü, 357-ci və 47,870-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. 261,10 manat abunə və xidmət haqqı borcu və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 281,10 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1189/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1189/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver