Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1208/2024 02.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətindən 7782 (yeddi min yeddi yüz səksən iki) manat, 500 (beş yüz) manat zərər, vəkilə xidmət haqqı olaraq ödənilmiş 560 manat pulu və ümumilikdə 8842 (səkkiz min səkkiz yüz qırx iki) manat pulun və iş üzrə ödənilmiş 110 manat dövlət rüsumunun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı MMC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. Cavabdeh "xxxx" ASC ilə aramızda xx.xx.2019-cu il tarixli, 1/19-049AZ saylı müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 1/19-049AZ saylı müqavilə üzrə 2020-ci il ərzində müxtəlif vaxtlarda "xxxx" ASC-də İddiaçı QSC-nin əməkdaşları tərəfindən müqavilə üzrə göstərilmiş ərazilərdə proflaktik məqsədlə gəmiricilərə qarşı tərtib edilmiş xidmət aktları əsasında ümumilikdə 19464 manat dəyərində tədbirlər görülmüşdür. Cavabdeh tərəfindən göstərilmiş xidmət dəyərindən 11682 manat ödənilmiş və buna dair aramızda xx.xx.2023-cü il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi barədə Akt tərtib edilmişdir. Hazırda cavabdeh "xxxx" ASC-nin EMA QSC-yə cəmi 7782 manat borcu qalmışdır. Onu da qeyd edim ki, tərtib edilmiş üzləşmə aktı xx.xx.2022-ci il tarixdə cavabdeh cəmiyyətdə mühasib işləyən Mirsahib Qafarova təqdim edilmişdir. Dəfələrlə cavabdeh "xxxx" ASC-yə İddiaçı QSC-yə olan 7782 manat borcunu ödəməsini bildirsəkdə, cavabdeh bu günə qədər bizə olan borcunu ödəməmişdir. Hazırda cavabdeh "xxxx" ASCdən 7782 manat pulməbləğini başqa qayda da ala bilmədiyimizdən Məhkəməyə müraciət edirik. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsivəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Hümmətov "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan EMA” QSC ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli, 1/19-049 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, “Sifarişçi” bu müqaviləni qiymətlərin razılaşdırma protokolundan (Əlavə 1) göstərilən işlərin və xidmətlərin satın alınması üçün “İcraçı”nın aylıq 1298 manat olmaqla, illik 15576 manat məbləğində (ƏDV daxil) təklifini qəbul edib. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və xidmətlərin İcraçıdan qəbul edilməsini, tələblərə uyğunluğunun yoxlanılmasını və dəyərinin ödənilməsini öhdəsinə götürür. İşdə olan EBBF seriyalı, 191326 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBJ seriyalı, 058268 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBK seriyalı, 313875 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBLseriyalı, 837822 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBN seriyalı, 523577 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBO seriyalı, 828806 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBQ seriyalı, 779899 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBS seriyalı, 382090 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBT seriyalı, 895526 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBV seriyalı, 769218 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBX seriyalı, 868938 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBZ seriyalı, 287763 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBCB seriyalı, 083279 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBCC seriyalı, 996444 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBC seriyalı, 802323 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İş materiallarında olan xidmət aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gəmiricilərə qarşı profilaktik xidmətlər göstərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2022ci il tarixinə qalıq borcu 10.384 manat təşkil edir. İş materiallarında olan bank hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətlərə uyğun olaraq ümumilikdə 11.682 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 7.782 manat borcunun olduğunu bildirmiş, həmin borcun 3 iş günü müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən İddiaçı QSCnin əməkdaşları tərəfindən "xxxx" ASC tərəfindən müqavilə üzrə göstərilmiş ərazilərdə profilaktik məqsədlə gəmiricilərə qarşı tərtib edilmiş xidmət aktları əsasında tədbirlər görülmüşdür. Həmin müqaviləyə əsasən, cavabdeh bu müqaviləni qiymətlərin razılaşdırma protokolundan (Əlavə 1) göstərilən işlərin və xidmətlərin satın alınması üçün iddiaçının 1298 manat olmaqla, illik 15576 manat məbləğində (ƏDV daxil) təklifini qəbul etmiş, cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və xidmətlərin iddiaçıdan qəbul edilməsini, tələblərə uyğunluğunun yoxlanılmasını və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilərək cavabdehə xidmət aktları və elektron qaimələr üzrə ümumilikdə 19.464 manat dəyərində xidmətlər göstərilmiş, cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, ümumilikdə 11.682 manat ödəniş etməklə iddiaçıya müqavilə üzrə 7.782 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Bundan əlavə, məhkəmə qeyd edir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən görülmüş işləri təkzib edəcək və ya borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan 7.782 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, xidmətlər eyni zamanda müqavilə şərtlərinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə xidmət göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətləri qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Məhkəmə, iddianın 500 manat zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi əsassızdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 560 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli saylı ödəniş tapşırığndan görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 560 manat müəyyən olunmaqla “LCG” vəkil bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarındaki hüquqi mövqeyə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ özündə hüquqi yardımın əlçatan olmasını və belə hüququn həyata keçirilməsi üçün şəxslərin real imkanlara malik olmasını da ehtiva edir. Hüquqi yardımla bağlı ödənilməli vəsaitin ağlabatan məbləği də hüquqi yardımın əlçatanlığının təmin edilməsi üçün mühüm amillərdən biridir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan olduğundan 562 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 110 manat dövlət rüsumunun 103,77 manat hissəsi cavabdeh “"xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 7.782 manat məbləğində əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 560 manat və 103,77 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8.445,77 (səkkiz min dörd yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia 500 manat maddi zərərin və 6,23 manat dövlət rüsumunun cavabdehdən tutulması hissələrində təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1208/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1208/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver