Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-122/2021 05.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı – 17865 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı (Fərmandan əvvəl “xxxx” ASC) ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış 590-L/09 saylı xx.xx.2009-cu il tarixli və 178-L/10 saylı xx.xx.2010-cu il tarixli müqavilələrə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 17865 manat məbləğində borcu qalmışdır. Cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında 590-L saylı xx.xx.2009-cu il tarixli və 178-L saylı xx.xx.2010-cu il tarixli “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən “xxxx” ASC tərəfindən kənd təsərrüfatı texnikas(lar)ının (590-L saylı xx.xx.2009-cu il tarixli müqavilə üzrə “MTZ-89.2” markalı traktor və “AGMP-4” markalı kotan, 178-L saylı xx.xx.2010-cu il tarixli müqavilə üzrə isə “AGRM-165” markalı rotorlu ot biçən) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 1169/ü saylı, xx.xx.2009-cu il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 590-L saylı xx.xx.2009-cu il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının (“MTZ-89.2” markalı traktor və “AGMP-4” markalı kotan) Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İşə əlavə olan xx.xx.2009-cu il tarixdə və xx.xx.2009-cu il tarixdə tərtib edilmiş aktların surətlərindən görünür ki, kənd təsərrüfatı texnikas(lar)ı (“MTZ-89.2” markalı traktor və “AGMP-4” markalı kotan) Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 359/ü saylı, xx.xx.2010-cu il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 178-L saylı xx.xx.2010-cu il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının (“AGRM-165” markalı rotorlu ot biçən) Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İşə əlavə olan xx.xx.2010-cu il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, kənd təsərrüfatı texnikas(lar)ı (“AGRM-165” markalı rotorlu ot biçən) Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, “xxxx” ASC ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 17865 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 4.2ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “xxxx” ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 590-L saylı xx.xx.2009-cu il tarixli və 178-L saylı xx.xx.2010-cu il tarixli müqavilələrə əsasən Cavabdeh borcu 17865 manat təşkil edir. İşə əlavə olunmuş cədvəldən görünür ki, cavabdehin borcu 590-L saylı xx.xx.2009cu il tarixli müqaviləyə əsasən 17220 manat (430 + 16790 = 17220 manat), 178-L saylı xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən 645 manat, cəmi 17865 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-509/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilərək, lizin obyekti olan texnikanın saz vəziyyətdə geri alınması və pul tələbinə dair iddia ərizəsi (Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən) baxılmamış saxlanılmışdır. İş materiallarında olan 08 saylı, xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Cavabdeh “MTZ-89.2” markalı traktoru saz vəziyyətdə “xxxx” ASC-yə təhvil vermişdir. İş materiallarına əlavə edilən 11 saylı, xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Cavabdeh “KR-14-4” markalı kotanı və “RN-165” markalı ot biçəni çatışmamazlıqlarla “xxxx” ASC-yə təhvil vermişdir. İşə əlavə olunan maliyyə arayışlarından və müqavilə üzrə ödənişlərə görə cərimələrin hesablanması qrafiklərindən görünür ki, kənd təsərrüfatı texnikas(lar)ının təhvil verildiyi tarixə cavabdehin borcu 590-L saylı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən gecikdirilmiş borc üzrə 8910 manat, hesablanmış cərimə üzrə 4182,39 manat, 178-L saylı xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən gecikdirilmiş borc üzrə 675 manat, hesablanmış cərimə üzrə 638,55 manat məbləğində təşkil etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 1137 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, məhkəmə araşdırılması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, lizinq obyekti olan qeyd edilən kənd təsərrüfatı texnikaları xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərində cavabdeh tərəfindən “xxxx” ASC-yə təhvil vermiş, buna görə də, iddiaçı “xxxx” ASC məhkəmənin icraatında olan iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən geri götürdüyündən, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilərək, lizin obyekti olan texnikanın saz vəziyyətdə geri alınması və pul tələbinə dair iddia ərizəsi Saatlı Rayon Məhkəməsinin 2(055)-509/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Yəni, həmin tarixdən sonra hazırki iş üzrə cavabdeh qeyd edilən lizinq obyektlərindən istifadə etməmişdir. Kənd təsərrüfatı texnikalarının təhvil verildiyi tarixə cavabdehin 590-L saylı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən gecikdirilmiş borcu isə 8910 manat məbləğində təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Göstərilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin göstərilən lizinq obyektlərindən yuxarıda qeyd edilən tarixlərdən sonra istifadə etmədiyi halda, iddiaçının 590-L saylı xx.xx.2009-cu il tarixli müqaviləyə üzrə ondan 17220 manat məbləğində pul vəsaiti tələb etməsi əsassızdır. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən 590-L saylı xx.xx.2009-cu il tarixli müqavilə üzrə 8910 manat məbləğində, 178-L saylı xx.xx.2010-cu il tarixli müqaviləsi üzrə isə 645 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə eyni zamanda iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, lizinq borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manata cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 590-L saylı xx.xx.2009-cu il tarixli müqavilə üzrə 8910 manat məbləğində əsas borc Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 178-L saylı xx.xx.2010-cu il tarixli lizinq müqaviləsi üzrə 645 manat məbləğində əsas borc Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-122/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-122/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver