Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-123/2021 18.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı “X5”nın nümayəndəsi Nümayəndə, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “X5”nın cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X5” cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli NDQ seriyalı 007685 saylı aktının etibarsız hesab edilməsi və hesablanmış 5.353,05 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “X5” tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilərək, məhkəmədən “xxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007685 saylı aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 5.322,24 manat borcun borcun silinməsini xahiş edilmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən mehmanxanada X2yə görə “xxxx” ASCnin abonentidir. “xxxx” ASC-nin abonenti olduğu müddətdə X2yə görə yaranmış borclar vaxtında ödənilmiş və abonent kimi bütün öhdəliklər icra edilmişdir. Qeyd edilən ünvanda quraşdırılmış sayğaca mütəmadi olaraq “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunmuşdur. Buna görə də, həmin sayğaca kənar müdaxilə edilməsi məntiqsiz və mümkünsüzdür. Bununla belə, xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları Biləsuvar şəhər, H.Əliyev prospektində yerləşən mehmanxananın elektrik enerjisini qəbul etdiyi transfarmartora baxış keçirmiş və guya transformatorun çıxış şin kabelindən “obyektə” kənar xəttin daxil olmasını aşkar etmişlər. Lakin “xxxx” ASC-nin əməkdaşları obyekt dedikdə, məhz nəyi və hansı obyektin nəzərdə tutulmasını müəyyən etməmişlər. Belə ki, mehmanxananın yerləşdiyi bina 3 mərtəbəlidir və həmin binanın birinci mərtəbəsində, eləcə də zirzəmisində bir-biri ilə əlaqəsi olmayan təxminən 10-12 obyekt vardır. Həmin obyektlərdə ayrı-ayrı şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bu isə xx xxxxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007685 saylı aktda qeyd olunan xüsusatların həqiqətə uyğun olmamasını göstərir. Həmin akt və onun əsasında hesablanmış borc əsassız və qanunsuzdur. Belə ki, sayğaca müdaxilə olunmamışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007685 saylı akt onun və hal şahidlərinin iştirakı olmadan formal tərtib edilmiş, bu barədə video və foto çəkilişlər aparılmamış, bu səbəbdən mübahisələndirilən aktda da bu barədə qeydlər edilməmişdir. Akt yalnız “xxxx” ASC-nin əməkdaşlarının iştirakı ilə tərtib olunmuşdur. Hətta “xxxx” ASC-nin Biləsuvar elektrik şəbəkəsinin əməkdaşları da sayğaca baxış zamanı dəvət edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5”nın nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər arasında elekrtik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 033243 saylı aktda qeyd edilmişdir ki, abonentin xx.xx.2020-ci il tarixli 104 saylı ərizəsinə əsasən, ona məxsus obyektin sayğacına baxış keçirildi. Məlum oldu ki, sayğac transformatorun gövdəsində quraşdırılmışdır və qapaqaltı boşluq olduğu üçün klemlər yuvası ərimişdir. Sayğacın dəyişdirilməsi üçün transformatorun 0,4 kv-lıq hissəsində ştırların möhürü qırılmalı, sayğac dəyişdikdən sonra ştırlar yenidən möhürlənərək abonentə təhvil verilməlidir. Ölçmə amper-maşa ilə aparıldı. Abonentin obyektinin sayğacı yeni elektrik sayğacla əvəz edilsin. Sayğac quraşdırılana qədər hesabat aktın gücünə görə aparılsın. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 160861 saylı sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli 033243 saylı “E.E.İ.Q.”-na uyğun tərtib olunmuş akta əsasən sayğaca baxış keçirildi. Məlum oldu ki, sayğacın “0” xət yerləşən klem yuvası yanmışdır. Obyekt hal-hazırda ölkədə gedən pandemiya ilə əlaqədar karantin rejimində olduğundan fəaliyyət göstərmir. Odur ki, sayğac və sayğacın artış kabelləri günəş şüası nəticəsində çatladığından dəyişdirildi, yenisi ilə əvəz olundu, gərginlik altında, yüksüz rejimdə yoxlanıb möhürləndi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 172331 saylı protokolda qeyd edilmişdir ki, sayğacın qrifinin hər iki “0” yuvaları qızma nəticəsində əriyərək yararsız hala düşdüyündən xəta faizlərini təyin etmək olmadı. Sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, el. hesabat sayğacının qrifinin hər iki “0” yuvaları qızma nəticəsində ərimiş və sayğacın yenisi ilə əvəz olunması qeyd edilmiş, xx.xx.2020-ci il tarixli, 033243 saylı akta əsasən 574,56 manat borc hesablanmışdır. İş mateiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, 007685 saylı aktında qeyd edilmişdir ki, “E.E.İ.Q.”-na uyğun olaraq obyektə baxış keçirən zaman məlum oldu ki, obyektə ******* inventar nömrəli 63 KVA transformator xidmət göstərir. ******* inventar nömrəli transformatorun çıxış sip kabelindən obyektə “N” kəsiyi 4 x 25 mm2 aliminum AVQ kabellə kənar xətt daxil olur. Kənar xətt ləğv edilsin. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli NDQ seriyalı 007685 saylı akt üzrə “X5”na (Nümayəndə) 48 kvt x (0,7) x 16 saat x 110 gün = 59136 kvts, tarif (0,09 man) – 59136 kvts x 0,09 man = 5.322 manat borcun hesablanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Nümayəndə adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən müxtəlif şəxslərə məxsus qeyri-yaşayış sahələri vardır. İş materiallarında abunə haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, abonent “X5”na (Nümayəndə) NDQ 007685 saylı akta əsasən, **********901001 saylı abunə kodu üzrə 5.322,24 manat borc hesablanmışdır. İş materiallarında olan “X5” tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, “X5” ona hesablanmış borcun silinməsini “xxxx” ASC-dən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərin X1 filialının xx xxxxxx 2021-ci il tarixli, AERA-26-26-26-223/21 saylı məktubunda qeyd olunur ki, Nümayəndə məxsus Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 45 ünvanında yerləşən obyektin elektrik enerjisi üzrə sənəd dövriyyəsi təhlil edilərkən məlum olmuşdur ki, enerjitəchizatı müəssisəsi, yəni “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində obyekti qidalandıran transformatorun gövdəsində quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən sayğacın giriş-çıxış yuvasının boşluq səbəbindən əriməsi barədə 033243 nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın dəyişdirilməsi tələbi qoyulmuşdur. xx.xx.2020-ci il tarixində, akt tərtib edildikdən 52 gün sonra sayğac yenisi ilə əvəz olunmuş və bu barədə tərtib edilmiş müvafiq aktda obyekti qidalandıran transformatordan başqa obyektlərin də qidalandığı, çıxarılan sayğaca rəy verilməsindən ötrü laboratoriyaya göndərilməsi, rəy verilməsində abonentin iştirak etmək istəmədiyi, obyektin fəaliyyət göstərmədiyi və sayğacın giriş kabellərinin günəş şüalarından çatladığı qeyd olunmuşdur. Sayğac rəy verilməsindən ötrü laboratoriyaya göndərilsə də, sayğacın yoxlanılması barədə 172331 nömrəli protokolda “qızma nəticəsində əriyərək yararsız hala düşdüyündən xəta faizlərini yoxlamaq mümkün deyil” kimi rəy verilmişdir. 033243 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə gücə görə 70 günlük hesabat aparılaraq dəyəri 574,56 manat olmaqla, 6384 kVts enerji sərfiyyatı abonentin hesabına əlavə edilmişdir. xx.xx.2020-ci il tarixində təkrar baxış keçirilərkən obyektdə sayğacdan kənar X2 olunması barədə 007685 nömrəli akt tərtib olunmuşdur. Akta əsasən itirilmiş elektrik enerjisinin bərpası adı ilə 110 günlük hesabat aparılaraq dəyəri 5.322,24 manat olmaqla, 59136 kVts enerji sərfiyyatı abonentin hesabına daxil edilmişdir. xx.xx.2020- ci il tarixində tərtib edilmiş 033243 nömrəli akta əsasən abonentin hesabına əlavə edilmiş məbləğlə (574,56 manat) bağlı bildirilir ki, sənədlərdən göründüyü kimi uçotun pozulmasında abonentin təqsiri yoxdur. Odur ki, hesabat Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydalarının (Qaydalar) 8.16-cı (İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır) bəndinin tələblərinə uyğun aparılmalıdır. xx.xx.2020-ci il tarixində tərtib edilmiş 007685 nömrəli akta əsasən, abonentin hesabına əlavə edilmiş məbləğlə (5.322,24 manat) bağlı Qaydaların 8.17-ci bəndinə əsasən bildirilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. xx.xx.2017-ci il tarixində “sayğac quraşdırma bədəli” adı ilə abonentin hesabına 138 manat əlavə olunmuş, bu barədə sənədlər təqdim edilmədiyindən rəy verilməsi mümkün olmamışdır. Gələcəkdə sənədlər təqdim edildikdə rəy verilməsi mümkün olacaqdır. Sənədlər təhlil edilərkən abonentin “xxxx” ASC dövrünə aid olan “ETAİS" proqram bazasından, xx.xx.2015-ci il tarixindən 213,68 manat məbləğdə borcun qaldığı müəyyən edilmiş, bununla bağlı bildiririk ki, həmin məbləğ bu günə qədər enerjitəchizatı müəssisəsi tərəfindən tələb edilməmişdir. İş materiallarında olan “xxxx” ASC-nin nümayəndəsi X3 məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli etirazda qeyd olunur ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin nümayəndələri və Nümayəndə məxsus obyektin nümayəndəsi Zeynalov Əlisa adlı şəxslə birlikdə obyektin elektrik təsərrüfatına baxış keçirilmiş, bu zaman obyektə məxsus ******* inventar nömrəli 63 kVa transformatorun xidmət etdiyini məlum olmuş. Həmin transformatorun çıxış sip kabelindən obyektə “N” kəsiyi 4x25 mm alminium AVQ markalı kabellə kənar xətt çəkilərək istifadə olunması aşkarlanmışdır. Həmin tarixdə “xxxx” ASCnin Nəzarət Departamenti Qrupununun əməkdaşları və bilavasitə Nümayəndə məxsus mehmanxananın nümayəndəsinin iştirakı ilə uçota baxış keçirilməklə kənar xəttən axan yük ölçülmüş və akta müvafiq qeydlər aparılmışdır. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə xx.xx.2018-ci il tarixli, 004698 akta və xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 48 kVt (faktiki xətdən axan yük) x 16 saat x 110 gün = 59136 kVts x 0,09 qəpik = 5322 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Bundan sonra kənar xətt ləğv olunmuşdur. Bu barədə 007685 saylı aktda müvafiq qeydlər aparılmış, sözü gedən akt iştirak edən məsul şəxslərin iştirakı və imzası ilə təsdiq olunmuşdur. İddiaçının nümayəndəsinin və digər şəxslərin iştirakı ilə akt tərtib olunmuş və istifadə edilən elektrik enerjisinin sərfiyyatının, yəni abonentin sayğacdan kənar xətt vasitəsilə X2 etdiyi müəyyən edilmişdir. Bu da iddianın əsassız olduğunu sübut edir. İddiaçının qeyri-qanuni yolla X2 etməsi nəticəsində “xxxx” ASC-yə maddi ziyan dəymişdir. İddia predmeti olan akt da bu ziyanın qarşısının alınması və itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə tərtib olunmuşdur. Məhkəmə müəyyən etdi ki, “X5” vergi ödəyicisi kimi Biləsuvar şəhəri, Bakı küçəsi 3 ünvanında qeydiyyatda olmaqla, fiziki şəxs kimi onun direktoru olan Nümayəndə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında, mehmanxana (otel) kimi fəaliyyət göstərir. “X5” ilə “xxxx” ASC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilə əsasında, həmin müəssisə **********9 (**********1001) abunə kodu ilə elektrik enerjisi ilə təchiz olunur. Qeyd olunan abunə kodu üzrə “X5”na xx.xx.2020-ci il tarixli akta əsasən 5.322,24 manat borc hesablanmışdır. Hazırda iddiaçı tərəfindən həmin akt mübahisələndirilir və akt nəticəsində hesablanmış borcun silinməsi xahiş edilir. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış X2 qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2” Qaydalarının 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər, lakin bu iş materiallarında öz təsdiqini tapmır. Digər tərəfdən, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, NDQ 007685 saylı akt yalnız cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Bekə ki, mübahisələndirilən aktın etibarlı sayılması üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Ümumiyyətlə iş materiallarında olan və cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş hər-hansı sənəddə iddiaçının səlahiyyətli nümayəndəsinin imzası yoxdur. Həmçinin xx.xx.2020-ci il tarixli, NDQ 007685 saylı aktda abonentin nümayəndəsi qismində Zeynalov Əlisa göstərilsə də, onun “X5”nın nümayəndəsi olmasını təsdiq hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir, həmçinin müvafiq sənədlərdə heç həmin şəxsin imzası da mövcud deyildir. Bundan başqa, xx.xx.2020-ci il tarixli, NDQ 007685 saylı aktla cavabdehin nümayəndələri tərəfindən kənar xəttin aşkar edildiyi qeyd olunmuşdur. İddiaçının nümayəndəsi isə ünvan 1 ünvanında fərqli şəxslərə məxsus çoxsaylı qeyri-yaşayış sahələrinin mövcud olduğunu, həmin ünvanda yerləşən və “X5”nın fəaliyyət göstərdiyi hissədə hər-hansı kənar xəttin mövcud olmadığını və kənar xətdən istifadə etmədiyini bildirir. Mübahisələndirilən xx.xx.2020-ci il tarixli, NDQ 007685 saylı aktın yalnız cavabdehin nümayəndələri tərəfindən tərtib olunub imzalandığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış binasına (qeyri-yaşayış binasının iddiaçıya aid hissəsinə) kənar xəttin daxil olduğunu, iddiaçının kənar xəttən istifadə etdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin bununla bağlı cavabdeh tərəfindən məhkəməyə yalnız cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, NDQ 007685 saylı aktdan başqa hər-hansı sübut təqdim edilməmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında xx.xx.2020-ci il tarixli, NDQ 007685 saylı aktı tərtib edən şəxslərin məhkəmə iclasına dəvət olunması və müvafiq videogörüntülərin məhkəməyə təqdim olunması cavabdehin nümayəndəsinə təklif edilməsinə və cavabdehin nümayəndəsi tərəfindən sözügedən şəxslərin məhkəmə iclasında iştirakının təmin olunacağının və videogörüntülərin məhkəməyə təqdim ediləcəyinin bildirilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin şəxslərin məhkəmə iclasında iştirakı təmin edilməmiş və videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Yəni, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, NDQ 007685 saylı aktda qeyd olunan kənar xəttin mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, kənar xəttin mövcudluğu sübut edilmədiyi üçün xx.xx.2020ci il tarixli, NDQ 007685 saylı akt və onun əsasında aparılmış hesablama qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 007685 saylı akt ləğv edilməli və həmin akt əsasında “X5”na hesablanmış **********9 (**********01001) abunə kodu üzrə hesablanmış 5.322,24 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 007685 saylı akt ləğv edilsin və həmin akt əsasında “X5”na hesablanmış 5.322,24 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-123/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-123/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver