Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1230/2023 22.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı – HX seriyalı, 002/1218 saylı, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə 28037 manat borcun və 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında SM/2022/045 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Göstərilən müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir (3.1). Alıcı hazırki müqavilə üzrə məhsulun dəyərinin ödənilməsini satıcının bank hesabına köçürmə yolu ilə nağdsiz qaydada həyata keçirir (3.2). Satıcı tərəfindən alıcıya təqdim olunan məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər (3.3). Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən SM/2022/045 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 28037 manat borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi ilə bağlı xx.xx.2023-ci il tarixli təklif göndərmişdir. Həmin təkliflə, iddiaçı hazırkı mübahisə ilə bağlı mediasiyanın 18 saylı Mediasiya Təşkilatında keçirilməsini təklif etmiş, lakin cavabdeh həmin təklifə münasibət bildirmədiyi üçün iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyatı üzrə Sabirabad 1 saylı X1 üçün müraciət etmişdir. Cavabdeh X3 iştirak etmədiyi üçün X2 1 saylı Mediasiya Təşkilatı tərəfindən MŞS/MT023/2023-00947 saylı, xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Göründüyü kimi, iddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı QSC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qismən, yəni 10169,5 manat borc hissəsində qəbul etdiyini, iddianın qalan hissəsinə etiraz etdiyini bildirdi. Belə ki, Cavabdeh adına göndərilmiş 5 maşın sementi Beyləqan rayonunda fəaliyyət göstərən X6 təhvil almışdır, Gürşad Aslanovun dediyinə görə həmin 5 maşının pulunu iddiaçının işçisi olan Nofəl Əliyevə vermişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib olunmuşdur, üzləşmə aktı tərtib olunduqdan sonra cavabdehin iddiaçıya 16880 manat məbləğində borcu qalmışdır. xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə göndərilən maşınlar Cavabdeh iddiaçıya verdiyi sifarişi əsasında göndərilmişdir, lakin həmin maşınlarda göndərilən malları X6 təhvil almışdır. İddiaçıya sifarişi Cavabdeh vermiş, lakin malların X4 göndərilməsi üçün vermişdir. Buna görə də, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında SM/2022/045 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində hazırki müqavilədə göstərilən şərtlər əsasında məhsulu qəbul edib, dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə olunan elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən EBBS seriyalı, 699957 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4550 manat, EBBV seriyalı, 243006 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4200 manat, EBBY seriyalı, 003685 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4410 manat, EBBZ seriyalı, 784273 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBBZ seriyalı, 786884 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCA seriyalı, 151668 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCB seriyalı, 720020 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCB seriyalı, 782356 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manat, EBCC seriyalı, 242508 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manat, EBCC seriyalı, 242883 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3675 manat, EBCC seriyalı, 943093 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3307,5 manat, EBCH seriyalı, 243960 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3430 manat, EBCH seriyalı, 282589 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İş materiallarında olan əmtəə-nəqliyyat qaimələrinin surətlərindən görünür ki, elektron qaimələrdə göstərilən mallar cavabdehə təhvil verilmişdir. Həmin qaimələrdən görünür ki, malların “çatdırılma ünvanı” kimi Cavabdeh götərilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən həmçinin aydın olur ki, mallar müştəri Gürşad Aslanova xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli birgə üzləşmə aktının surətindən görünür ki, cavabdehin borcu 16880 manat məbləğində təşkil edir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə 28037 manat məbləğində borcu qalmışdır. Maliyyə arayışından həmçinin aydın olur ki, xx.xx.2022-ci il tarixdən sonra da, yəni cavabdehin 16880 manat məbləğində borcunun olmasına dair üzləşmə aktı tərtib edildikdən sonra da, cavabdehin borcu yaranmışdır. İş materiallarına əlavə edilən mədaxil əməliyyatları barədə bank hesabından çıxarışdan görünür ki, həmin çıxarışda cavabdehin bütün ödənişləri qeydə alınmışdır. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın 200 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi rədd edilməlidir. Belə ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödəmiş olsa da, iddia tələbində mediasiya xərcinin deyil, dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalı olduğundan, iddiaçı isə “dövlət rüsumunun ödənilməsi”nə dair tələb irəli sürdüyündən, “mediasiya xərcinin ödənilməsi” məsələsi həll edilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı “cavabdehdən 200 manat məbləğində mediasiya xərcinin tutularaq ona ödənilməsi”ni xahiş etmədiyindən, iddia tələbi göstərilən hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia təmin edilməli olduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 174,11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28037 manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 174,11 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1230/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1230/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver