Məhkəmə qərarları › İş №e-2-2(121)-1243/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1243/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1243/2023 21.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.454,59 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 143 manat faiz borcu və ödənilmiş 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 2.657,59 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1243/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin iddia icraatı qaydasında baxılmasına əsas olaraq iş üzrə tərəfləri çağıraraq izahatlarının alnması və əlavə araşdırmanın zəruri olması göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmir. İşə iddia icraatı qaydasında baxılmasına dair qərardad tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. İş üzrə məhkəmənin ilk hazırlıq iclası 20 iyul 2023-cü il tarixə, saat 14:15-ə təyin edilmiş və tərəflər, o cümlədən iddiaçının nümayəndəsi bu barədə rəsmi qaydada məlumatlandırılmışlar. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tərəflərin məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədi ilə iş üzrə məhkəmə hazırlıq iclası 24 avqust 2023-cü il tarixə, saat 12:40-a təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh təkrarən məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə hazırlıq iclasının 24 avqust 2023-cü il tarixə, saat 12:40-a təyin edildiyini qeyd etmiş, məhkəmə iclasının təqdim edilmiş sübutlar əsasında iştirakları olmadan keçirilməsini və mahiyyət üzrə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma müddəti nəzərə alınaraq Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(121)-1243/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə baxış iclası təyin edilmiş, baxış iclasının vaxtı 21 sentyabr 2023-cü il tarixi, saat 12:40 kimi müəyyən edilmişdir və bu barədə qərardad, məhkəmə bildirişi tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Lakin tərəflər məhkəmənin baxış iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməkdən yayınmaqla işin lüzumsuz şəkildə uzadılmasına səbəb olmuşlar. 21 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər yenə də gəlməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinin tələblərinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar (185.1), işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır (185.2), əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır (185.3), tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir (185.4). Göründüyü kimi, qeyd edilən prosessual hüquq normalarının tələblərinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə borcludurlar. Yalnız tərəflərin məhkəmə iclasına gəlməmələri ilə əlaqədar üzürlü səbəblər olduqda məhkəmə işə baxılmasını təxirə sala bilər. Bu zaman gəlməyən tərəf məhkəmə iclasına gəlməməyinin səbəblərinin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Baxılan işdə cavabdeh heç bir üzürlü səbəb göstərmədən iclasa gəlməmiş, iddiaçının nümayəndəsi isə məhkəmə iclasında iştirak etməyərək bir dəfə (24 avqust 2023-cü il tarixli iclas üçün) ərizə verərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar