Məhkəmə qərarları › İş №e-2-2(121)-127/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-127/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-127/2022 03.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı – 30.06.2015-ci il tarixli 1107- GL/15 nömrəli müqavilə üzrə 6441 manat gecikdirilmiş əsas borc və 1835.69 cərimə məbləği, 24.02.2018-ci il tarixli 414-GL/18 nömrəli müqavilə üzrə 2300 manat gecikdirilmiş əsas borc və 835.2 cərimə məbləği və 04.06.2018-ci il tarixli 710-L/18 nömrəli müqavilə üzrə 27285 manat gecikdirilmiş əsas borc və 7776.23 cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat çəkilmiş mediasiya xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı – 30.06.2015-ci il tarixli 1107-GL/15 nömrəli müqavilə üzrə 12780 manat gecikdirilmiş əsas borc və 5710,77 cərimə məbləği, 24.02.2018-ci il tarixli 414-GL/18 nömrəli müqavilə üzrə 7180 manat gecikdirilmiş əsas borc və 3419,82 cərimə məbləği və 04.06.2018-ci il tarixli 710-L/18 nömrəli müqavilə üzrə 45475 manat gecikdirilmiş əsas borc və 19235,93 cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla cəmi: 83151.52 manat pul vəsaitinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 30.06.2015-ci il tarixli 1107- GL/15 nömrəli müqavilə üzrə 6441 manat gecikdirilmiş əsas borcunuz və 1835.69 cərimə məbləği, 24.02.2018-ci il tarixli 414-GL/18 nömrəli müqavilə üzrə 2300 manat gecikdirilmiş əsas borcunuz və 835.2 cərimə məbləği və 04.06.2018-ci il tarixli 710-L/18 nömrəli müqavilə üzrə 27285 manat gecikdirilmiş əsas borcunuz və 7776.23 cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat çəkilmiş mediasiya xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30.06.2015-ci il tarixli, 1107-GL/15 nömrəli, 24.02.2018-ci il tarixli 414-GL/18 nömrəli və 04.06.2018-ci il tarixli 710-L/18 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 30.06.2015-ci il tarixli 1107-GL/15 nömrəli müqavilə üzrə 12780 manat gecikdirilmiş əsas borcu və 5710,77 cərimə məbləği, 24.02.2018-ci il tarixli 414-GL/18 nömrəli müqavilə üzrə 7180 manat gecikdirilmiş əsas borcu və 3419,82 cərimə məbləği, 04.06.2018-ci il tarixli 710-L/18 nömrəli müqavilə üzrə 45475 manat gecikdirilmiş əsas borcu və 19235,93 cərimə borcu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh isə məhkəmə iclasında iştirak edərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 30.06.2015-ci il tarixli, 24.02.2018-ci il tarixli və 04.06.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikas(lar)ının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İşdə olan 2895/ü saylı, 03.07.2015-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 1107-GL/15 saylı 30.06.2015-cü il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İş materiallarında olan 1404/ü saylı, 07.03.2018-cü il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 414-GL/18 saylı 24.02.2018-ci il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İşdə olan 2962/ü saylı, 04.06.2018-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh ilə bağlanılmış 710-L/18 saylı 04.06.2018-ci il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikas(lar)ının Cavabdeh lizinqə verilməsi qərara alınmışdır. İşdə olan sonrakı maliyyə arayışlarından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 1107-GL/15 saylı 30.06.2015-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh gecikdirilmiş borcu 6441 manat, hesablanmış cərimə 1835,69 manat, 414- GL/18 saylı 24.02.2018-ci il tarixli müqaviləyə əsasən gecikdirilmiş borcu 2300 manat, hesablanmış cərimə 835,2 manat, 710-L/18 saylı 04.06.2018-ci il tarixli müqaviləyə əsasən gecikdirilmiş borcu 27285 manat, hesablanmış cərimə 7776,23 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, 30.06.2015-ci il tarixli 1107-GL/15 nömrəli müqavilə üzrə 12780 manat gecikdirilmiş əsas borcu və 5710,77 manat cərimə məbləği, 24.02.2018-ci il tarixli 414-GL/18 nömrəli müqavilə üzrə 7180 manat gecikdirilmiş əsas borcu və 3419,82 manat cərimə məbləği, 04.06.2018-ci il tarixli 710-L/18 nömrəli müqavilə üzrə 45475 manat gecikdirilmiş əsas borcu və 19235,93 manat cərimə vəsaitini qısa zaman ərzində ”Aqroservis” ASC-yə ödəməsini xahiş etmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyiyə (Fərmandan əvvəl "xxxx" ASC) ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq məbləğ(lər)ini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh lizinq müqavilə(lər)si əsasında lizinq obyekt(lər)ini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş pul məbləğ(lər)ini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddiaçı lizinq məbləğ(lər)inin ödənilməsi tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimə(lər)nin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğ(lər)dir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 1107-GL/15 saylı müqavilə üzrə 200 manat məbləğində, 414-GL/18 saylı müqavilə üzrə 100 manat məbləğində və 710-L/18 saylı müqavilə üzrə 800 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 350 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30.06.2015-ci il tarixli 1107-GL/15 nömrəli müqavilə üzrə 6441 manat gecikdirilmiş əsas borc və 200 manat cərimə borcu, 24.02.2018-ci il tarixli 414-GL/18 nömrəli müqavilə üzrə 2300 manat gecikdirilmiş əsas borc və 100 manat cərimə məbləği, 04.06.2018-ci il tarixli 710-L/18 nömrəli müqavilə üzrə 27285 manat gecikdirilmiş əsas borc və 800 manat cərimə məbləği, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və mediasiya ilə bağlı ödənilmiş 400 manat olmaqla, cəmi 37876 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyiyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar