Məhkəmə qərarları › İş №e-2-2(121)-1271/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1271/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1271/2020 01.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” X4rşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.950,61 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tabeli qrumu olan X2 ilə cavabdeh Astara Rayon Mərkəzi X3 Şəxs arasında xx.xx.2010-cu il tarixdə Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Astara Rayon Mərkəzi Xəstəxanasının istifadəsinə verilmiş 252210013, 252223287, 252228110, 252231137, 252232182, 252235192, 252236107, 252239130, 252239593, 252244187, 252245194, 252251012, 252251277, 252251286, ********* saylı telefonların üzərində 1.283,59 manat abunə haqqı, 4.667,02 manat şəhərlərarası danışıq haqqı olmaqla, ümumilikdə 5.950,61 manat rabitə borcu yaranmışdır. Cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” X8 ilə X2 arasında xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi üzləşmə aktı ilə həmin borcun mövcud olduğu öz təsdiqini tapmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2020-ci il tarixli məktubla yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Rabitə müəssisəsi” ilə “Abunəçi” (Hüquqi şəxs) arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı MMC ilə “Astara rayon Mərkəzi Xəstəxanası” X8 arasında müqavilə bağlanmışdır. İddiaçı MMC abunəçiyə bu müqavilənin müddəalarına uyğun olaraq, telefonları istifadəyə verməyi, rabitə xəttini açmağı və xidmət göstərməyi, abunəçi də öz növbəsində istifadəsində olan (adına rəsmiləşdirilən) nömrədən İddiaçıun göstərdiyi xidmətlərin müqabilində bu müqaviləyə uyğun olaraq xidmət haqqını və digər ödənişləri həyata keçirməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.2.2-ci bəndinə əsasən “Abunəçi” telefondan və digər telefon rabitəsi xidmətlərindən aylıq istifadə haqqıni həmin ayın 24-nə qədər ödəməlidir. Müqavilənin 2.2.6-cı bəndinə əsasən “Abunəçi” bu müqavilələnin şərtlərinə əməl etmək və istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlıvaxtında ödəməlidir. İş materiallarında olan Astara TKQ ilə Astara rayon Mərkəzi Xəstəxanası arasında rabitə xidmətləri barədə xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, “Astara rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2019-cu il tarixə 5.950,61 manat borcu vardır. İş materiallarında olan İddiaçı X1 xx.xx.2020-ci il tarixli, 8/79 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Astara rayon Mərkəzi Xəstəxanasına məxsus 26032 saylı şəxsi hesabın üzərində abunə borcuna görə 1.289 manat 59 qəpik, şəhərlərarası danışıq borcuna görə 4.667 manat 02 qəpik, cəmi 5.950 manat 61 qəpik borc mövcuddur. İş materiallarında olan İddiaçı Astara rayon Mərkəzi Xəstəxanasına ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən yaranmış borcunun ödənilməsi tələb olunmuş və həmin borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” X7 bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuşdur. Cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” X7 ünvanlanmış bildiriş xx.xx.2020-ci il tarixində qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada xx.xx.2010-cu il tarixli abunə müqaviləsi, üzləşmə aktı, maliyyə arayışı, pretenziya məktubu, dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görəöhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1).Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə abunəçi “Astara rayon Mərkəzi Xəstəxanası” X8 arasında xx.xx.2010-cu il tarixli abunə müqaviləsi bağlanmışdır. Borclu “Astara rayon Mərkəzi Xəstəxanası” X8 İddiaçı MMC ilə bağladığı müqaviləyə əsasən abunəçisi olduğu telefonlar ilə İddiaçı MMC-nin rabitə xidmətlərindən istifadə etmişdir. Lakin istifadə etdiyi rabitə xidmətlərinin dəyirini ödəmədiyindən 5.950,61 borcu yaranmışdır. Borcun könüllü ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilməsinə baxmayaraq onun tərəfindən borc ödənilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəlləyə görə, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (maddə 284-5.3). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” X4rşı iddia tələbi təmin edilməli, “Astara rayon Mərkəzi Xəstəxanası” X5 5.950,61 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.980,61 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü, 357-ci və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Astara rayon Mərkəzi Xəstəxanası” X5 5.950,61 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.980,61 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar