Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1275/2020 03.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, 7.146,49 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun X1 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında qarşılıqlı razılaşma əsasında xx xxxxxx 2019-cu il tarixli, 3744/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, “Satıcı” İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, “Alıcı” X3 həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X3 üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 7.146,49 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən alaraq onların dəyərini ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X2 bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuş, həmçinin Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə X4 üzrə Nümayəndəliyinə məktub ünvanlanaraq məhkəmə tərəfindən tərtib olunmuş sənədlərin X2 təqdim edilməsi qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Ona görə də işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 3744/19 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə X3 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan Məhsulu Alıcıya satır, Alıcı isə məhsulu Satıcıdan qəbul edir və müqabilində Satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir. Məhsulun Alıcıya məxsus ictimai iaşə, ticarət obyektlərində, habelə restoranlar, mehmanxanalar zəncirindən kənarda və topdan satış yerlərində satılması yol verilməzdir. Bu şərtin pozulması hazırki müqavilənin ləğv edilməsi və ya Alıcıya hazırki müqavilə üzrə satış qaydası pozulan məhsulun ümumi dəyərinin 1%-i məbləğində cərimə tətbiq edilməsi üçün əsasdır. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində seçim hüququ Satıcıya məxsusdur. Müqavilənin 2.2.4-cü bəndinə əsasən Alıcı məhsulun dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəmək, ödənişin gecikdirildiyi təqdirdə gecikdirilən günlərə görə Satıcıya hər gecikdirilən gün üçün qanunvericiliklə müəyyən edilmiş qaydada faiz və müqavilə ilə nəzərdə tutulmuş qaydada ödənişin 1%-i məbləğində cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, X2 7.146,49 manat məbləğində müxtəlif çeşidli məhsullar təhvil verilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli, 434 saylı maliyyə arayışında qeyd edilmişdir ki, X3 ilə İddiaçı MMC arasında xx xxxxxx 2019-cu il tarixli, 3744/19 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında X2 xx.xx.2020-ci il tarixli elektron qaimə əsasında müxtəlif çeşidli məhsullar təhvil verilmişdir. X3 təhvil aldığı məhsulların dəyərini bugünədək İddiaçı MMC-yə ödəməmişdir və onun bu günə olan borcu 7.146,49 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 311 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı cavabdeh X2 məktub ünvanlayaraq onun aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 3744/19 saylı alqı-satqı müqaviləsinə əsasən 7.146,49 manat borcunun olduğunu bildirmiş, həmin borcun 5 gün müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İddiaçı tərəfindən elektron qaydada xx xxxxxx 2019-cu il tarixli, 3744/19 saylı alqısatqı müqaviləsinin, xx.xx.2020-ci il tarixli elektron qaimənin, xx.xx.2020-ci il tarixli, 434 saylı maliyyə arayışının, xx.xx.2020-ci il tarixli, 311 saylı xəbərdarlıq məktubunun və digər sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli, 3744/19 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx xxxxxx 2019cu il tarixli, 3744/19 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 7.146,49 manat dəyərində müxtəlif çeşidli mallar verilsə də, cavadeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, 311 saylı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli məhsullar verildiyi, lakin cavabdehin təhvil aldığı məhsulların dəyərini ödəmədiyi üçün 7.146,49 manat məbləğində borcunun mövcud olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, cavabdeh X1 alqı-satqı müqaviləsi üzrə yaranmış 7.146,49 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 7.146,49 (yeddi min bir yüz qırx altı manat, qırx doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1275/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1275/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver