Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1286/2020 03.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 0216-ŞEX-GM/19 saylı konsiqnasiya müqaviləsinə və xx.xx.2019-cu il tarixli, 0274-ŞEX- GM/19 saylı alqı-satqı müqaviləsinə əsasən 4.151,20 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4.181,20 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019- cu il tarixli, 0216-ŞEX-GM/19 saylı “Konsiqnasiya müqaviləsi” bağlanmışdır. Sözügedən müqavilə ilə bağlı “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 01 saylı akt əsasında 1.376,40 manat dəyərində mallar təhvil verilmişdir. Müqavilənin 3.2-ci bəndinə görə alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir, köçürmə yolu ilə həyata keçirilən ödənişlər isə hesabatdan sonra 10 bank günü ərzində həyata keçirilməlidir. Lakin cavabdeh malları təhvil alsa da, heç bir hesabat verməmiş və malların dəyərini ödəməkdən imtina etmişdir. Cavabdeh iləİddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, 0274-ŞEX-GM/19 saylı “Alqısatqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavələrinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ümumi dəyəri ƏDV daxil olmaqla 2.774,80 manat dəyərində ehtiyat hissələri satılmışdır. “Alqısatqı müqaviləsi”nin 5.2-ci maddəsinə əsasən, mal alıcıya təhvil verildikdən sonra “Alıcı” 1 (bir) ay ərzində təhvil verilmiş malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. xx.xx.2020-ci il tarixində tərəflər arasında bağlanmış üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə əsas borcu 4.151,20 manat təşkil edir. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx xxxxxx 2020-ci il tarixli, 1387 saylı pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuş, həmçinin Astara rayon İcra Hakimiyyəti Başçısının Şiyəkəran kənd X1 üzrə Nümayəndəliyinə məktub ünvanlanaraq məhkəmə tərəfindən tərtib olunmuş sənədlərin Cavabdeh təqdim edilməsi qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Ona görə də işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 0216-ŞEX-GM/19 saylı Konsiqnasiya müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi öhdəsinə götürür. Alıcı bu müqavilə üzrə ödənişlərin icrasını gecikdirdikdə, gecikdirilmiş hər gün üçün gecikmiş məbləğin 0,1%-i miqdarında Satıcıya cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 0216-ŞEX- GM/19 saylı ehtiyyat hissələrinin satışı müqaviləsi üzrə Sifarişçi fiziki şəxs Cavabdeh və Satıcı İddiaçı MMC-nin nümayəndəsi akt tərtib edərək, 1.376,40 manat məbləğində mallar sifarişçinin sifarişinə uyğun olaraq qarşılıqlı razılaşdırılmış qiymətlər əsasında Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 0274-ŞEX-GM/19 saylı Alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Satıcı Alıcını mütəmadi olaraq bu müqavilənin Əlavələrində qeyd olunmuş məhsulla təmin edir, Alıcı isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini Satıcıya ödəyir. Ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında “Satıcı” “Alıcı”dan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 0274-ŞEX- GM/19 saylı ehtiyyat hissələrinin satışı müqaviləsi üzrə Sifarişçi fiziki şəxs Cavabdeh və Satıcı İddiaçı MMC-nin nümayəndəsi akt tərtib edərək, 1.575 manat məbləğində mallar sifarişçinin sifarişinə uyğun olaraq qarşılıqlı razılaşdırılmış qiymətlər əsasında Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli, 1491 saylı maliyyə arayışında qeyd edilmişdir ki, “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Xanbala oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0216-ŞEX-GM/19 saylı “Konsiqnasiya müqaviləsi”nə və xx.xx.2019-cu il tarixli, 0274-ŞEX-GM/19 saylı “Alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh Xanbala oğlunun müqavilə üzrə əsas borcu 4.151,20 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı MMC-yə 4.151,20 manat məbləğində borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1387 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh məktub ünvanlayaraq onun aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 0216-ŞEX-GM/19 saylı Konsiqnasiya müqaviləsinə və xx.xx.2019cu il tarixli, 0274-ŞEX-GM/19 saylı Alqı-satqı müqaviləsinə əsasən 4.151,20 manat borcunun olduğunu bildirmiş, həmin borcun 10 gün müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən elektron qaydada xx.xx.2019-cu il tarixli, 0216-ŞEX-GM/19 saylı Konsiqnasiya müqaviləsinin və xx.xx.2019-cu il tarixli, 0274-ŞEX-GM/19 saylı Alqı-satqı müqaviləsinin, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktların, xx.xx.2020-ci il tarixli, 1491 saylı maliyyə arayışının, xx.xx.2020-ci il tarixli üzləşmə aktının, xx.xx.2020-ci il tarixli, 1387 saylı pretenziya məktubunun və digər sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 0216-ŞEX-GM/19 saylı Konsiqnasiya müqaviləsi və xx.xx.2019-cu il tarixli, 0274-ŞEX-GM/19 saylı Alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 0216-ŞEX-GM/19 saylı Konsiqnasiya müqaviləsi və xx.xx.2019-cu il tarixli, 0274- ŞEX-GM/19 saylı Alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə 4.151,20 manat dəyərində mallar verilsə də, cavabdeh müqavilələr üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, 1387 saylı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə mallar verildiyi, lakin cavabdehin təhvil aldığı malların dəyərini ödəmədiyi üçün 4.151,20 manat məbləğində borcunun mövcud olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 0216-ŞEX- GM/19 saylı Konsiqnasiya müqaviləsi və xx.xx.2019-cu il tarixli, 0274-ŞEX-GM/19 saylı Alqı-satqı müqaviləsi üzrə yaranmış 4.151,20 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.181,20 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 4.151,20 (dörd min bir yüz əlli bir manat, iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 4.181,20 (dörd min bir yüz səksən bir manat, iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1286/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1286/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver