Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1318/2023 10.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə ödənilməmiş 2.583,04 (iki min beş yüz səksən üç manat, dörd qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və işi məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə olan sənədləri araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 077/2020 saylı xx.xx.2020-ci il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin 8-ci bəndindən görünür ki, tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri, Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə “Satıcı”nın qeydiyyatda olduğu ünvan üzrə həmin həmin məhkəmə tərəfindən baxılacaqdır. İş materiallarından görünür ki, “Satıcı”, yəni İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 1hkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Bakı şəhəri, Binəqədi rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə hesab edir ki, cavabdeh Əzizov X2 Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Şirvan şəhəri, X3 küçəsi, ev. 40, mənzil 3 ünvanında qeydiyyatda olsa da, tərəflər öz aralarında müqavilə ilə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən mövcud mübahisənin Şirvan Kommersiya Məhkəməsində baxılması üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, müqavilə aidiyyəti qaydalarının müəyyən edilməsi fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsini daha asan həyata keçirməyə imkan verir. Belə olan halda tərəflərin ərazi baxımından özləri üçün əlverişli olan məhkəməni seçmək hüququ olur. Tərəflər arasındakı sazişin yazılı şəkildə ifadə edilməsi ya əsas müqavilənin bir bəndi şəklində ya da ayrıca sazişin bağlanması yolu ilə həyata keçirilir. Birinci halda əsas müqavilə bağlanarkən bu müqavilə üzrə gələcəkdə yaranacaq mübahisəyə hansı məhkəmə orqanında baxılması, ikinci halda isə artıq yaranmış mübahisənin hansı məhkəmə orqanına verilməsi imkanları nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər 077/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilədə müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış mübahisənin ərazi aidiyyəti ilə bağlı artıq razılığa gəlmişlər. Bununla yanaşı, iş materiallarından tərəflər arasında mübahisənin ərazi aidiyyətinin dəyişdirilməsinə dair sazişin olduğu müəyyən olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, hazırki mübahisə üçün müstəsna aidiyyət də nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunan Məcəllənin 45.1-ci maddəsinə əsasən 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 40.2, 44, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1318/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1318/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver