Məhkəmə qərarları › İş №e-2-2(121)-1350/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1350/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1350/2024 18.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 67.000 (altmış yeddi min) manat pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olan 291 (iki yüz doxsan bir) manat alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC toyuq yem məhsullarının satışını həyata keçirir. İddiaçı MMC ilə əməkdaşlıq edən X4 bildirmişdir ki, Sabirabad rayonu Ulacalı kəndi ərazisində Cavabdeh işlətdiyi cücə ferması vardır. Həmin cücə fermasına toyuq yem məhsulları lazımdır. Bu məqsədlə Cavabdeh ilə razılaşdırılmış formada xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində X4 vasitəsilə Cavabdeh toyuq yem məhsulları göndərilmişdir. İddiaçı MMC-nə məxsus toyuq yem məhsullarının alqı-satqısı ilə bağlı müqavilə tərtib edilsə də, Cavabdeh müqaviləni vəkilə göstərəndən sonra imza edib qaytaracağını bildirsə də, müqaviləyə imza atmamışdır. Sonradan müxtəlif bəhanələr gətirərək, yem məhsullarının dəyərindən borclu qalan 67000 (altmış yeddi min) manat pulu verməmişdir. Pulun qaytarılması barədə X4 xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-ə müraciət etmişdir. Sabirabad RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş, məhkəməyə müraciət hüququ izah edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh İddiaçı MMC-dən toyuq yem məhsullarının aldığını etiraf etmişdir. Cavabdeh İddiaçı MMC-dən aldığı toyuq yem məhsullarının dəyərindən borclu qalan 67.000 manat pulu ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan EBDJ seriyalı, 832159 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 126.060 manat məbləğində cücə yemi təqdim edilmişdir. İş materiallarında olan Sabirabad RPİ-nin İB-nin müstəntiqi, polis mayoru Elvin Həmidov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh izahatında ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Sabirabad rayonu Ulacalı kəndində icarəyə götürüb işlətdiyi “quşçuluq” ferması vardır. İddiaçı MMC-nin meneceri X2 müraciəti ilə tanış olmuşdur. Xəqani Əmirov İddiaçı MMC-nin nəzdində olan “Bravo” toyuq yem məhsullarının satışı ilə məşğul olur. 29 may 2023-cü il tarixdən etibarən “Bravo” yem məhsullarından Xəqani Əmirov və Nəcəf Əsədovla aralarındakı şifahi razılaşmaya əsasən ümumilikdə 117.000 manat dəyərində yem məhsulları almışdır. Dəqiq yadında qalmasa da, aldığı yem məhsullarının pulunu nağd şəkildə, eləcə də alver zəif olduğuna görə bir qismini fermadakı toyuqları qalan pulun yerinə götürməklə 117 min pulu tam ödəmişdir. Dəqiq hesab da sənədlərdə var, həmin sənədləri izahatına əlavə edəcəyini bildirmişdir. Yem məhsullarını aldığı 21 gündə toyuqların öldüyünü görmüşdür. Günə 400-500 toyuqlar tələf olurmuş. Toyuqların ölməsi səbəbini aydınlaşdırmaq üçün həkimi çağırmış, həkim də toyuqların ölməsinin səbəbinin yemdən olduğunu bildirmişdir. Buna görə Xəqaniyə zəng etmiş toyuqların yemdən ölməsini bildirmişdir. 2-3 gün sonra Xəqani fermaya gəlib laboratoriyada tərkibi öyrənilməsi üçün nümunə götürmüşdür. O da Xəqaniyə demiş ki, laboratoriyada o özü də iştirak etmişdir. Bir neçə gün sonra Xəqani ona zəng etmiş, yem məhsullarının tərkibinin qənaətbəxş olduğunu bildirmişdir. O, analizdə iştirak etməmişdir. Ümumilikdə 8300 toyuq məhv olmuş. Ona görə də o Xəqaniylə əlaqə saxlayaraq toyuqların yem məhsullarından məhv olduğunu, ona görə də quşların məhv olması nəticəsində ümumlikdə 64984 manat zərər dəyməsini bildirmiş və bu barədə 11 avqust 2023-cü il tarixdə "xxxx" LTD MMC-yə "xxxx" göndərmişdir. Onun MMC-yə göndərdiyi məlumatdan sonra, onun barəsində şikayət etmişlər. Həqiqətdə isə o, MMC-dən aldığı yem məhsullarının pulunu tam olaraq ödəmişdir. Lakin, MMC toyuqların yem məhsullarından zəhərlənib ölməsi nəticəsində ona dəymiş 64984 manat pulu ödəməmişlər. İşdə olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materiallara əsasən X4 və X1 Elman Xanbaba oğluna 29 may 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 100 kisə hər biri 59 manat, 960 kisə hər biri 57,50 manat, 1160 kisə hər biri 56 manat olmaqla nisyə satmışdır. Cavabdeh Xəqani Əmirova 126.060 manat pul verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında yazılı müqavilə bağlanmağına baxmayaraq, alıcı tərəf yəni Cavabdeh müqaviləyə imza etməmişdir. Cavabdeh aldığı məhsulun qiymətini tam ödədiyini bildirsə də, X4 inkar edərək Cavabdeh onlara 67.000 manat borclu qaldığını bildirmişdir. Cavabdeh isə MMC-dən aldığı yemdən quşçuluq fermasında olan toyuqların zəhərlənib öldüyünü bildirərək, MMC-nin ona dəymiş ziyanı, yəni 64.984 manat ödəməli olduğunu bildirmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə ünvanladığı pretenziya məktubunda o, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində rəhbərlik etdiyiniz MMC-dən aldığı yemi təsərrüfatında olan quşlara verdikdən sonra onun təsərrüfatında olan quşlar kütləvi şəkildə ölməyə başlamış və ümumilikdə təsərrüfatında olan quşlar MMC-dən aldığı yemi yedikdən sonra çəkiləri 2.3-2.5 kq olan 8300 ədəd quşlar məhv olmuşdur. Həmin 8300 ədəd quşun məhv olması nəticəsində ona ümumilikdə 64.984 manat zərər vurulmuşdur. 15 gün ərzində ona dəymiş ziyan maddi zərərin ödənilməsi ilə bağlı müvafiq tədbir görülməsə məhkəməyə müraciət edəcəkdir. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 67.000 manat borcu vardır. Məhkəmənin 04 iyul 2024-cü il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X4 ifadəsində ticarətlə məşğul olduğunu, İddiaçı MMC ilə 15-20 ildir ki, işgüzar münasibətlərinin olduğunu qeyd etdi. O, izahatında İddiaçı MMC-dən yem və buğda məhsullarını götürüb rayonlarda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarına verdiyini qeyd etdi. Cavabdeh şəxsən tanımıram. Cavabdeh İddiaçı MMC-dən ümumilikdə 144.700 manat dəyərində yem götürmüşdür. 1-ci mərhələdə 5.000 manat verdi. Sonra 30-40 günə quşları satıb qalan pulunu da verəcəyini bildirmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə hazırlansa da o, həmin müqaviləyə baxıb imzalamadı, vəkili ilə məsləhətləşib qol çəkəcəyini bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC 291 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında yem məhsullarının satışına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin özünə məxsus cücə ferması olmuş və həmin fermaya yem məhsulları lazım olduğundan cavabdehlə razılaşdırılmış formada xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində cavabdehə toyuq yem məhsulları göndərilmişdir. İddiaçı malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürsə də cavabdeh həmin şifahi razılaşma üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş və nəticədə iddiaçıya 67.000 manat borcu qalmışdır. Eyni zamanda, müəyyən edildi ki, Cavabdeh cücə yemini İddiaçı MMC-dən almışdır. Bu hal cavabdehin iddiaçıya ünvanladığı pretenziya məktubu ilə də öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, cavabdeh dəfələrlə məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etsə də onun tərəfindən iddiaya dair etiraz təqdim edilməmişdir. Bununla yanaşı, malların təhvil verildiyini təkzib edən, o cümlədən borcun tam və ya qismən ödənildiyini təsdiq edən zəruri sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, cavabdehin iddiaçıya 67.000 manat məbləğində borcunun olması Sabirbad RPİ-nin İB-də aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatı ilə də təsdiq olunur. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən cavabdehin Sabirabad RPİ-nin İB-də aparılan araşdırma zamanı qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından şikayətin verildiyi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbi ondan ibarətdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, Sabirabad rayon Polis İdarəsinin sözügedən qərarı cavabdeh tərəfindən müvafiq qaydada mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan həmin sənədin qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Məhkəmə qeyd olunan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan yem məhsulları alsa da, həmin məhsulların dəyərini iddiaçıya tam şəkildə qaytarmamışdır. Odur ki, iddiaçı həmin məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilərək, 67.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 291 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 67.000 manat əsas borc və 291 manat dövlət rüsumu olmaqla, ümumilikdə 67.291 (altmış yeddi min iki yüz doxsan bir) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar