Məhkəmə qərarları › İş №e-2-2(121)-1363/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1363/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1363/2025 25.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" MMC-yə olan 5834.09 (beş min səkkiz yüz otuz dörd manat doqquz qəpik) manat əsas borc, 1165 (bir min bir yüz altmış beş) manat lizin mükafatı olmaqla, cəmi 6999.09 (altı min doqquz yüz doxsan doqquz manat sıfır doqquz qəpik) manat məbləğində borcun və iddiа ərizəsinə görə ödənilmiş 90 (doxsan) mаnаt dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh2 və zamini X1 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən iddiaçı tərəfindən hazırki iddia ərizəsi məhkəməyə verilərkən 90 manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: **********) ödənildiyi müəyyən olunur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki tələb üzrə məhkəməyə müraciət edən zaman xx.xx.2024-cü il tarixində 90 manat məbləğində dövlət rüsumunu (qəbz nömrəsi: **********) ödəmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinin baxılmamış saxlanılması, həmçinin İddiaçı MMC tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəyə mindikdən sonra xx.xx.2025-ci il tarixli məktubla rüsumun qaytarılması hissəsində icra olunması üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqqında ərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən daha öncə iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən ********** nömrəli qəbz iddia ərizəsinə əlavə edildiyindən və həmin qəbz üzrə ödənilmiş 90 manat məbləğində pul vəsaitin geri qaytarılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan, eyni qəbzin iddiaçı tərəfindən təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə edilməsi yolverilməzdir. Ona görə ki, hazırki iddia ərizəsi icraata qəbul edildikdən və müvafiq məhkəmə aktı qəbul edildikdən sonra iddiaçının ********** nömrəli qəbz üzrə ödədiyi dövlət rüsumunu geri alma hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və müvafiq qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-269–cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar