Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1392/2021 17.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 126.605,62 manat borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs oğlu (doğulduğu tarix – xx xxxxxx 1980-ci il, doğulduğu yer – Lənkəran rayonu, Vilvan kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün, onun dövlət büdcəsinə 16.06.2021-ci il tarixə 126.605,62 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, ərizəyə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi qeydə alınması və vergi borcunun hesablanması barədə qərarların ləğv edilməsinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyini, buna görə də iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsini rəhbər tutaraq işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs (VÖEN: **********) ixtisaslaşdırılmış topdansatış fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Vergi ödəyicisi kimi 19.01.2021-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmişdir. Onun dövlət büdcəsinə vergi borcu yaranmış, ona yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Lakin borcun ödənilməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2-1(120)- 1323/2021 saylı məkubunda qeyd edilmişdir ki, iddiaçı Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 21.01.2021-ci il tarixli, **********660300 nömrəli məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparılması haqqında qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Maraqlı şəxs yuxarıda qeyd olunan iddia tələbindən başqa müraciəti olmamışdır. Həmin məktuba əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi yalnız 21.01.2021-ci il tarixli, **********660300 nömrəli məcburi qaydada vergi ödəyicisi kimi qeydiyyatın aparılması haqqında qərarın ləğv edilməsidir. Həmin iddia üzrə vergi borcunun hesablanmasına dair qərarın ləğvi tələbi mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, borcun hesablanmasına əsas olan qərar mübahisələndirilmədiyindən, hazırki iş üzrə icraatın dayandırılması üçün hər-hansı əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1980-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1392/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1392/2021
17.07.2021 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver