Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-140/2021 17.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış 36.301,46 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) arasında xx xxx 2020-ci il tarixində, 79 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, iddiaçı sifariş edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilməklə cavabdehə müxtəlif tarixlərdə ümumi dəyəri 56.769,87 manat olan mal təhvil verilmişdir. Cavabdeh tərəfindən isə təhvil alınan malların əvəzində cəmi 20.468,41 manat məbləğində ödəniş edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1 saylı Əlavəsinin 1.8-ci bəndinə əsasən, Alıcı Satıcıdan aldığı məhsulların dəyərini hər ayın 5-i və 20-si sıfırlamalıdır. Lakin cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Hazırda maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı MMC-yə ödənilməmiş 36.301,46 manat borcu qalmışdır. Cavabdeh tərəfindən ödənilməmiş borc öhdəliyinin icra edilməsi barədə ona dəfələrlə şifahi və yazılı müraciət edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh tərəfindən öhdəliyin icrasından qərəzli olaraq yayınaraq, iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozmağa davam etmişdir. Ona görə də, cavabdeh tərəfindən borc öhdəliyinin icra edilməsi barədə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (satıcı) ilə Cavabdeh (distribüter) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 79 saylı müqaviləyə əsasən, müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi sayılan öncədən razılaşdırılmış qrafik ilə müəyyən edilən xüsusi plastik taralarda qablaşdırılmış malların “Satıcı” tərəfindən “Distribüter”ə verilməsi, Distribüter” tərəfindən isə bu malların qəbul edilməsi, haqqının ödənilməsi və həmin plastik taraların “Satıcı”ya geri qaytarılması ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 2.1.-ci bəndinə əsasən, alınan malların dəyəri və ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan öncədən razılaşdırılmış qrafiklə müəyyənləşdirilir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən, mallar qaimə-fakturaya əsasən distribüterə təhvil verildiyi andan etibarən, malın oğurlanması, tamamilə və ya qismən məhv olması, itirilməsi və ya zədələnməsi risklərini bütövlükdə distribüter daşıyır. Müqavilənin 4.19-cu bəndinə əsasən, distribüter satıcıdan aldığı malın dəyərini hər ayın 5 və 20-si tam şəkildə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 79 nömrəli, x xxx 2020-ci il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən, alıcı satıcıdan aldığı məhsulların dəyərini hər ayın 5-i və 20-si sıfırlamalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 555493 saylı (7.964,79 manat), xx.xx.2020-ci il tarixli, 564611 saylı (4.852,85 manat), xx.xx.2020-ci il tarixli, 564614 saylı (5.132,14 manat), xx.xx.2020-ci il tarixli, 564616 saylı (3.082,47 manat), xx.xx.2020-ci il tarixli, 558516 saylı (8.642,17 manat), xx.xx.2020-ci il tarixli, 561152 saylı (5.827,60 manat), xx.xx.2020-ci il tarixli, 572687 saylı (6.355,34 manat), xx.xx.2020-ci il tarixli, 570216 saylı (7.354,27 manat), xx.xx.2020-ci il tarixli, 562801 saylı (5.416,72 manat), xx.xx.2020-ci il tarixli, 819921 saylı (6.066,50 manat) və xx.xx.2020-ci il tarixli, 569338 saylı (7.917,97 manat) malların təhvil-qəbul aktlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış cəmi 68.612,82 manat dəyərində mallar qəbul edilərək, qaimələr imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ƏXZ/1 184344 nömrəli kassa mədaxil orderinin surətindən Cavabdeh tərəfindən İddiaçı MMC-yə 500 manat, xx.xx.2020-ci il tarixli hesab üzrə çıxarışdan 10.000 manat və xx.xx.2020-ci il tarixli hesab üzrə çıxarışdan isə 3.500 manat ödəniş edildiyi görünür. İş materiallarında olan İddiaçı xx.xx.2020-ci il tarixli, 981/20 saylı maliyyə arayışının surətində qeyd edilmişdir ki, Cavabdeh oğlunun İddiaçı MMC-yə olan borcu 36.301,47 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 961/20 saylı saylı pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 79 saylı müqaviləyə əsasən 36.301,46 manat borcunun olduğunu bildirmiş, həmin borcun xx.xx.2020-ci il tarixinədək tam olaraq ödənilməsini ondan tələb etmiş, əks təqdirdə mübahisənin hüquqi qaydada həlli məqsədilə məhkəməyə müraciət olunacağı və qanunvericiliklə nəzərdə tutulmuş digər xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı MMC-yə borcu olduğunu qəbul etmiş, həmçinin qaimələr üzrə malları təhvil aldığını, müəssisəyə borcu olduğunu, eyni zamanda o olmadığı zaman, onun əvəzindən malları Əzimov Elnur və Səmədov Baba tərəfindən təhvil alındığını, həmin şəxslər tərəfindən təhvil alınan malların, onun özü tərəfindən təhvil alınmış kimi hesab olunduğunu qeyd etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 79 saylı müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, cavabdeh tərəfindən isə həmin malların dəyəri tam olaraq ödənilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, 961/20 saylı pretenziya məktubu ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi, yəni təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən, həmçinin cavabdeh tərəfindən alınmış malların dəyərinin tam şəkildə ödənilməsi ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 5 müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC tərəfindən tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 36.301,46 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 36.331,46 (otuz altı min üç yüz otuz bir manat, qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 36.301,46 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 36.331,46 (otuz altı min üç yüz otuz bir manat, qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-140/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-140/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver