Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1402/2025 12.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 2565 manat məbləğində əsas borcu, 732 manat cərimə borcu və ödənilmiş 45,65 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində GA037/22 saylı Lizinq müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli GA037/22 saylı Lizinq müqaviləsinə əsasən, İddiaçı MMC TARİMÖZ markalı Noxudsəpəni (model:T-NM13 NOHUT EKİM MAKİNESİ, istehsalçı ölkə: Türkiyə, istehsal ili: 2022, şassi №: 0019, YGB sorğu nömrəsi: **********1705) Cavabdeh istifadəsinə verməyi, sonuncu isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəliyinə götürmüşdür. Lizinq Müqaviləsi üzrə öhdəliyin ümumi məbləği 3790 manat təşkil edir və icra müddəti 24 ay müəyyən edilir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli GA037/22 saylı Lizinq müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı MMC-yə əsas borcu 1795,1 manat, dəbbə pulu 732 manat, ümumilikdə borcu 2565 manat təşkil edir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında işitrak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GA037/22 nömrəli “Lizinq Müqaviləsi”nin: -2.1-ci bəndinə əsasən, “Lizinq verən” “Lizin alan”ın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçrilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin müddəalrına uyğun olaraq Lizin alanın istifadəsinə təqdim edir. -3.1-ci bəndinə əsasən, Bu Müqavilə qüvvəyə minmə tarixində qüvvəyə minir və ona müqavilə ilə müəyyən edilmiş şərtlərlə vaxtından əvvəl xitam verilməsi halları istisna olmaqla, tərəflərin bu Müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərinin tam şəkildə icra edilməsinədək qüvvədə qalır. Lizinq verənə vurulmuş zərərin əvəzinin Lizin alan tərəfindən Lizin verənə ödənilməsini ehtiva edən müddəalar bu Müqaviləyə xitam verildikdən sonra da öz hüquqi qüvvəsini saxlayır. -3.2-cü bəndinə əsasən, Lizinq müddəti Təhvil-təslim tarixindən başlayaraq bitmə tarixində sona çatmaqla 24 ay təşkil edir. -4.1-ci bəndinə əsasən, Lizinq ödənişləri 24 ayın lizinq ödənişləri kimi ödəniş cədvəlinə uyğun olaraq aşağıdakılardan ibarətdir. -Lizin obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -Lizinq verənin Lizin obyektinin kredit dəyərinin 1% hissəsinə bərabər komissiya haqqı; -Lizinq Müqaviləsi üzrə digər ödənişlər ödəniş cədvəlində əks olunmur və müvafiq təsdiqləyici sənədlərin təqdim edilməsi ilə Lizinq verən həmin xərcləri Lizinq alandan tələb edə bilər. Digər xərclər daxil; -Lizinq obyekti Lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -Alış qiyməti; -Bu Müqavilə ilə nəzərdə tutulan dəbbə pulu; -Lizinq obyektinin gömrük dəyərinin 40% hissəsi Lizin alana subsidiya formasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət hesabına ödənilir; -Lizinq alan tərəfindən Lizinq obyektinin razılaşdırılmış dəyərinin 20% hissəsi ilkin ödəniş qaydasında Lizinq verənə ödənilir; -Lizin alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla) Lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən Lizinq ödənişinin 0.1 %-nə bərabər həcmdə dəbbə pulu ödəməlidir.
10. İş materiallarında olan “xx.xx.2022-ci il tarixli “Təhvil-Təslim protkolu”nun surətindən görünür ki, “Lizinq verən“ 1 ədəd Noxudsəpən, TARİMÖZ T-NM 13 (model:T- NM13 NOHUT EKİM MAKİNESİ, istehsalçı ölkə: Türkiyə, istehsal ili: 2022, şassi №: 0019, YGB sorğu nömrəsi: **********1705) markalı texnikanı “Alıcı-Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil vermişdir.
11. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, GA037/22 nömrəli müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur.
12. İş materiallarında olan elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7762,90 manat məbləğində xidmətlər göstərilmişdir.
13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqqında xəbərdarlıq edilmiş, iltizam Cavabdeh tərəfindən imzalanmışdır.
14. İş materiallarında olan Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GA037/22 nömrəli Lizinq müqaviləsi üzrə Cavabdeh 1795,1 manat əsas borc və 732 manat cərimə borcu olmaqla, ümumilikdə 2565 manat məbləğində borcu vardır.
15. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən iddiaçı “X5” MMC-yə xx.xx.2022-ci il tarixində 1725 (ilkin ödəniş məbləği) manat və 37,90 (komissiya) manat, xx.xx.2022-ci il tarixdə 168 manat, xx.xx.2022-ci il tarixində 167 manat, xx.xx.2023cü 300 manat, xx.xx.2023-cü il tarixində 640 manat və xx.xx.2024-cü il tarixində 200 manat ödəniş etmişdir.
16. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilədə göstərilən öhdəliklərin 7 (yeddi) iş günü ərzində icra edilməsi bildirilmiş, əks halda Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
17. **********99 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 45,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
22. Məhkəmə ilkin olaraq iş materialları və yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qeyd edir ki, hazırki iş üzrə iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında etibarlı şəkildə bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən seçilmiş 1 (bir) ədəd TARİMÖZ markalı Noxudsəpəni (model:T-NM13 NOHUT EKİM MAKİNESİ, istehsalçı ölkə: Türkiyə, istehsal ili: 2022, şassi №: 0019, YGB sorğu nömrəsi: **********1705) texnikanı lizinq obyekti qismində müəyyən haqq müqabilində cavabdehə müvəqqəti sahiblik və istifadəsinə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinq ödənişi ödəməyi öhdəsinə götürmüşdür.
23. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq 1 (bir) ədəd TARİMÖZ markalı Noxudsəpəni (model:T-NM13 NOHUT EKİM MAKİNESİ, istehsalçı ölkə: Türkiyə, istehsal ili: 2022, şassi №: 0019, YGB sorğu nömrəsi: **********1705) texnikanı lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi sübut etmək vəzifəsi iddiaçının üzərinə, lizinq müqaviləsi üzrə ödənişləri həmin müqavilənin şərtləri əsasında ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
24. İş materialları araşdırılarkən müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 1 (bir) ədəd TARİMÖZ markalı Noxudsəpəni (model:T-NM13 NOHUT EKİM MAKİNESİ, istehsalçı ölkə: Türkiyə, istehsal ili: 2022, şassi №: 0019, YGB sorğu nömrəsi: **********1705) texnikası lizinq alan Cavabdeh təhvil verilmiş, lakin “Lizinq Alan” Cavabdeh xx.xx.2022-ci il tarixində GA037/22 nömrəli Lizinqi müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməyərək ödəniş qrafiki üzrə lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir. 25.Belə ki, iş materiallarında olan çıxarışdan müəyyən olur ki, Cavabdeh tərəfindən iddiaçı “X5” MMC-yə xx.xx.2022-ci il tarixində 1725 (ilkin ödəniş məbləği) manat və 37,90 (komissiya) manat, xx.xx.2022-ci il tarixdə 168 manat, xx.xx.2022-ci il tarixində 167 manat, xx.xx.2023-cü 300 manat, xx.xx.2023-cü il tarixində 640 manat və xx.xx.2024-cü il tarixində 200 manat ödəniş etmişdir.
26. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehin cəmi əsas borcu 1795,1 manat (7725 – 2210 (güzəşt məbləği) – 1725 (ilkin ödəniş məbləği) -1994,90 ( cəmi ödəniş məbləği) təşkil edir.
27. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan, müqaviləyə əsasən hesablanmış 732 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin 4.9-cu bəndinə əsasən lizinq müqaviləsi üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə iddiaçı hər gecikdirilən gün üçün müvafiq kredit məbləği qalığının 0.1% məbləğində, cərimə borcu hesablamaq hüququna malikdir. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır, Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimə məbləği tənasübsüz surətdə yüksək hesablandığından, azaldılaraq 92 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. 28 Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1795,1 manat əsas borc və 92 manat cərimə olmaqla, cəmi 1887,1 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri:
29. Məhkəmə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 38,87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (6,78 manat) isə iddiaçıya aid edilməlidir.
Nəticə
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 1795,1 manat məbləğində əsas borc, 92 manat məbləğində cərimə olmaqla, cəmi 1887,1 (bir min səkkiz yüz iyirmi səksən yeddi manat) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 38,87 (otuz səkkiz manat, səksən yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 6,78 (altı manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev