Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-143/2025 27.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanılmış 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 267069 ( iki yüz altmış yeddi min altmış doqquz) dollar məbləğində borcun alınaraq İddiaçı MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək, kommersiya mübahisəsi icraatda olan zaman iddia irəli sürdükləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) əsl cavabdeh olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə əvəz edilməsi zərurəti yarandığını, belə ki, hər iki cəmiyyətin adının eyni olması, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin VÖEN və ünvanının olmaması cavabdehlərin səhv müəyyən edilməsi ilə nəticələndiyini, hazırki iddia sürəcəkləri cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 109, mənzil 6 ünvanında yerləşən və VÖEN-i ********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğundan, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN-i ********** olan Cavabdeh ilə əvəz edilməsi zərurəti yarandığını bildirərək, iddiaya cavab verməli olmayan ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, əsl cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 109, mənzil 6 ünvanında yerləşən və VÖEN-i ********** olan Cavabdeh ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-143/2025 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə (VÖEN **********) qarşı pul tələbinə dair iddia tələbinə dair iş üzrə cavabdeh Lənkəran rayonu, Liman şəhəri, Rəsulzadə küçəsi, ev 137 ünvanında olan, ********** VÖEN ilə qeydiyyata alınan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, əsl cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 109, mənzil 6 ünvanında olan ********** VÖEN ilə qeydiyyata alınan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz olunması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə təqdim edərək, məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, tərəflərin işitrakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyinə görə, icraatdan çıxarılmalı və iş mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş kommersiya hüquqi şəxsi haqqında məlumatdan görünür ki, məhkəmə prosesinə əsl cavabdeh kimi cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı ünvan 2likası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Bakı şəhəri, Nərimanov rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində səhvən hazırki mübahisəyə heç bir aidiyyəti olmayan hüquqi ünvanı ünvan 3 Cəmiyyətini seçmişdir. Bununla da, işin əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə icraata götürüldüyü aşkar edilir. Belə olan halda, baxılan işin ərazi aidiyyətinə dair yaranmış prosessual məsələnin həlli məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsi deyil, həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələbi əsas götürülməli və həmin normaya uyğun olaraq iş baxılması üçün aidiyyəti məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci və 45.2-ci maddələrinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-143/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-143/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver