Məhkəmə qərarları › İş №e-2-2(121)-1433/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1433/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1433/2024 07.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakıı ilə İddiaçı MMC-nin cavabedeh "xxxx" ASC-yə qarşı – pul tələbi barədə ilkin iddiasına; "xxxx" ASC-nin İddiaçı MMCyə qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı – 69.928,40 manat məbləğində ödənilməmiş borcun, 400 manat mediasiya xərcinin, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən (Mərkəzi Bankın uçot dərəcəsinə - 7.75% uyğun olaraq) hesablanmış 5.419,45 manat faiz borcunun, cəmi 75.747,85 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi barəsində ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Alıcı) ilə "xxxx" ASC (Satıcı) arasında xx.xx.2021-ci il tarixli BTM/0164/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və bu müqavilə əsasında əməkdaşlıq edilmişdir. Həmin müqaviləyə uyğun şəkildə satıcıdan toyuq əti məhsulları alınmış və həmin məhsulların dəyəri alıcı tərəfindən ödənilmişdir. Lakin cavabdeh "xxxx" ASC aşağıdakı əsaslara görə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinə uyğun olaraq satıcıya geri qaytarılan malların dəyəri və alıcı tərəfindən müqavilənin 8.3-cü bəndinə uyğun şəkildə, müxtəlif tarixlərdə alıcının mağazalarında satıcının məhsulları üzrə keçirilən təşviq edici kampaniyalardan yaranmış marj itkiləri satıcı ilə qarşılıqlı razılaşdırılaraq satıcıya faktura edilsə də, göndərilmiş qaimələrin dəyəri satıcı tərəfindən ödənilməmişdir. Müxtəlif tarixlərdə əməkdaşlar tərəfindən satışa uyğun kəsilmiş fakturaların məbləği elektron poçt vasitəsilə qarşı tərəfə bildirilmiş və qarşı tərəfdən razılıq alınmışdır. Elektron poçt vasitəsilə aparılan yazışmalarda həmin qaimələri təsdiq edən yazılı aktların imzalanaraq təqdim edilməsini tələb etsələr də, qarşı tərəf həmin aktları bizə təhvil verməmişdir. Buna baxmayaraq tərəflər arasında bağlanan müqavilənin 12-ci maddəsinə əsasən görə satıcı tərəfindən 7 iş günü ərzində üzləşmə aktına dair rəsmi cavab gəlmədiyi halda alıcının qeyd etdiyi borc məbləği qəbul edilmiş sayılmalıdır. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə "xxxx" ASC-nin İddiaçı MMC-yə toplam xx.xx.2021-ci il tarixinədək toplam 34.035,74 manat borcu mövcud olmuş və həmin borcdan xx.xx.2021-ci il tarixində 28.333,77 manat əsas borc, 5100 manat məbləğində isə vergi (əlavə dəyər vergisi) borcu ödənilmiş və 601,97 manat kəsilmiş qaimə üzrə qalıq borc qalmışdır. Daha sonra iş materiallarına əlavə edilmiş tərəflər arasında qarşılıqlı olaraq e-poçt vasitəsi ilə həmçinin aktlarla razılaşdırılmış məbləğlər üzrə satışdan yaranan kampaniya üçün marj itkisi olaraq satıcıya müxtəlif vaxtlarda toplam 53.814,55 manat məbləğində e-qaimələr kəsilmiş və qaimələrin məbləği ödənilməmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin ticarət şərtlərinə uyğun olaraq 1% aylıq olaraq ay sonu endirimi toplam 16.113.85 manat məbləğində fakturası kəsilmiş və həmin qaimələrin məbləğləri ödənilməmişdir. "xxxx" ASC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70.370,64 manat əsas borc, 62.957,90 manat cərimə olmaqla, cəmi 133.328,54 manat pulun və ödənilmiş 423,33 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli "Alqı-satqı" müqaviləsi bağlanılmışdır. Həmçinin tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli "Alqı-satqı" müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə və düzəliş edilərək hər iki tərəfdən təsdiq edilmişdir. Bundan sonra həmin alqısatqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 2 saylı əlavə edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli "Alqı-satqı" müqaviləsinin və ona edilmiş əlavə və düzəlişlərin şərtlərinə uyğun olaraq vaxtaşırı toyuq ət məhsullarının satışını həyata keçirmişdir. Cavabdeh aldığı məhsulun dəyərinin bir qismini ödəsə də, 96.014,38 manat borclu qalmışdır. Bununla bağlı tərəflər arasında üzləşmə aparılaraq xx.xx.2022-ci il tarixli 001- A/22 saylı üzləşmə aktı tərtib edilərək təsdiq edilmişdir. Həmin aktdan da görünür ki, xx.xx.2021-ci il tarixinə cavabdeh "xxxx" MMC iddiaçı "Qaraqaşlı-Broyler” ASC-yə ödəməli olduğu borc məbləği 96.014,38 manatdır. Müvafiq üzləşmə aparılaraq akt imzalandıqdan sonra xx.xx.2022-ci il tarixində 25.643,74 manatı ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya ödəyəcəyi əsas borc məbləği 70.370,64 manatdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə tərəflər arasında danışıqlar aparılsa da, bu vaxtadək hər hansı nətica əldə edilməmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Məhdud MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini məhkəmədən xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən "xxxx" MMC hazırkı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin müvafiq qərardadı qüvvəyə mindiyi andan 3 iş günü ərzində 70.000 manatı "xxxx" ASC-nin bank hesabına və "xxxx" ASC İddiaçı MMC tərəfindən 70.000 manat pul vəsaiti onun bank hesabına köçürüldüyü andan 3 iş günü ərzində 69.000 manatı İddiaçı MMC-nin bank hesabına ödəyəcəklərini öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Məhdud MMC-nin nümayəndəsinin və ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin xx.xx.2024cü il tarixli ərizələrindən görünür ki, barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin hesabına 424 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: "xxxx" MMC ilə "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı MMC (VÖEN: **********) və ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı “Qaraqaşlı-Broyler" ASC (VÖEN:**********) Mülki Məcəllənin 881-ci maddəsinə uyğun olaraq aşağıda göstərilənlər şərtlər daxilində öz aralarında bu barışıq sazişini bağladılar: 1.1. İddiaçı MMC və "xxxx" ASC öz aralarındakı mübahisəni qarşılıqlı güzəşt və sülh yolu ilə həll edərək razılaşırlar və qarşılıqlı qaydada təsdiq edirlər ki, tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli 0164 №-li alqı-satqı müqaviləsi əsasında bu saziş imzalanan tarixə İddiaçı MMC-nin və "xxxx" ASC-yə cəmi 70.000 manat. "xxxx" ASC-nin İddiaçı MMC-yə isə cəmi 69.000 manat borcu vardır. 1.2. İddiaçı MMC öz öhdəsinə götürür ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi barədə məhəmənin müvafiq qərardadı qüvvəyə mindiyi andan 3 iş günü ərzində 70.000 manatı "xxxx" ASC-nin bank hesabına köçürəcək. "xxxx" ASC isə öz öhdəsinə götürür ki, İddiaçı MMC tərəfindən 70.000 manat pul vəsaiti onun bank hesabına köçürüldüyü andan 3 iş günü ərzində 69.000 manatı İddiaçı MMC-nin bank hesabına köçürəcəkdir. 1.3. İddiaçı MMC öz öhdəsinə götürür ki, Şivan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-1433/2024 saylı kommersiya işi üzrə "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiasından imtina edir və bununla bağlı yazılı qaydada ərizə ilə məhkəməyə müraciət edəcəkdir. "xxxx" ASC öz öhdəsinə götürür ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-1433/2024 saylı kommersiya işi üzrə İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiasından imtina edir və bununla bağlı yazılı qaydada ərizə ilə məhkəməyə müraciət edəcəkdir. 2.1. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. 2.2. Bu saziş bağlandığı andan qüvvəyə minir. 2.3. Bu saziş 3 nüsxədə tərtib olundu, 01 nüsxəsi Şirvan Kommersiya Məhkəməsinə təqdim edildi və 2 nüsxəsi hər bir tərəfə verildi. 2.4. Tərəflər Azərbaycan Respublikasının MPM-nin 153.2.2. 191 və 261-ci maddələrinin nəticələrini tam anlayaraq bu Sazişi bağlayıblar. Hər bir tərəf bu sazişi oxuyub və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir. İddiaçı MMC-nin cavabedeh "xxxx" ASC-yə qarşı – pul tələbi barədə ilkin iddiasına; "xxxx" ASC-nin İddiaçı MMCyə qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilsin. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 424 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar