Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1465/2023 17.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Muradlı Mircəlal Mirtaleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – cavabdehdən 4.751,93 manat məbləğində əsas borc, 259,91 manat məbləğində dəbbə pulu, 623,55 manat məbləğində əldən çıxmış fayda, 65 manat məbləğində mediasiya xərcləri, 200 manat məbləğində vəkil xərci olmaqla ümumilikdə 5.900,39 manat məbləğində pulun və 14 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə (iddia ərizəsi) ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-сu il tarixdə MEN01 saylı və xx.xx.2021-ci il tarixdə MEN01 saylı malların alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2019-сu il tarixdə MEN01 saylı müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə ödəməyi öhdəyə götürür. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı elektron qaimə-faktura üzrə qəbul edəcəyi malın dəyərini 30 gün müddətində ödəməlidir. Müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətini ödənilməsini gecikdiridiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir. xx.xx.2021-ci il tarixli, MEN01 saylı malların alqısatqı müqaviləsinin 2.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi 5000 manat limit çərçivəsində malın dəyərinin 100%-ni müvafiq mal partiyasının satıcının anbarına daxil olduğu tarixdən etibarən 30 gün ərzində satıcının hesabına ödəməlidir. Əgər alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, satıcı müvafiq malların alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da alcıdan tələb edə bilməsi qeyd edilmişdir. Tərəflər arasında aşağıdakı tarixlərdə və məbləğlərdə elektron qaimələr kəsilmişdir: xx.xx.2021-ci il tarixli və 313560 nömrəli elektron qaimə üzrə 707.75 manat məbləğində; xx.xx.2021-ci il tarixli və 116248 nömrəli elektron qaimə üzrə 774 manat məbləğində; xx.xx.2021-ci il tarixli və 425472 nömrəli elektron qaimə üzrə 2029.73 manat məbləğində; xx.xx.2021-ci il tarixli və 551077 nömrəli elektron qaimə üzrə 1134.98 manat məbləğində; xx.xx.2021-ci il tarixli və 105289 nömrəli elektron qaimə üzrə 775 manat məbləğində. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən alıcıya sifarişləri əsasında mal təhvil verilmiş və alıcının şirkətə olan borcu aşağıda qeyd edilən məbləğdədir: 4.751,93 manat məbləğində əsas borc; xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan 259,91 manat məbləğində dəbbə pulu; xx.xx.2019-сu il tarixli müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətini ödənilməsini gecikdiridiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir. Odur ki, dəbbə pulunun hesablanma qaydası aşağıdakı kimidir: 4.751,93 (əsas borc) x 0,01% (cərimə məbləği) = 0,47 (bir gün üçün) 0,47 (bir gün üçün) x 553 (xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan günlərin sayı) = 259,91 (ümumi dəbbə məbləği). xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan 623,55 manat məbləğində əldən çıxmış fayda. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2.ci maddəsinə əsasən - Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əldən çıxmış faydanın hesablanıldığı gün üçün Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi isə 8.75%-dir. Odur ki, əldən çıxmış faydanın hesablanma qaydası aşağıdakı kimidir: 4.751,93 (əsas borc) x 8,75 (uçot faiz dərəcəsi) = 415,7 (bir il üçün) 415,7 (bir il üçün) x 1 (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan illərin sayı) = 415,7 (bir il üçün olan əldən çıxmış fayda məbləği) 415,7 (bir il üçün) x 6/12 (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan ayların sayı) = 207,85 (altı ay üçün olan əldən çıxmış fayda məbləği) 415,7 (bir il üçün olan əldən çıxmış fayda məbləği) + 207,85 (altı ay üçün olan əldən çıxmış fayda məbləği) = 623,55 (ümumi əldən çıxmış fayda məbləği). Odur ki, hal-hazırda cavabdehin iddiaçıya olan borcu, 4.751,93 manat məbləğində əsas borc, 259,91 manat məbləğində dəbbə pulu, 623,55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 5.635,39 manat məbləğindədir. Yuxarıda qeyd edilən elektron qaimələr üzrə mallar alıcıya təhvil-təslim edilməsinə baxmayaraq alıcı tərəfindən 4.751,93 manat məbləğində malın dəyəri bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəflə əlaqə saxlanılaraq dəfələrlə ödənilməli olan məbləğ tələb edilsə də, cavabdeh tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-сu il tarixli, MEN01 saylı və xx.xx.2021-ci il tarixli, MEN01 saylı malların alqı-satqısı barədə müqavilələrə uyğun olaraq satıcı tərəfindən verilmiş mallar və alıcı tərəfindən həyata keçirilən ödəmələrlə bağlı hesabdan çıxarış iddia ərizəsinə qoşmaya əlavə edilir. Belə ki, Cavabdeh xx/xx/2019-cu ildən başlanılmaqla xx/xx/2021-ci il tarixindədək müxtəlif vaxtlarda müqavilə üzrə mallar təhvil verilmişdir. Ümumilikdə 31251,21 manat məbləğində mallar alıcıya təhvil verilmişdir. Cavabdeh tərəfindən isə 26499,28 manat məbləğində ödəniş edilmişdir. Alıcı tərəfindən 4751,93 manat məbləğində borc isə bu günə qədər ödənilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1465/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd edilən kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçı “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.751,93 manat məbləğində əsas borc, 328 manat məbləğində dəbbə pulu, 819,50 manat məbləğində əldən çıxmış fayda, 65 manat məbləğində mediasiya xərcləri və 200 manat məbləğində vəkil xərci olmaqla ümumilikdə 6.164,43 manat məbləğində pulun və 17 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış MEN01 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci yarımbəndinə əsasən, satılan malların hər birinin adı, çeşidi, miqdarı və məbləği alış zamanı təqdim edilən hesab faktura ilə müəyyən edilir. İş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış MEN01 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci yarımbəndinə əsasən, alıcı sifariş etdiyi 5.000 manat limit çərçivəsində malın dəyərinin 100%-ni müvafiq mal partiyasının satıcının anbarına daxil olduğu tarixdən etibarən 30 gün ərzində satıcının hesabına ödəməlidir. Əgər alıcı bu müqavilə üzrə ödənişləri vaxtında ödəməzsə, satıcı müvafiq malları alıcıya göndərilməsini dayandırmaqla yanaşı, əldən çıxmış faydanı da alıcıdan tələb edə bilər. İş materiallarına əlavə olunan EBAW seriyalı, 313560 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 707,75 manatlıq mallar cavabdehə göndərilmişdir. İş materiallarına əlavə olunan EBBA seriyalı, 116248 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 774,02 manatlıq mallar cavabdehə göndərilmişdir. İş materiallarına əlavə olunan EBBJ seriyalı, 551077 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 1.134,98 manatlıq mallar cavabdehə göndərilmişdir. İş materiallarına əlavə olunan EBBH seriyalı, 425472 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2.029,73 manatlıq mallar cavabdehə göndərilmişdir. İş materiallarına əlavə olunan EBBK seriyalı, 105289 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 775,01 manatlıq mallar cavabdehə göndərilmişdir. İşdə olan maliyyə arayışının surətindən görünür ki, cavabdehin 4751,93 manat məbləğində əsas borc, 259,91 manat məbləğində dəbbə pulu, 623,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 5635,39 manat məbləğində kredit borcu vardır. İşdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya göndərmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-сu il tarixdə MEN01 saylı və xx.xx.2021-ci il tarixdə MEN01 saylı malların alqı-satqı müqavilələri bağlanmış, hazırda cavabdeh MEN01 saylı, xx.xx.2019-сu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış MEN01 saylı, xx.xx.2019-сu il tarixli müqavilə əsasında iddiaçıdan mal(lar)ı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən məbləği tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın “819,5 manat əldən çıxmış faydanın ödənilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 328 manat məbləğində deyil, 25 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 200 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 150 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə və iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia isə qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 64 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə, 17 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. MEN01 nömrəli, xx.xx.2019-cu il tarixli malların alqı-satqısı haqqında müqavilə üzrə 4751,93 manat əsas bоrc, 25 manat dəbbə pulu, 150 manat vəkilə etdiyi kömək üçün ödənilən xərc, 17 manat dövlət rüsumu, cəmi 4943,93 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 64 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1465/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1465/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver