Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1481/2023 19.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış 108.745,37 manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri, 18 saylı Vəkil Bürosuna ödənilmiş 1.000 manat məbləğində pulun, mediasiya xərcinin əvəzi kimi Sabirabad 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 400 manat məbləğində pulun və 1 manat məbləğində dövlət rüsumunun, ümumilkdə cəmi 110.146,37 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X2 təmsil etdikləri tərəflərin öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirdilər və barışız sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Həmçinin, Cavabdeh qanuni nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə tərəflərin mübahisənin barışıq sazişi bağlamaq yolu ilə həll edilməsini və mübahisə üzrə işin icraatına xitam verilməsini arzu etdiklərini, bununla bağlı tərtib olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişini təsdiq olunması məqsədi ilə məhkəməyə təqdim etdiklərini bildirmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə:
1. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırda ödənilməmiş borc məbləği 103.065 manat (bir yüz üç min altmış beş) təşkil edir və həmin borc məbləğindən 30.000 manatı (otuz min manat) cari ilin sentyabr ayının 19-na qədər Cavabdeh MMC İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürür.
2. Sonra satıcı “Aral Pack“ MMC müqaviləyə uyğun olaraq hazırda sifariş olunmuş malın dəyəri alıcı Cavabdeh MMC tərəfindən ödənildikdən sonra malı Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürür.
3. Cavabdeh' MMC cari ilin sentyabr ayından sonra növbəti ayların sonuncu gününə kimi qalan borca görə hər ay 10.000 manat (on min) İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürür,
4. Hazırkı barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadından sonra da tərəflər müqavilənin şərtlərinə uyğun olaraq qarşılıqlı öhdəliklərini tam şəkildə yerinə yetirilməsinə təminat verirlər.
5. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə bərəsində məhkəməyə müraciət etməyə yol verilmir. Məhkəmə barışıq sazişinin məzmununu və şərtlərini müzakirə edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq və sadalanan qanunvericilik normalarının tələblərini rəhbət tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52-ci, 191-ci, 261.0.5-ci, 262-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qəraraaldı: İddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırda ödənilməmiş borc məbləği 103.065 manat (bir yüz üç min altmış beş) təşkil edir və həmin borc məbləğindən 30.000 manatı (otuz min manat) cari ilin sentyabr ayının 19-na qədər Cavabdeh MMC İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürür.
2. Sonra satıcı “Aral Pack “ MMC müqaviləyə uyğun olaraq hazırda sifariş olunmuş malın dəyəri alıcı Cavabdeh MMC tərəfindən ödənildikdən sonra malı Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürür.
3. Cavabdeh' MMC cari ilin sentyabr ayından sonra növbəti ayların sonuncu gününə kimi qalan borca görə hər ay 10.000 manat (on min) İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürür,
4. Hazırkı barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadından sonra da tərəflər müqavilənin şərtlərinə uyğun olaraq qarşılıqlı öhdəliklərini tam şəkildə yerinə yetirilməsinə təminat verirlər.
5. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə bərəsində məhkəməyə müraciət etməyə yol verilmir. İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim Zaur Abbasov