Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-150/2022 24.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.01.2018-ci il tarixli, 17-LD/18 nömrəli müqavilə üzrə 1,639.91 (bir min altı yüz otuz doqquz manat, doxsan bir qəpik) manat gecikdirilmiş əsas borc və 829.96 (səkkiz yüz iyirmi doqquz manat, doxsan altı qəpik) manat cərimə borcunun, 12.01.2018-ci il tarixli, 19-LD/18 nömrəli müqavilə üzrə 2,080.00 (iki min səksən) manat gecikdirilmiş əsas borc və 1,135.68 (bir min yüz otuz beş manat, altmış səkkiz qəpik) manat cərimə borcunun, 06.03.2018-ci il tarixli, 123-LD/18 nömrəli müqavilə üzrə 1,189.00 (bir min yüz səksən doqquz) manat gecikdirilmiş əsas borc və 595.33 (beş yüz doxsan beş manat, otuz üç qəpik) manat cərimə borcunun, 23.01.2017-ci il tarixli, 122-GL/17 nömrəli müqavilə üzrə 6,336.00 (altı min üç yüz otuz altı) manat gecikdirilmiş əsas borc və 1,748.74 (bir min yeddi yüz qırx səkkiz manat, yetmiş dörd qəpik) manat cərimə borcunun, 14.11.2017-ci il tarixli, 2203-GL/17 nömrəli müqavilə üzrə 2,496.00 (iki min dörd yüz doxsan altı) manat gecikdirilmiş əsas borc və 464.26 (dörd yüz altmış dörd manat, iyirmi altı qəpik) manat cərimə borcunun, 13.04.2018-ci il tarixli, 700- GL/18 nömrəli müqavilə üzrə 2,046.00 (iki min qırx altı) manat gecikdirilmiş əsas borc və 564.70 (beş yüz altmış dörd manat, yetmiş qəpik) manat cərimə borcunun, 02.03.2016-cı il tarixli, 659-GL/16 nömrəli müqavilə üzrə 2,400.00 (iki min dörd yüz) manat gecikdirilmiş əsas borc və 662.40 (altı yüz altmış iki manat, qırx qəpik) manat cərimə borcunun və 05.03.2014-cü il tarixli, D-45L/13 nömrəli müqavilə üzrə 7,104.00 (yeddi min yüz dörd) manat gecikdirilmiş əsas borc və 1,389.74 (bir min üç yüz səksən doqquz manat, yetmiş dörd qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi: 33,031.72 (otuz üç min otuz bir manat, yetmiş iki qəpik) manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) iləCavabdeh arasında bağlanmış 11.01.2018-ci il tarixli, 17-LD/18 nömrəli, 12.01.2018-ci il tarixli, 19- LD/18 nömrəli, 06.03.2018-ci il tarixli, 123-LD/18 nömrəli, 23.01.2017-ci il tarixli, 122- GL/17 nömrəli, 14.11.2017-ci il tarixli, 2203-GL/17 nömrəli, 13.04.2018-ci il tarixli, 700- GL/18 nömrəli, 02.03.2016-cı il tarixli, 659-GL/16 nömrəli, 05.03.2014-cü il tarixli, D45L/13 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnika-avadanlıqlarını və damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 20.08.2021-ci il tarixə 11.01.2018-ci il tarixli, 17-LD/18 nömrəli müqavilə üzrə 1,639.91 (bir min altı yüz otuz doqquz manat, doxsan bir qəpik) manat gecikdirilmiş əsas borc və 829.96 (səkkiz yüz iyirmi doqquz manat, doxsan altı qəpik) manat cərimə borcu, 12.01.2018-ci il tarixli, 19- LD/18 nömrəli müqavilə üzrə 2,080.00 (iki min səksən) manat gecikdirilmiş əsas borc və 1,135.68 (bir min yüz otuz beş manat, altmış səkkiz qəpik) manat cərimə borcu, 06.03.2018-ci il tarixli, 123-LD/18 nömrəli müqavilə üzrə 1,189.00 (bir min yüz səksən doqquz) manat gecikdirilmiş əsas borc və 595.33 (beş yüz doxsan beş manat, otuz üç qəpik) manat cərimə borcu, 23.01.2017-ci il tarixli, 122-GL/17 nömrəli müqavilə üzrə 6,336.00 (altı min üç yüz otuz altı) manat gecikdirilmiş əsas borc və 1,748.74 (bir min yeddi yüz qırx səkkiz manat, yetmiş dörd qəpik) manat cərimə borcu, 14.11.2017-ci il tarixli, 2203-GL/17 nömrəli müqavilə üzrə 2,496.00 (iki min dörd yüz doxsan altı) manat gecikdirilmiş əsas borc və 464.26 (dörd yüz altmış dörd manat, iyirmi altı qəpik) manat cərimə borcu, 13.04.2018-ci il tarixli, 700-GL/18 nömrəli müqavilə üzrə 2,046.00 (iki min qırx altı) manat gecikdirilmiş əsas borc və 564.70 (beş yüz altmış dörd manat, yetmiş qəpik) manat cərimə borcu, 02.03.2016-cı il tarixli, 659-GL/16 nömrəli müqavilə üzrə 2,400.00 (iki min dörd yüz) manat gecikdirilmiş əsas borc və 662.40 (altı yüz altmış iki manat, qırx qəpik) manat cərimə borcu və 05.03.2014-cü il tarixli, D-45L/13 nömrəli müqavilə üzrə 7,104.00 (yeddi min yüz dörd) manat gecikdirilmiş əsas borc və 1,389.74 (bir min üç yüz səksən doqquz manat, yetmiş dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Sonradan iddiaçı “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi 24.08.2021-ci il tarixə yaranmış 11.01.2018-ci il tarixli, 17-LD/18 nömrəli müqavilə üzrə 829,96 manat cərimə borcunun, 12.01.2018-ci il tarixli, 19-LD/18 nömrəli müqavilə üzrə 1.135,68 manat cərimə borcunun, 06.03.2018-ci il tarixli, 123-LD/18 nömrəli müqavilə üzrə 595,33 manat cərimə borcunun, 23.01.2017-ci il tarixli, 122-GL/17 nömrəli müqavilə üzrə 1.748,74 manat cərimə borcunun, 14.11.2017-ci il tarixli, 2203-GL/17 nömrəli müqavilə üzrə 464,26 manat cərimə borcunun, 13.04.2018-ci il tarixli, 700-GL/18 nömrəli müqavilə üzrə 564,70 manat cərimə borcunun, 02.03.2016-cı il tarixli, 659-GL/16 nömrəli müqavilə üzrə 662,40 manat cərimə borcunun, 05.03.2014-cü il tarixli, D-45L/13 nömrəli müqavilə üzrə 1.389,74 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 7.740,81 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə iclasında iştirak etməli olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutların məhkəməyə elektron qaydada təqdim edildiyini və məhkəmə baxışının yekunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia ərizəsində qeyd olunan müqavilələr üzrə əsas borcu tam ödədiyini, lakin müqavilələr üzrə hesablanmış cərimə borcunun çox olduğunu bildirərək məhkəmədən cərimə borclarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin azaldılmasına dair ərizəni və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 45-L/13 saylı, 31.01.2013-cü il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Sonradan 45-L/13 saylı 31.01.203-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə 05.03.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 20.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 45-L/13 saylı, 05.03.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 7.104 manat gecikdirilmiş əsas borc və 1.389,74 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 659-GL/16 saylı, 02.03.2016-cı il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 20.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 659-GL/16 saylı, 02.03.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 2.400 manat gecikdirilmiş əsas borc və 662,40 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 122-GL/17 saylı, 23.01.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 20.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 122-GL/17 saylı, 23.01.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə 6.336 manat gecikdirilmiş əsas borc və 1.748,74 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 2203-GL/17 saylı, 14.11.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 20.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 2203-GL/17 saylı, 14.11.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə 2.496 manat gecikdirilmiş əsas borc və 464,26 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 17-LD/18 saylı, 11.01.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 20.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 17-LD/18 saylı, 11.01.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə 1.639,91 manat gecikdirilmiş əsas borc və 829,96 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 19-LD/18 saylı, 12.01.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 20.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 19-LD/18 saylı, 12.01.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə 2.080 manat gecikdirilmiş əsas borc və 1.135,68 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 123-LD/18 saylı, 06.03.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 20.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 123-LD/18 saylı, 06.03.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə 1.189 manat gecikdirilmiş əsas borc və 595,33 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 700-GL/18 saylı, 13.04.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə istifadəyə verilmişdir. İşdə olan 20.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 700-GL/18 saylı, 13.04.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə 2.046 manat gecikdirilmiş əsas borc və 564,70 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17.08.2020-ci il tarixli, 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə hesab edir ki, iş üzrə tələb olunan cərimə borcları tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələblər tərəflər arasında bağlanılmış lizinq müqavilələrindən irəli gəlir. Yəni, müqavilələrin 4.2-ci bəndlərinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, iddiaçı cavabdehdən gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 11.01.2018-ci il tarixli, 17-LD/18 nömrəli müqavilə üzrə 41 manat cərimə, 12.01.2018-ci il tarixli, 19-LD/18 nömrəli müqavilə üzrə 56 manat cərimə, 06.03.2018-ci il tarixli, 123-LD/18 nömrəli müqavilə üzrə 28 manat cərimə, 23.01.2017-ci il tarixli, 122- GL/17 nömrəli müqavilə üzrə 87 manat cərimə, 14.11.2017-ci il tarixli, 2203-GL/17 nömrəli müqavilə üzrə 23 manat cərimə, 13.04.2018-ci il tarixli, 700-GL/18 nömrəli müqavilə üzrə 28 manat cərimə, 02.03.2016-cı il tarixli, 659-GL/16 nömrəli müqavilə üzrə 33 manat cərimə, 05.03.2014-cü il tarixli, D-45L/13 nömrəli müqavilə üzrə 68 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 350 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan 05 noyabr 2021-ci il tarixli, 3154 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin və 21.12.2021-ci il tarixli, 866593/00838 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 350 manat müəyyən olunmaqla Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 200 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 94 manat məbləğində dövlət rüsumunun 8 manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11.01.2018-ci il tarixli, 17-LD/18 nömrəli müqavilə üzrə 41 manat cərimə, 12.01.2018-ci il tarixli, 19-LD/18 nömrəli müqavilə üzrə 56 manat cərimə, 06.03.2018-ci il tarixli, 123-LD/18 nömrəli müqavilə üzrə 28 manat cərimə, 23.01.2017-ci il tarixli, 122- GL/17 nömrəli müqavilə üzrə 87 manat cərimə, 14.11.2017-ci il tarixli, 2203-GL/17 nömrəli müqavilə üzrə 23 manat cərimə, 13.04.2018-ci il tarixli, 700-GL/18 nömrəli müqavilə üzrə 28 manat cərimə, 02.03.2016-cı il tarixli, 659-GL/16 nömrəli müqavilə üzrə 33 manat cərimə, 05.03.2014-cü il tarixli, D-45L/13 nömrəli müqavilə üzrə 68 manat cərimə və hüquqi yardımla bağlı ödənilmiş 200 manat, ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 94 manat məbləğində dövlət rüsumunun 8 manat məbləği Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-150/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-150/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver