Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-151/2025 07.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 avqust 2020-ci il tarixli 023/20 №-li Alqı-satqı müqaviləsinə görə ödənilməli olan ƏDV daxil 109861,35 manat (ƏDV-siz 93102,84 manat) məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı MMC arasında 15 avqust 2020-ci il tarixdə beton qarışığının alqı satqısına dair 023/20 №-li müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq ötən müddət ərzində "xxxx" MMC-yə ƏDV xaric 348929,11 (üç yüz qırx səkkiz min doqquz yüz iyirmi doqquz) manat məbləğində müxtəlif markalı beton qarışığı göndərilmiş, bu barədə təqdim edilmiş: - xx.xx.2020-ci il tarixli EBAT Seriyalı 642158 №-li (81619,11 manat məbləğdə); - xx.xx.2020-ci il tarixli EBAT Seriyalı 642807 №-li (21381,70 manat məbləğdə); - xx.xx.2020-ci il tarixli EBAV Seriyalı 238317 №-li (22192,73 manat məbləğdə); - xx.xx.2021-ci il tarixli EBAW Seriyalı 132257 №-li (22856,30 manat məbləğdə); - xx.xx.2021-ci il tarixli EBAY Seriyalı 431244 №-li (4644,99 manat məbləğdə); - xx.xx.2021-ci il tarixli EBAY Seriyalı 432057 №-li (38781,98 manat məbləğdə); - xx.xx.2021-ci il tarixli EBAY Seriyalı 658286 №-li (19532,00 manat məbləğdə); - xx.xx.2021-ci il tarixli EBAZ Seriyalı 575698 №-li (19808,00 manat məbləğdə); - xx.xx.2021-ci il tarixli EBAZ Seriyalı 581651 №-li (6080,00 manat məbləğdə); - xx.xx.2021-ci il tarixli EBBA Seriyalı 199231 №-li (25384,00 manat məbləğdə); xx.xx.2021-ci il tarixli EBBD Seriyalı 046462 №-li (22856,30 manat məbləğdə); xx.xx.2021-ci il tarixli EBBE Seriyalı 450476 №-li (43700,00 manat məbləğdə); xx.xx.2021-ci il tarixli EBBE Seriyalı 451784 №-li (20292,00 manat məbləğdə), ümumilikdə ƏDV xaric 348929,11 manat məbləğində elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Təqdim edilmiş mallara görə ötən müddət ərzində ƏDV xaric 255826,27 manat ödəniş edilmiş, 93102,64 manat (ƏDV-siz) məbləğində pul vəsaiti ödənilməmiş qalmaqdadır. Müqavilənin 2.2 maddəsində əsasən Alıcı tərəfindən malın dəyərinin hesabfakturanın təqdim edildiyi tarixdən etibarən on təqvim günü müddətində ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.4.2 maddəsində Alıcı aldığı betonun dəyərini on təqvim günü müddətində ödəməyi öhdəlik kimi öz üzərinə götürmüşdür. Ötən müddət ərzində Cavabdeh tərəfindən ƏDV-siz 93102,84 manat məbləğində (ƏDV daxil 109861,35 manat) borcun bağlanması üçün heç bir təşəbbüs göstərilməmiş, edilmiş şifahi və yazılı müraciətlərə baxmayaraq Cavabdeh borcu ödəməmiş, ödəməmə səbəbinə izah verməmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmişdir. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə sifarişli poçtla cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanına və xx.xx.2024-cü il tarixdə faktiki yerləşdiyi ünvan 2 ünvanına pretenziya məktubları göndərilmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixində hesablarına sərəncam qoyulduğunu, bununla bağlı Şirvan İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixində iddia ərizələrinin təqdim olunduğunu, hesablarında sərəncam olduğu üçün nağdsız ödənişləri həyata keçirə bilmədiklərini, bununla bağlı İddiaçı MMCnə məlumat verildiyini bildirmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2011-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 15 avqust 2020-ci il tarixli 023/20 №-li beton qarışığının alqı-satqısına dair müqavilənin: 1-ci bəndinə əsasən, “Satıcı” hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə (Qiymət razılaşdırma protokolunda) göstərilən qiymət və göstəricələrə müvafiq beton qarışığını Alıcının mülkiyyətinə verir. Alıcı isə malı qəbul edib dəyərini ödəyir. 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, malın qiyməti bu müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma protokolunda öz əksini tapır. Alıcı malın dəyərini hesab faktura əsasında 10 təqvim günü müddətində Satıcıya ödəyir. İş materiallarında olan 15 avqust 2020-ci il tarixli 023/20 №-li müqaviləyə əlavə Qiymət razılaşdırma protokollarına əsasən, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə veriləcək malların (beton qarışımının) növləri üzrə qiymətləri tərəflər arasında razılaşdırılmışdır İş materiallarında olan qaimə fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə ümumilikdə cəmi 348929,11 manat (ƏDV-siz) dəyərində mal təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli EBAT Seriyalı 642158 №-li (81619,11 manat məbləğdə), xx.xx.2020-ci il tarixli EBAT Seriyalı 642807 №-li (21381,70 manat məbləğdə), xx.xx.2020-ci il tarixli EBAV Seriyalı 238317 №-li (22192,73 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBAW Seriyalı 132257 №-li (22856,30 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBAY Seriyalı 431244 №-li (4644,99 manat məbləğdə), xx.xx.2021ci il tarixli EBAY Seriyalı 432057 №-li (38781,98 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBAY Seriyalı 658286 №-li (19532,00 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBAZ Seriyalı 575698 №-li (19808,00 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBAZ Seriyalı 581651 №-li (6080,00 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBBA Seriyalı 199231 №-li (25384,00 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBBD Seriyalı 046462 №-li (22856,30 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBBE Seriyalı 450476 №-li (43700,00 manat məbləğdə), xx.xx.2021-ci il tarixli EBBE Seriyalı 451784 №-li (20292,00 manat məbləğdə) elektron qaimələrin surətindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə göndərilmiş beton məhsulunun ümumi dəyəri 348929,11 manat (ƏDV-siz) təşkil etmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına ümumilikdə cəmi 255826,27 manat (ƏDV-siz) məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 15 avqust 2020-ci il tarixli 023/20 №-li beton qarışığının alqı-satqısına dair müqaviləyə əsasən yaranmış 109861,35 manat məbləğində borcun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-nə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Cavabdeh isə hesablarına sərəncam qoyulduğu üçün nağdsız ödənişləri həyata keçirə bilmədiklərini, bununla bağlı iddiaçıya məlumat verildiyini bildirmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən təhvil verilmiş malların ümumi dəyərinin ƏDV-siz 348929,11 manat məbləğində olması (malların təhvil verilməsinə dair qaimə fakturalara və elektron qaimələrə əsasən), təhvil verilmiş mallara görə iddiaçının bank hesabına cəmi ƏDV-siz 255826,27 manat məbləğində pul vəsaitinin köçürüldüyü (ödəniş tapşırıqlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş ƏDV daxil 109861,35 manat (ƏDV-siz 93102,84 manat) məbləğində borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair qaimə fakturalara, cavabdehə göndərilmiş elektron qaimələrə, ödəniş tapşırıqlarına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, lazımi qaydada məlumatlandırılsa da cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı etirazını bildirməmiş, həmçinin iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində hesablarına sərəncam qoyulduğu üçün nağdsız ödənişləri həyata keçirə bilmədiklərini qeyd etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair qaimə fakturaları, cavabdehə göndərilmiş elektron qaimələri, ödəniş tapşırıqlarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən ƏDV daxil 109861,35 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 109861,35 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə, əsas borc qalığı kimi tələb olunan 109861,35 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2020-ci il tarixli 023/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 109861,35 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-151/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-151/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver