Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-153/2024 25.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 manat məbləğində borcun və 60 manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının hüquqi varisi olduğu "xxxx" MMC-nə müraciət edərək ünvan 1i ərazisində yerləşən 30,0 ha sahədə pambıq əkibbecərilməsi ilə bağlı köməklik edilməsini xahiş etmiş və bu məqsədlə torpağın icarə müqaviləsini həmin cəmiyyətə təqdim etmişdir. Torpaq sahəsinin əkinə yararlı olubolmaması mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra cavabdehə pambığın alğı-satqı müqaviləsinin bağlanması üçün müraciət edilmişdir. Bu məqsədlə Cavabdeh 27 fevral 2018-ci il tarixdə icarə haqqı ödənilmişdir. Lakin cavabdeh müxtəlif səbəblərdən Cəmiyyətlə alğı-satqı müqaviləsi bağlanmaqdan yayınmışdır. İşə əlavə edilmiş xx.xx.2018ci il tarixli kassa məxaric orderi ilə müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC tərəfindən torpağın əkilib-becərilməsi üçün 3600 manat məbləğində avans vəsait ödənilmiş və imzalanmışdır. Lakin cavabdeh edilən müraciətlərə baxmayaraq müxtəlif bahanələrlə, ödənilmiş pul vəsaitini cəmiyyətə geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh əldə etmiş olduğu avans pul vəsaitinin əvəzində cəmiyyətə pambıq təhvil verəcəyini vəd etsə də, pambığı təhvil verməmiş, 3600 manat məbləğində vəsaiti isə geri qaytarmamış, bununla da iddiaçının hüquqi varisi olduğu "xxxx" MMC-nin vəsaiti hesabına əsassız olaraq varlanmışdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının ona 3600 manat icarə haqqı üçün avans verdiyini, qalan 3600 manat vəsaiti isə özünün ödədiyini, iddiaçının hazırladığı alqısatqı müqaviləsindən məlumatsız olduğunu, bələdiyyə ilə icarə müqaviləsi bağlayan zaman özünün həmin bələdiyyənin sədri vəzifəsində işlədiyini, icarə müqaviləsinin bağlanması barədə bələdiyyə iclasının qərar-protokolunun mövcud olduğunu, şərait yaradılarsa həmin sənədləri məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara və məhkəmə iclasında tədqiqi olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) bir neçə hüquqi şəxsin, o cümlədən “X4” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və həmin hüquqi şəxslərin hüquqi varisidir. İş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh oğluna sahibkarlıq subyekti kimi xx.xx.2010-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qara Nuru bələdiyyəsinin sədri Cavabdeh ilə Qara Nuru kəndində yaşayan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 067 nömrəli “Torpaq icarəsi haqqında” müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə Qara Nuru bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarından 30 ha sahə torpaq sahəsinin hər hektarına görə 100 manat icarə haqqı ilə 11 ay müddətinə icarəyə verilmişdir. İş materiallarında olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanması nəzərdə tutulmuş xx.xx.2018-ci il tarixli, 0084 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə ve ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) ünvan 1ində yerləşən 30.0 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə İstehsalçıya ödəməyi öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən, istehsalçı aşağıdakıları öhdəsinə götürür: a. hər hektardan ən azı 20 sentner yüksək keyfiyyətli xam pambıq istehsal edir. b. digər pambıqçılıqla məşğul olan şirkətlərlə pambıq istehsalına dair müqavilə bağlanılmasına yol vermir; c. bu müqavilənin 1-ci bəndində göstərilən sahədə yetişdirdiyi pambığı 30 noyabr 2013-cü il tarixindən gec olmamaq şərti ilə son məhsuladək yığıb yalnız “X4” MMC-yə təhvil verir. İş materiallarında olan Kassa məxaric orderinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh 3600 manat məbləğində icarə haqqı və arat pulu ödənilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh ödənilmiş 3600 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat vəsait ödəmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarına əsasən müəyyən edir ki, tərəflər öz aralarında, iddiaçının cavabdehə sonuncu tərəfindən icarəyə götürülmüş sahədə pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə icarə haqqını ödəməsi üçün pul verməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədə tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasına dair razılığa gəlmişlər. Həmin razılığa əsasən iddiaçı icarə haqqının ödənilməsi məqsədi ilə cavabdehə 3600 manat pul vəsaitini verməsinə baxmayaraq cavabdehin onunla alğı-satqı müqaviləsi bağlamaqdan yayındığını, sonradan isə ona verilmiş 3600 manat məbləğində pulu geri qaytarmadığını iddia edir. Cavabdeh iddiaçının ona 3600 manat icarə haqqı üçün avans verdiyini, lakin sonradan iddiaçının verdiyi vədə əməl etməyərək pambıq əkilməsi üçün ona köməklik göstərmədiyini bildirir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterini aşkara çıxararaq ona hüquqi qiymət verməyi, bununla da iddia tələbinin maddi hüquqi əsasını müəyyən etməyi zəruri sayır. Məhkəmə işdə olan sənədlərə və tərəflərin izahatlarına əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğı-satqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün icarəyə götürülmüş torpaq sahəsinin icarə haqqının ödənilməsi məqsədi ilə cavabdehə pul vermişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən icarə haqqının ödənilməsi üçün cavabdehə verilmiş pul vəsaitinin təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. Belə ki, qeyd olunduğu kimi iddiaçı xam pambığın alğı-satqısına dair razılığa gəldiklərini nəzərə alaraq icarə haqqının ödənilməsi məqsədi ilə cavabdehə pul vermişdir (oferta), cavabdeh isə xam pambığın tədarük edilərək iddiaçıya satılmasının təmin edilməsi məqsədi ilə torpaq sahəsinin icarəsi müqaviləsi üzrə icarə haqqını ödəmək üçün həmin pul vəsaitini qəbul etmişdir (aksept). Məhkəmə, şərh olunanları nəzərə alaraq tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və həmin münasibətlər struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki,iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaitinin təyinatı cavabdehin icarəyə götürdüyü sahədən məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, işin müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Buna görə də, tərəflər arasında yaranmış hüquq münasibəti, onların müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alğı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən (şifahi razılaşmadan) irəli gəlir. Həmin razılaşmanın şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə icarə haqqının ödənilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə 3600 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya verilən avans məbləğində borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə və cavabdehin etirafı ilə tam təsdiq olunur. Beləliklə müəyyən olunur ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı pul tələbinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının cavabdehə verdiyi avansın qaytarılmasına dair tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında xam pambığın alğı-satqısına dair konsensual müqavilə (şifahi razılaşma) bağlanılmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə avans olaraq 3600 manat məbləğində pul vermişdir, lakin cavabdeh razılaşmaya əsasən üzərinə düşən öhdəlikləri icra etməmişdir, bununla yanaşı ona avans olaraq verilmiş pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. Nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 3600 manat borcu yaranmışdır. Buna görə də həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh öhdəlik hüquq münasibətlərindən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 56 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 3.600 manat borc və 60 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, cəmi 3660 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 56 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-153/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-153/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver