Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1545/2023 11.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti istifadə üçün verilmiş hər birinin dəyəri 11.000 manat olan “İveco FİAT S-59” markalı ** AD *** və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300L - 40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L-5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L- 33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L- 5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L- 2 ədəd soyuducu, ümumi dəyəri 14.000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyir 50 manat olan 10 qutu izolyasiyanın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 72.800 manatın və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 10 iyul 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268 və 269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1545/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1545/2023
11.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver