Məhkəmə qərarları › İş №e-2-2(121)-1547/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1547/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1547/2025 10.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1, Cavabdeh, həmçinin digər cavabdeh “Ağasalah X3” MMC-nin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər “Ağasalah X3” MMC-yə və qeyrilərinə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC BOKT cavabdehlər “Ağasalah X3” MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı - cavabdeh “Ağasalah” X3” MMC-dən 2.214,91 manat əsas borc, 307,46 manat faiz borcu olmaqla, cəmi 2.522,37 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi; kreditin təminatı kimi ipoteka qoyulmuş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0,01 ha torpaq sahəsi ilə birlikdə, habelə həmin ünvanda Cavabdeh5 məxsus 0,01 ha torpaq sahəsinin, Cavabdeh6 məxsus 0,01 ha torpaq sahəsinin, Cavabdeh4 məxsus 0,01 ha torpaq sahəsinin və Cavabdeh3 məxsus 0,01 ha torpaq sahəsinin ilkin satış qiymətinin 20.000 manat dəyərində müəyyən edilməsi; borc tələbinin ipoteka qoyulmuş Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə 0,01 ha torpaq sahəsi ilə birlikdə, habelə həmin ünvanda Cavabdeh5 məxsus 0,01 ha torpaq sahəsinə, Cavabdeh6 məxsus 0,01 ha torpaq sahəsinə, Cavabdeh4 məxsus 0,01 ha torpaq sahəsinə və Cavabdeh3 məxsus 0,01 ha torpaq sahəsinə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 2.522,37 manat məbləğin və ödənilmiş 45,22 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un İmişli filialı ilə “Ağasalah” X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli 31 saylı kredit müqaviləsinə əsasən “Ağasalah” X3” MMC-yə illik sahibkarlıq fəaliyyəti ilə bağlı 6%-lə 36 ay müddətinə 8.000 manat və kənd yerlərinin kreditləşdirilməsi layihəsi üzrə isə 36 ay müddətinə illik 21 faizlə 4.000 manat kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 0,01 ha torpaq sahəsi ilə birlikdə, habelə həmin ünvanda Cavabdeh5 məxsus 0,01 ha torpaq sahəsi, Cavabdeh6 məxsus 0,01 ha torpaq sahəsi, Cavabdeh4 məxsus 0,01 ha torpaq sahəsi və Cavabdeh3 məxsus 0,01 ha torpaq sahəsi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC BOKT-un İmişli filialı ilə ipoteka qoyanlar arasında xx.xx.2014-cü il tarixli 31 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın İmişli filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 20.000 manat dəyərində müəyyən edilir. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. “Ağasalah” X3” MMC kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. Kənd yerlərinin kreditləşdirilməsi layihəsi üzrə kredit borcu tam ödənilməsinə baxmyaraq, digər layihə-Sahibkarlıq Fondunun vəsaiti hesabına verilmiş kredit üzrə kredit borcu tam ödənilməmişdir. Cavabdeh “Ağasalah” X3” MMC-nin iddiaçıya 2.214,91 manat əsas borc, 307,46 manat faiz borcu olmaqla, cəmi borcu 2.522,37 manat borcu vardır. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Sonradan İddiaçı QSC BOKT-un nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Ağasalah” X3” MMC-dən 2.014,91 manat əsas borc, 307,46 manat faiz borcu olmaqla, cəmi 2.322,37 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-un nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, həmçinin digər cavabdeh “Ağasalah X3” MMC-nin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı SKT-nin İmişli filialı ilə “Ağasalah X3” MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 31 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı SKT tərəfindən “Ağasalah X3” MMC-yə 8.000 manat məbləğində kredit vəsaiti illik 6 faiz olmaqla, 36 ay müddətinə verilmişdir. İşdə olan maliyyə arayışının surətindən görünür ki, “Ağasalah X3” MMC ilə İddiaçı SKT arasında bağlanmış 31 nömrəli, xx.xx.2014-cu il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 2.214,91 manat qalıq əsas borc və hesablanmış 307,46 manat faiz borcu vardır. İşdə olan maliyyə arayışının surətindən görünür ki, “Ağasalah X3” MMC ilə İddiaçı SKT arasında bağlanmış 31 nömrəli, xx.xx.2014-cu il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixə 2.014,91 manat qalıq əsas borc və hesablanmış 307,46 manat faiz borcu vardır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehlərə xx.xx.2024-cü il tarixli pretenziya məktubları (bildirişlər) göndərmişdir. Cavabdeh, həmçinin digər cavabdeh “Ağasalah X3” MMC-nin nümayəndəsi Cavabdeh2 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, iş üzrə iddianı tam qəbul etdiyini, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin hazırda qüvvədə olan 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. İddia tələbi qeyd edilən hissələrdə həmçinin ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehin nümayəndəsi tərəfindən etiraf edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin nümayəndəsi tərəfindən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 2.014,91 manat əsas borc, 307,46 manat faiz borcu olmaqla, cəmi 2.322,37 manat məbləğində pul vəsaiti “Ağasalah X3” MMC-dən alınaraq İddiaçı QSC BOKT-a ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar