Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-155/2022 15.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Zahidov Atabəy Rahim oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçıin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya "xxxx" MMC) Cavabdeh qarşı – 11.594,14 manat borc, 124,80 manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 manat mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 24.02.2020-ci il tarixli X5 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma müqaviləsinə əsasən cavabdeh 28 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 980 ton məhsulu istehsal edib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 14.278 (on dörd min iki yüz yetmiş səkkiz) manat məbləğində mal və xidmət satılmaqla və 1.300 (bir min üç yüz) manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 15.578 (on beş min beş yüz yetmiş səkkiz) manat dəyərində xərc çəkilmişdir. Cavabbdeh tərəfindən isə iddiaçıya cəmi 3.983.86 (üç min doqquz yüz səksən üç manat səksən altı qəpik) manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 11.594.14 (on bir min beş yüz doxsan dörd manat on dörd qəpik) manat borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır.Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesabfaktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tələb olunacaqdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəfimizdən təqdim edilmiş maliyyə arayişlarında təsdiq edilir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında torpaqda şoranlıq olduğu üçün məhsul çıxışının alınmadığını, bununla əlaqədar olaraq iddianı qismən qəbul etdiyini bildirərək qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq, sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-ci il tarixli “X5 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən 28 hektar torpaq sahəsində "xxxx" MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada "xxxx" MMC-yə təhvil verməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “İsehsalçı/Əkinçi” şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu "xxxx"ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən “İsehsalçı/Əkinçi” əkinin xəstəliyi və ya hər hansı bir riski ilə əlaqədar zamanında müdaxilə etməli və "xxxx"dən məsləhət köməkliyi tələb etməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-cu il tarixli “X5 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əlavələr edilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 1.300 manat məbləğində kətmən pulu Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumilikdə 14.278 manat məbləğində xidmətlər göstərilmişdir. İşə əlavə edilmiş 21.10.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 21.10.2021-ci il tarixə iddiaçıya olan borcu 11.594,14 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış REF№437/2021 saylı, 17.09.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya 11.594,14 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehdən tələb edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-ci il tarixli “X5 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona edilmiş əlavələrə əsasən cavabdeh 28 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 980 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə ümumilikdə 15.578 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC-yə 3.983,86 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya qalan X5 təhvil verilməmiş və cavabdehin 11.594,14 manat məbləğində borcu yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında "xxxx" MMC tərəfindən işlərin görülməsi üçün ümumilikdə 15.578 manat dəyərində xərcin çəkildiyini bildirmişdir. Bununla belə, cavabdeh tərəfindən yaranmış 11.594,14 manat borc pulun məhsul və ya pul şəklində qaytarıldığına dair məhkəməyə hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Məhkəmə həmçinin, cavabdehin məhkəmə iclaslarında verdiyi izahatında qeyd etdiyi suvarılma ilə bağlı problemlərin olması məsələsinə də münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 4.3-cü bəndindən görünür ki, “İstehsalçı/Əkinçi”, yəni cavabdeh şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı müqavilə üzrə torpaq sahəsinin suvarılması ilə bağlı üzərinə öhdəlik götürməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda torpaq sahəsində şəkər çuğunduru əkmək və hər hektardan məhsul əldə etməklə şəkər çuğunduru istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaiməfakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mal və ya xidmətlər Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydada, yəni elektron qaimə-faktura əsasında göndərilmişdir. Bununla yanaşı, cavabdehin nümayəndəsi 15 mart 2022-ci il tarixində məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən ümumilikdə 15.578 manat dəyərində xidmətlərin göstərildiyini qeyd etmişdir. Məhkəmə həmçinin, iddianın 124,80 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 124,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 124,80 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyindən, həmin mediasiya xərci iddiaçı tərəfindən tələb edildiyindən 200 manat məbləğində mediasiya xərci də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 11.594,14 manat məbləğində borc,124,80 manat məbləğində dövlət rüsumu və 200 manat məbləğində mediasiya xərci, ümumilikdə 11.918,94 (on bir min doqquz yüz on səkkiz manat, doxsan dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11.594,14 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,80 manat və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 11.918,94 (on bir min doqquz yüz on səkkiz manat, doxsan dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-155/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-155/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver