Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-156/2022 29.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəbiyev Nicat Salavat oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Zahidov Atabəy Rahim oğlunun, Cavabdeh iştirakları ilə İddiaçıin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı – 5.000 manat borc, 70 manat məbləğində ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 01.11.2018-ci il tarixli № 003 saylı, “Şəkər şuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 5.000 (beş min) manat məbləğində avans verilməklə toplam 5.000 (beş min) manat dəyərində xərc çəkilmişdir. Lakin cavabbdeh tərəfindən 06.02.2019-cu il tarixdə iddiaçıya “Ərizə” ilə müraciət edilərək, onunla bağlanmış 01.11.2018 tarixli, 003 saylı müqavilənin ləğv edilməsi və həmin müqavilənin X5 adına keçirilməsi istənmişdir. Cavabdeh 08 iyul 2020-ci il tarixdə İddiaçı MMC-yə 2-ci “Ərizə” ünvanlanmış və “Ərizə”də Cavabdeh bildirmişdir ki, zavoda olan 5.000 (beş min) manat borcunu növbəti il “şəkər çuğunduru” əkərək ödəyəcəkdir. Lakin keçən müddət ərzində Cavabdeh ilə dəfələrlə telefon əlaqəsi saxlanmış və cavabdeh zavoda dəvət edilərək borclu olduğu 5.000 azn məbləğin ödənilməsi tərəfimizdən tələb edilsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə və İddiaçı MMC-yə qarşı müxtəlif icrası mümkünsüz şərtlər irəli sürməklə borcunu ödəməkdən imtina etmişdir. Nəticədə Cavabdeh İddiaçı MMC-yə olan 5.000 (beş min) manat borcu bu günədək ödənilməmiş qalmışdır. Cavabdehin borclu olması onun özü tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədə öz əksini tapmışdır. İddiaçı MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Bununla yanaşı, o, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 01.11.2018-ci il tarixli, 003 saylı “Şəkər şuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” 05.02.2019-cu il tarixində ləğv edildiyi və cavabdehin müqavilə üzrə öhdəliklərinin cavabdehin oğlu X1 bildirdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında İddiaçı MMC tərəfindən ona 5.000 manat məbləğində xərc çəkilmədiyini, onunla bağlanılmış 01.11.2018-ci il tarixli, 003 saylı “Şəkər şuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin ləğv edildiyini, onun şirkətə hər hansı borcunun olmadığını bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq, sübutları tədqiq edərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.11.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Füzuli rayonu, Qayais kəndi ərazisində yerləşən 15 hektar torpaq sahəsində "xxxx" MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada "xxxx" MMC-yə təhvil verməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən "xxxx" təhvil verilmiş şəkər çuğundurunun müqabilində bu müqavilənin 1 saylı əlavəsində müəyyən olunmuş şərtlərlə hesablanılmış məbləği, təqdim olunmuş müvafiq hesab-fakturanın tarixindən sonrakı 20 (iyirmi) iş günü ərzində “İstehsalçı/Əkinçi” yə ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.11.2018-cu il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə 1 və 2 saylı əlavələr edilmişdir. İşdə olan Cavabdeh tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 07.02.2018-ci il tarixli ərizə ilə Cavabdeh şəkər çuğunduru əkmək üçün bağladığı 003 № li müqavilənin ləğv edilməsini və bağlanmış 003 №-li müqaviləni 15 ha xərci ilə birlikdə X5 adına keçiriməsini xahiş etmişdir. Həmin ərizənin "uyğunluğuna dair ərizənin yuxarı sol küncündə qeyd edilmiş və ərizənin aşağı hissəsində Fərid Əhmədov 003 №-li müqaviləni 15 hektar sahənin bütün çəkilən xərclərinin onun hesabına keçməsinə etiraz etmədiyini qeyd etmişdir. Sözügedən ərizədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 003 saylı müqavilə 06.02.2019-cu il tarixində ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 08.07.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh müqavilə üzrə növbəti mövsümdə əkəcəyi məhsulun pulundan "xxxx" MMC-dən avans olaraq götürdüyü 5.000 manat məbləğin ödəyəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı MMC ilə X8 arasında bağlanmış 05.02.2019-cu il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nin surətindən görünür ki, “İstehsalçı/Əkinçi” öz qanuni istifadəsində olan Füzuli rayonu, Qayais kəndi ərazisində yerləşən torpaq sahəsində "xxxx" MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada "xxxx" MMC-yə təhvil verməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 10 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X5 10 mart 2022-ci il tarixə "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazında qeyd edilmişdir ki, 01.11.2018-ci il tarxili 003 saylı əkin müqaviləsi 06.02.2019-cu il tarixli ərizəyə əsasən ləğv edilmişdir. Ərizənin dərkənarında da rəhbərlik tərəfindən “uyğundur” və “ləğv edilsin” sözləri qeyd edilmişdir. Bununla da onunla iddiaçı tərəf arasında yaranmış müqavilə münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən də həmin müqavilə üzrə hər hansı öhdəliyin ondan tələb edilməsi tam əsassız və qeyri-qanunidir. Bu tələb Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü (424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razdaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır) və 424.4-cü (424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər) maddələrinə tam ziddir. Həmin müqavilə üzrə yaranmış 5000 manat borc müqavilə üzrə oğlu X5 adına keçirilmişdir və bununla bağlı X5 razılığı da alınmışdır. X5 adına bağlanılmış müqavilənin tərkib hissəsində də, yəni müqavilənin 2.2-ci yarımbəndində qeyd olunmuşdur ki, həmin müqavilə üzrə yaranmış borc X5 təhvil verdiyi məhsuldan çıxılacaq və qalan məbləğ X5 bank hesabına köçürüləcəkdir. X8 tərəfindən həmin müqavilə üzrə iddiaçıya 571 ton şəkər çuğunduru məhsulu təhvil verilmiş və təhvil verilmiş məhsulun haqqından borclar çıxıldıqdan sonra 10.000 manat yaxın pul iddiaçı tərəfindən oğlu X5 bank hesabına köçürülmüşdür. Tələb edilən 5000 manat pul məhsulun haqqında çıxılmışdır. Əgər həmin pul təhvil verilmiş məhsulun haqqından çıxılmamışdırsa bu zavodun mühasibat şöbəsinin məsul işçilərinin kobud səhvləridir. 2019-cu il tarixdə zavoda 35 hektar torpaq sahəsi icarəyə vermiş və zavod buna görə ona 9000 manat icarə haqqı ödəmişdir. 9000 manat icarə ödənilərkən bildirmiş ki, zavoda hər hansı bir borcu varsa tutulsun həmin puldan zavodun məsul işçisi mühasib Məhəmməd müəllim isə bildirdi ki, sizin zavoda heç bir borcunuz yoxdur və 9000 manat pul nəğd qaydada ona ödənildi. İddiaçı - İddiaçı MMC 20 oktyabr 2021-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçıMMC-nin xeyrinə 5.000 manat əsas borc, 70 manat ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya rüsumunun tutulması barədə iddiası əsassız hesab edilməsini və iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.11.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə və ona edilmiş əlavələrə əsasən cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh ərizəsi əsasında "xxxx" MMC ilə aralarında olan 01.11.2018-ci il tarixli, 003 №-li müqavilə ləğv edilmiş və həmin müqavilə əsasında müqavilə üzrə öhdəliklər X3 X8 ilə "xxxx" MMC arasında 05.02.2019-cu il tarixli müqavilə bağlanmışdır. Bununla yanaşı, iddiaçı tərəfindən Cavabdeh 01.11.2018-ci il tarixli, 003 №-li müqavilə üzrə avans verilməsinə və müqavilə üzrə xidmətlərin göstərilməsinə, ümumiyyətlə iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə, həmçinin bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə, həmçinin iş materiallarında olan cavabdeh tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 08.07.2020-ci il tarixli ərizəyə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin ərizənin cavabdeh tərəfindən yazılmadığı, o cümlədən həmin ərizənin cavabdehin aldadılması yolu ilə imzalandığı müəyyən edilmişdir. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin ərizəni yazmadığını, ona əlavə nasos veriləcəyi vəd edildiyini, buna görə həmin ərizəni imzaladığını bildirmişdir. Məhkəmə, eyni zamanda bildirir ki, tərəflər arasında bağlanılmış 01.11.2018-ci il tarixli, 003 №-li müqavilənin 05.02.2019-cu il tarixində ləğv edildiyinə və həmin müqavilə üzrə öhdəliklərin X2 baxmayaraq 08.07.2020-ci il tarixində belə bir ərizənin cavabdeh tərəfindən imzalanması və ya şirkət tərəfindən vəd verilərək imzalatdırılması həmin sənədin mötəbərliyinə və əsaslılığına ciddi şübhələr yaradır və məhkəmə həmin etirafı qəbul etmir. Digər tərəfdən də iddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, tərəflər arasında bağlanılmış müqavilə əsasında iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən mövcud iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və mediasiya xərci İddiaçı MMC-yə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-156/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-156/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver