Məhkəmə qərarları › İş №e-2-2(121)-1566/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1566/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1566/2022 14.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 01 fevral 2018-ci il tarixli 2018-03 saylı müqaviləyə əsasən satılmış malların dəyəri kimi 49.277,60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 01 fevral 2018-ci il tarixli 2018-03 saylı müqaviləyə əsasən satılmış malların dəyəri kimi 49.277,60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2018-03 saylı müqaviləyə əsasən İddiaçı MMC həmin müqavilənin əlavələri ilə müəyyən edilən malları Cavabdeh təqdim etməklə onun mülkiyyətinə verməyi öz öhdəsinə götürmüş, Cavabdeh isə həmin müqavilənin şərtlərinə görə malları qəbul edib dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən mütəmadi olaraq Cavabdeh müqavilədə nəzərdə tutulan mallar satılmış, bu malların dəyərinin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh elektron Qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, ona təqdim edilmiş mallar üçün qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, bir müddət aldığı malların dəyərini vaxtında ödəmiş, sonradan isə aldığı malların dəyərini ödəmədiyinə görə onun ödənilməyən 49.277,6 manat borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh elektron qaimə göndərilmiş, o, bu məbləğlərə etirazını bildirməmiş, bununla əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında 04 may 2022ci il tarixli üzləşmə aktı da tərtib edilmişdir. Belə ki, tərəflər arasında ödənilməli olan pulun məbləğinin dəqiqləşdirilməsi ilə əlaqədar 04 may 2022-ci il tarixli üzləşmə aktı tərtib edilmiş, həmin üzləşmə aktı cavabdeh tərəfindən təsdiq edilmiş, bununla da müqavilə üzrə ödənilməyən borc məbləğinin 49.277,6 manat olması Cavabdeh tərəfindən etiraf edilmişdir. Cavabdeh müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədiyinə görə İddiaçı MMC öz öhdəliyinin icrasını dayandırmışdır. Hal-hazıradək, İddiaçı MMC tərəfindən Cavabdeh 49.277,6 manat dəyərində mal verilsə də, Cavabdeh tərəfindən həmin malın dəyəri ödənilməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2018- 03 saylı müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərini “Satıcı” malı təqdim etdiyi gündən sonra 10 iş günündən bir köçürmə yolu ilə həyata keçirir. Lakin cavabdeh aldığı malların dəyərini müqavilədə nəzərdə tutulduğu vaxtda ödəmədiyinə görə, ona bildiriş göndərilərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2018-03 saylı müqaviləyə əsasən ödənilməmiş 49.277,6 manat məbləğində pul vəsaitinin 5 gün müddətində İddiaçı MMC-nin müqavilədə göstərilən bank hesabına ödənilməsi tələb edilmişdir. Buna baxmayaraq cavabdeh qeyd edilən müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etmiş, müqavilə üzrə ödəməli olduğu məbləği iddiaçıya ödəməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinin xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 fevral 2018-ci il tarixli, 2018-03 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində satıcı alıcının sifarişi ilə bu müqavilənin əlavələri ilə müəyyən olunan malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İş materialında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli üzləşmə aktı imzalanaraq, 49.227,6 manat məbləğində borc olduğunu imzaları ilə təsdiqləmişlər. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, 2018- 03 saylı müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 49.277 manat məbləğində pul vəsaitinin 5 gün müddətində ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 074107 saylı elektron qaiməyə əsasən 202,93 manat, xx.xx.2020-ci il tarixli 161954 saylı elektron qaiməyə əsasən 276,34 manat, xx.xx.2020-ci il tarixli 162065 saylı elektron qaiməyə əsasən 453,74 manat, xx.xx.2020-ci il tarixli 162377 saylı elektron qaiməyə əsasən 361,12 manat, xx.xx.2020-ci il tarixli 388646 saylı elektron qaiməyə əsasən 1.360,65 manat, xx.xx.2020-ci il tarixli 535618 saylı saylı elektron qaiməyə əsasən 1.632,59 manat, xx.xx.2020-ci il tarixli 618180 saylı elektron qaiməyə əsasən 351,64 manat, xx.xx.2020-ci il tarixli 245213 saylı elektron qaiməyə əsasən 6.018,60 manat, xx.xx.2021-ci il tarixli 917865 saylı elektron qaiməyə əsasən 9.299,29 manat, xx.xx.2021-ci il tarixli 219372 saylı elektron qaiməyə əsasən 7.148,19 manat, xx.xx.2021-ci il tarixli 037654 saylı elektron qaiməyə əsasən 10.293,66 manat, xx.xx.2021-ci il tarixli 250886 saylı elektron qaiməyə əsasən 7.330,86 manat, xx.xx.2021ci il tarixli 250886 saylı elektron qaiməyə əsasən 7.330,86 manat məbləğində mal təqdim edilmişdir. Məhkəmə müəyyən etdi ki, hazırkı işdə iddiaçının müqaviləsi üzrə Cavabdeh işlərin görülməsi üçün avansın ayrılması, xidmətlərin göstərilməsi və sonuncunun ödəniş tapşırıqlarına əsasən pul vəsaitini alması, o cümlədən, qaimə-fakturalara və aktlara əsasən işlərin görülməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2018-03 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən mütəmadi olaraq Cavabdeh müqavilədə nəzərdə tutulan mallar satılmış, bu malların dəyərinin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh elektron Qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaimələri təsdiq edərək, ona təqdim edilmiş mallar üçün qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, bir müddət aldığı malların dəyərini vaxtında ödəmiş, sonradan isə aldığı malların dəyərini ödəmədiyinə görə onun ödənilməyən 49.277,6 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 2018-03 saylı müqaviləyə əsasən 49.277,6 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 49.277,6 manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 49.277,6 manat borc alınaraq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar