Məhkəmə qərarları › İş №e-2-2(121)-1567/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1567/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1567/2023 14.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı – cavabdehdən 5.427,42 manat məbləğində borcun, mediasiyanın keçirilməsi üçün 105 manat məbləğində mediasiya dair xərcin və 76,28 manat məbləğində dövlət rüsumunun, cəmi 5.608,7 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, AVR-Z-2016/210128 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin tələblərinə əsasən cavabdeh malları qəbul edib və iddiaçıya malın dəyərin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. İddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. xx.xx.2023-cü il tarixdə maliyyə arayışına əsasən cavabdeh iddiaçıya cəmi 5627.42 manat borcu qalmaqdadır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə xx.xx.2023-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 gün ərzində 5627.42 manat manat məbləğində olan borcun ödənilməsini xahiş etmişlər və xx.xx.2023-cü il tarixdə pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilmiş və imzalanmışdır. Bundan başqa onlayn kargüzarlıq vasitəsi ilə pretenziya cavabdehə göndərilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, cəmi 200 manat məbləğ ödənilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Cavabeh mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə və pretenziya onlayn kargüzarlıq vasitəsi ilə qəbul etmişdir. 1 saylı X2 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə bildiriş xx.xx.2023-ci il tarixdə verilmişdir. 1 saylı X2 ilkin mediasiya sessiyasından keçirilməsi barədə arayış xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı mediasiyasının keçirilməsi üçün 105 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndələrinin Şirvan şəhərinə ezam edilə bilməsi imkanının olmasını üzrlü səbəb olaraq nəzərə alınmasını, həmçinin bundan öncə təqdim edilmiş ərizəyə əsasən barışıq sazişinin təsdiqlənməsini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər ümumi 5608,7 manat borc məbləğinin 208,7 manat məbləğini xx.xx.2023-cü il tarixində, qalan 5400 manat məbləğini isə hər ay 200 manat olmaqla, 27 ay müddətində, xx.xx.2026-cı il tarixədək ödənilib bitirilməsini öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli etibarnamə üzrə nümayəndəsi X3, ümumi 5.608,7 manat borc məbləğinin 208,7 manat məbləğini xx.xx.2023-cü il tarixində, qalan 5400 manat məbləğini isə hər ay 200 manat olmaqla, 27 ay müddətində, xx.xx.2026-cı il tarixədək ödənilib bitirilməsi şərtilə barışıq sazişini imzaladılar.

2. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir. İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar