Məhkəmə qərarları › İş №e-2-2(121)-1576/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1576/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1576/2022 04.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 3.374,10 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC-nin Sabirabad Filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 361 saylı müqaviləyə əsasən Sabirabad rayonu (Arayatlı kəndi) ərazisində yerləşən 6,3 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 3374,11 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 126,00 manat məbləğində su pulu, 1130,00 manat məbləğində becərmə, 9.48 ha sahədə 284,40 manat məbləğində şum, 8 ha sahədə 96,00 manat məbləğində səpin, 1.5 ha sahədə 25,50 manat məbləğində ziq-zaq mala, 3 ha sahədə 36,00 manat məbləğində baraza, 13.4 ha sahədə 174,20 manat məbləğində kultivasiya, 1.5 ha sahədə 25.50 manat dəyərində ağır diskli mala, 354,00 manat məbləğində lifi toxum, gübrə və pedimistlər 1122.51 manat, ümumilikdə, 3374,11 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da xam-pambıq təhvil verməmiş, bununla da “İddiaçı”ya 3374,10 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, maliyyə arayışı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Sonradan iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı olan iddia tələblərinin - 3374,11 manat əsas və 60 manat ödənilmiş dövlət rüsumu, cəmi 3434,11 manat iddia məbləğinin 1.434,11 manat kimi qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 noyabr 2019-cu il tarixli, 361 saylı müqavilədən görünür ki, İddiaçı MMC-nin Sabirabad filialı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 6.30 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “Filiala” təhvil verməyi, “Filial” isə “Fermerin” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən (ödəniş tapşırıqları, aktlar) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün ümumilikdə 3.374,11 manat məbləğində avans ayrılmış, xidmətlər göstərilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 23 iyun 2022-ci il tarixli, 001/996 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 30.112019-cu il tarixli, 361 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus 6.3 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2022/15334 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022ci il tarixli ərizədə qeyd edilmişdir ki, o iddia tələbini qəbul edir. İddia tələbinin ümumilikdə 1.434,10 manatın ondan tutulması ilə razıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh hazırki iş üzrə xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmənin hazırlıq iclasında ona qarşı verilən iddianı tam etiraf etmiş və iddianı tam qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Qeyd olunan Məcəllənin 53.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd olunan Məcəllənin 191.3-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, Cavabdeh iddianı məhkəmə iclasında tam etiraf etməsini, həmçinin məhkəməyə “iddia tələbinin qəbul edilməsi barədə” ərizə təqdim etməsini, eləcə də həmin etirafın qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən faktın etiraf edilməsi işin həqiqi hallarının gizlədilməsinə yönəlməmiş, aldatma, zor, hədə təsiri altında və yanılma təsiri nəticəsində baş verməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.374,11 manat əsas borc və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 1.434,11 (bir min dörd yüz otuz dörd manat, on bir qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar