Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-158/2021 21.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.067 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 072/18 saylı, xx xxxxxx 2018-ci il tarixli malların satışı haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh diler olaraq İddiaçı MMC-dən satmaq üçün mobil telefonlar almışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və onun İddiaçı MMC-yə borcu yaranmışdır. 072/18 saylı, xx xxxxxx 2018-ci il tarixli malların satışı haqqında müqaviləyə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixinə İddiaçı MMC-yə olan borcu 1.067 manat təşkil edir. Cavabdeh pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan malların satışı haqqında xx xxxxxx 2018-ci il tarixli, 072/18 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında malların satışı haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər arasında razılaşdırılmış satış şərtlərinə uyğun olaraq distribütor özünə məxsus olan malları dilerə təklif edir, diler isə öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən, bu malların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətində qeyd olunur ki, malların satışı haqqında Cavabdeh ilə 072/18 saylı, xx xxxxxx 2018-ci il tarixli müqavilə imzalanmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 072/18 saylı müqavilə əsasında aldığı mallara görə 1.117 manat məbləğində borcu yaranmış və müqavilənin şərtləri onun tərəfindən kobud şəkildə pozularaq yaranan borc məbləği hələ də ödənilməmişdir. Həmçinin ödənişlərin tam icrasının təmin olunmayacağı təqdirdə bu barədə məhkəmə qaydasında borcların ödənilməsinin təmin olunması üçün müvafiq addımların atılacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan maliyyə arayışının surətində qeyd olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 072/18 saylı, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, satmaq məqsədilə mobil telefonlar verilmişdir. 072/18 saylı, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh xx.xx.2020-ci il tarixinə İddiaçı MMC-yə cəmi borcu 1.067 (bir min altmış yeddi) manat təşkil edir. İş materiallarında olan qəbzlərdən və qaimələrdən görünür ki, Cavabdeh 2018-ci ilin fevral-may aylarında müxtəlif həcmdə məhsullar təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə bildiriş qəbul edilməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında malların satışı haqqında xx xxxxxx 2018-ci il tarixli, 072/18 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavadeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri malların satışı haqqında xx xxxxxx 2018-ci il tarixli, 072/18 saylı müqavilədən irəli gəlir. Beləliklə, cavabdehin xx xxxxxx 2018-ci il tarixli, 072/18 saylı müqaviləyə əsasən, satmaq üçün götürülmüş məhsullara görə iddiaçıya 1.067 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.067 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-158/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-158/2021
21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver