Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1583/2025 10.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GL011 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd taxılsəpən gübrə səpənlə HBM-N-24 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 910,15 manat gecikdirilmiş əsas borcu, 528,80 manat cərimə borcunun və 34,39 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən Cavabdeh tutularaq,İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GL011 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 60 ay müddətinə ödəmə şərti ilə 3736,12 manat kredit məbləğində kənd təsərrüfatı avadanlığı (1 ədəd taxıl səpən gübrə səpənlə HBM-N-24) lizinqə verilmişdir. Qeyd olunan lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 8799,0 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 1927,40 manat ilkin ödəniş və 37,36 (otuz yeddi manat 36 qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2025-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 910,15 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2025-ci il tarixə 528,80 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə 1361 nömrəli printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 910,15 manat gecikdirilmiş əsas borcu, 528,80 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2025-ci il tarixə cavabdeh 2825,97 manat ödəniş etmişdir
Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GL011 nömrəli “Lizinq Müqaviləsi”nin: -2.1-ci bəndinə əsasən, Lizinq verən X1 alanın müraciəti əsasında Lizinq Ödənişlərinin həyata keçirilinəsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin müddəalarına uyğun olaraq Lizinq alanın istifadəsinə təqdim edir. -3.1-ci bəndinə əsasən, X5 Minmə Tarixində qüvvəyə minir və ona. bu Müqavilə ilə müəyyən, edilmiş şərtlərlə vaxtından əvvəl xitam verilməsi hallan istisna olmaqla. Tərəflərin bu Müqavilədə nəzərdə tutulmuş, bütün öhdəliklərinin tam şəkildə icra ediiməsinədək qüvvədə qalır. lizinq verənə vurulmuş zərərin əvəzinin Lizinq alan tərəfindən Lizinq verənə ödənilməsini ehtiva edən müddəalar bu Müqaviləyə xitam verildikdən sonra da öz hüquqi qüvvəsini saxlayır. -3.2-ci bəndinə əsasən, Lizinq müddəti təhvil-təslim tarixindən başlayaraq bitmə tarixində sona çatmaqla 60 ay təşkil edir. -4.3-cü bəndinə əsasən, Lizinq obyektinin gömrük dəyərinin 40% hissəsi “Lizinq alana” subsidiya formasında Azərbaycan Respublikası Kənd Ttəsərrüfatı Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına ödənilir. -4.4-cü bəndinə əsasən Lizinq alan tərəfindən Lizinq obyektinin razılaşdırılmış dəyərinin 20% hissəsi ilkin ödəniş qaydasında Lizinq verənə ödənilir. -4.9-cu bəndinə əsasən, Lizinq alan Ödəniş Cədvəlində göstərilmiş tarixdə Ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla) Lizinq alan hər bir gccikdirilmiş gün üçün ödənilməsi gecikdirilən Lizinq Ödənişinin 0.1%-nə (sıfır tam onda bir faiz) bərabər həcmdə dəbbə pulu Ödəməlidir. -5.3-cü bəndinə əsasən, X4 alan tərəfindən Lizinq verənə təqdim edilmiş müraciətdə göstərilən məqsədə və ya Lizinq alan Lizinq Obyektini hansı məqsəd üçün istifadə etmək niyyətində olduğunu göstərməmişdirsə Lizinq Obyekd adi istifadə məqsədlərinə uyğun deyildirsə Lizinq alan Lizinq Obyektinin qəbul edilməsindən imtina edə bilər. -6.1-ci bəndinə əsasən Lizinq alana müvəqqqəti sahibliyə və istifadəyə verilmiş Lizinq obyekti üzərində mülkiyyət hüququ Lizinq verəndə saxlanılır. -6.3-cü bəndinə əsasən Liinq müddəti bitdikdən sonra lizinq alan bu Müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı nəzərdə tutulduğu halda, bununla bağlı bütün xərclərin və alış qiymətinin lizinq alanın ödəməsi şərtilə lizinq alana keçir.
10. İş materiallarında olan xx.xx.2019-cu il tarixli GL011 nömrəli “Lizinq Müqaviləsi”nə 1 saylı əlavədən görünür ki, Lizinq obyekti: 1 ədəd “HBM-N-24” markalı, taxıl səpən/gübrə səpən, kredit məbləği 5474,16 manat təşkil edir. İlkin ödənişin məbləği 2871,09 manat təşkil edir. Müştəri kredit məbləğinin 1 faiz hissəsini 54,74 manat komisiya olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəyir. Lizinq obyekti: 1 ədəd “Yemqıran asma YK-40” markalı, taxıl səpən/gübrə səpən, kredit məbləği 5474,16 manat təşkil edir. İlkin ödənişin məbləği 2871,09 manat təşkil edir.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GL011 nömrəli Lizinq müqaviləyə əsasən lizinq obyektinin qiyməti 8799 manat təşkil etmişdir. Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 1927,40 məbləğində ilkin ödəniş etmiş, onun xx.xx.2025-ci il tarixinə qədər ödədiyi kredit məbləği 2825,97 manat, gecikdirilmiş borcu 910,15 manat, cərimə borcu isə 528,80 manat təşkil edir. “Lizinq Alan”nın (Cavabdeh) xx.xx.2019-cu il tarixli, MK087 nömrəli X2 müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə qədər ümumilikdə 1438,95 manat öhdəliyi vardır.
12. İş materiallarında olan Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli GL011 nömrəli X2 müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə olan gecikdirilmiş borcu 910,15 manat və cərimə borcu 528,80 manat təşkil edir.
13. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən borc yaranmışdır. Həmin vəsaitin 5 (beş) gün müddətində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması ələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
14. ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 34,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı:
Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
18. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
20. Məhkəmə ilkin olaraq iş materialları və yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qeyd edir ki, hazırki iş üzrə iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında etibarlı şəkildə bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən seçilmiş 1 (bir) ədəd taxılsəpən gübrə səpənlə HBM-N-24 texnikanı lizinq obyekti qismində müəyyən haqq müqabilində cavabdehin müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə X1 müqaviləsinin şərtləri əsasında lizinq ödənişi ödəməyi öhdəsinə götürmüşdür.
21. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq 1 (bir) ədəd taxılsəpən gübrə səpənlə HBM-N-24 texnikanı lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi sübut etmək vəzifəsi iddiaçının üzərinə, lizinq müqaviləsi üzrə ödənişləri həmin müqavilənin şərtləri əsasında ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdələliklərini lazımınca icra etmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmişdir.
23. Məhkəmə yuxarıda qeyd əsasən hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir, cavabdehdən əsas borca görə 910,15 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə iş materiallarında olan Maliyyə Arayışına əsasən qeyd edir ki, xx.xx.2019-cu il tarixli GL011 nömrəli X2 müqaviləsi üzrə cavabdehin lizinq müqaviləsi üzrə 910,15 əsas borcu və 528,80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1438,95 manat borcu qalmışdır.
25. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi lizinq obyektinin geri qaytarılmasına aid hissədə də əsaslıdır.
26. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan, xx.xx.2019-cu il tarixli, GL011 nömrəli X2 müqaviləsinə əsasən hesablanmış 528,80 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli GL011 nömrəli X2 müqaviləsinin 4.9-cu bəndinə əsasən lizinq müqaviləsi üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə iddiaçı hər gecikdirilən gün üçün müvafiq kredit məbləği qalığının 0.1% məbləğində, cərimə borcu hesablamaq hüququna malikdir. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır, Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimə məbləği tənasübsüz surətdə yüksək hesablandığından, azaldılaraq 45 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
27. Məhkəmə, həmçinin hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
28. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə görə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
29. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçı cavabdehə xəbərdalıq məkubu göndərməklə iradə ifadəsini bəyan etdiyindən və həmin vaxtdan cavabdeh ilə aralarında bağlanmış lizinq müqaviləsi ləğv edilmiş hesab edildiyindən, iddiaçının iradə ifadəsi ilə artıq ləğv edilmiş müqavilənin, iddiaçının iddiası üzrə də məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur.
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 910,15 manat əsas borc və 45 manat cərimə olmaqla, cəmi 955,15 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
31. Məhkəmə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (4,39 manat) isə iddiaçıya aid edilməlidir.
Nəticə
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Lizinq obyeki olan 1 ədəd “HBM-N-24” markalı, taxıl səpən/gübrə səpən avadanlığı saz və işlək vəziyyətdə cavabdehdən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Cavabdeh 910,15 manat məbləğində əsas borc, 45 manat məbləğində cərimə olmaqla, cəmi 955,15 (doqquz yüz əlli beş manat, on beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 4,39 (dörd manat, otuz doqquz qəpik) manat dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev