Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1602/2025 14.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndələri X1 və X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdeh X8 qarşı - 36.043,59 manat dəyərində borcun və 198,13 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Füzuli Filialı ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 07/21-68 saylı alğı-satqı müqaviləsinə əsasən Füzuli rayonu, Arayatılı kəndi ərazisində 18.0 hektar və Horadiz kəndində yerləşən 17.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 159.636,30 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 408 manat məbləğində çöp doğrama, 1.748 manat məbləğində 1-ci şum, 1.915,20 manat məbləğində 2-ci şum, 600 manat məbləğində tanden diskli mala, 184 manat məbləğində rotasiyon mala, 1.863,20 manat məbləğində mala çəkmə, 578 manat məbləğində sahə daxili kanal çəkilişi, 43 manat məbləğində kanal doldurma, 42 manat məbləğində çiyid səpini, 14 manat məbləğində təkrar çiyid səpini, 1.382,25 manat məbləğində gübrə ilə çiyid səpini, 4.495,20 manat məbləğində kultivasiya, 1.348,10 manat məbləğində gübrə ilə kuitivasiya, 1.008 manat məbləğində rityasiyon kultivasiya, 5.499,65 manat məbləğində dərman səpini, 11.595 manat məbləğində maşınla 1-ci üz pambıq yığımı, 4.095 manat məbləğində maşınla 2-ci üz pambıq yığımı, 636 manat məbləğində tirə vurma, 42.972,50 manat məbləğində gübrə/dərman, 13.269,20 manat məbləğində çiyid, avans verilmiş 65.940,84 manat məbləğində suvarma, becərmə, əl yığımı cəmi: 159.636,30 manat məbləğində işlər görülmüş,avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 112.992,71 manat məbləğində 142422.25 kq xam-pambıq təhvil vermiş, 440 manat nəqd ödəmiş, bununla da iddiaçıya 36.043,59 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu tam ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə hər ikitərəfin imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akt (üzləşmə aktı), qaimə, ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. İddiaçı MMC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, işlərin görülməsində, müqavilə və digər sənədlərin imza edilməsində cavabdehin qardaşı Cavabdeh etiraf etdiyindən, cavabdehin razılığı ilə cavabdeh X7 qardaşı Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh X10 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onun əsl olan Cavabdeh ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdeh X10 ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Mövcud iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən, cavabdeh X10 əsl olan Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, 36.043,59 manat borcun və 198,13 manat dövlət rüsumunun cavabdeh X5 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 və X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia qəbul edərək, izahatında göstərdi ki, o, İddiaçı MMC-nin Füzuli Filialının direktoru vəzifəsində işləmişdir. Bu vəzifədə işlədiyi dövrdə İddiaçı MMC-nin Füzuli Filialı ilə qardaşı X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 07/21-68 saylı “Xam pambığın alğı-satqına dair” müqaviləni həm İddiaçı MMC-nin Füzuli Filialının, həm də qardaşı X7 adından özü imzalayaraq, müqavilənin icrası ilə əlaqədar verilmiş vəsaiti avans olaraq qardaşının adından özü götürmüşdür. Qardaşının bunlardan xəbəri olmamışdır. Qardaşının əvəzindən bütün sənədləri özü imzalamışdır. Qeyd edilən müqavilədə olan hər iki imza və həmin müqavilə ilə əlaqədar olan bütün sənədlərdəki imzalar ona məxsusdur. Etdiklərinin səhv olduğunu bilir. Buna görə də, iddianı qəbul edərək, onun təmin olunmasını xahiş edir. Məhkəmə, iddiaçının nümayəndələrinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X10 ilə İddiaçı MMC arasında 07/21-68 saylı, xx.xx.2021-ci il tarixli “Xam-pambığın alqı-satqısına dair” müqavilə bağlanmışdır. İş materiallarında olan sənədlərdən (qiymətlərin razılaşdırılması protokolunun, təhvilqəbul qəbzlərinin, ödəniş tapşırıqlarının, maliyyə arayışının, aktların, həmçinin iş və xidmətlərin yerinə yetirilməsi aktının surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən X8 (Cavabdeh) işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 36.643,59 manat məbləğində borcu qalmışdır. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubun surətindən görünür ki, ödənilməmiş 36.643,59 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilən Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddianı tam şəkildə qəbul edir. Beləliklə, işin həqiqi haları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh iş üzrə iddiaçı olan İddiaçı MMC-nin Füzuli Filialının direktoru vəzifəsində işləmişdir. Cavabdeh bu vəzifədə işlədiyi dövrdə İddiaçı MMC-nin Füzuli Filialı ilə qardaşı X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 07/21-68 saylı “Xam pambığın alğı-satqına dair” müqaviləni həm İddiaçı MMC-nin Füzuli Filialının, həm də qardaşı X7 adından özü imzalayaraq, müqavilənin icrası ilə əlaqədar verilmiş vəsaiti avans olaraq qardaşının adından özü götürmüşdür. Qardaşının bunlardan xəbəri olmamışdır. Qardaşının əvəzindən bütün sənədləri özü imzalamışdır. Qeyd edilən müqavilədə olan hər iki imza (yənin İddiaçı MMC-nin və X7 əvəzindən olan) və həmin müqavilə ilə əlaqədar olan bütün sənədlərdəki imzalar Cavabdeh məxsusdur. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış qeyd edilən müqaviləyə əsasən iddiaçı tərəfindən həmin sahəyə görə xərc çəkilmiş (avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür) və bununla əlaqədar 36.043,59 manat məbləğində borc yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən pul vəsaitini əsl olan Cavabdeh tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Göründüyü kimi, qeyd edilən müqavilə üzrə iki tərəf olsa da, hər iki tərəfin adından müqavilə Cavabdeh tərəfindən imzalanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Göründüyü kimi, filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir. Belə ki, filial rəhbərlərinin fəaliyyəti təmsilçilikdən ibarətdir. Lakin, Cavabdeh hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC-nin Füzuli Filialının rəhbəri olduğu dövrdə İddiaçı MMC-nin Füzuli Filialı ilə qardaşı X10 arasında bağlanmış müqavilənin hər iki tərəfinin adından özü imzalamaqla müqavilənin icrası ilə əlaqədar verilmiş vəsaiti avans olaraq qardaşının adından özü götürmüşdür. Belə ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə səlahiyyətin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Burada nəzərə alınmalıdır ki, səlahiyyət verilərkən İddiaçı MMC (təmsil olunan), Füzuli Filialının direktoru Cavabdeh onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh özünün maraqları daxilində deyil, İddiaçı MMC-nin maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Göründüyü kimi, tərəflər alqı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, “xam pambığın alğı-satqına dair” müqavilə bağlanarkən Cavabdeh verilmiş səlahiyyətlə İddiaçı MMC-nin maraqlarından deyil, öz maraqlarından hərəkət edərək, müqavilənin icrası ilə əlaqədar verilmiş vəsaiti avans olaraq özü götürdüyündən, tərəflər arasında bağlanmış “xam pambığın alğı-satqına dair” müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Belə ki, “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Digər tərəfdən, Cavabdeh müqaviləni digər tərəfdən qardaşı Həmid Bağırovun adından imzalamış olsa belə, müqavilə qardaşının qabaqcadan razılığı əsasında bağlanmadığından və Həmid Bağırov tərəfindən sonradan bəyənilmədiyindən etibarlı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Göstərilən Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Qeyd edilən Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən müqavilə bağlanarkən qanunvericiliyin müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı qeyd edilən “xam pambığın alğı-satqına dair” müqavilənin qanunvericiliyin göstərişlərinə zidd olaraq bağlandığı müəyyən edildiyindən, həmin müqavilə əhəmiyyətsiz əqddir. Buna görə də, qeyd edilən müqavilə mübahisələndirilmədən, məhkəmə qərarından və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan əqddir. Belə olan halda, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilə əsasında aldığı avansı iddiaçıdan hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan aldığından, cavabdeh əsassız varlanmışdır. Belə olan halda, iddiaçı mövcud borcu əsl olan cavabdehdən tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 198,13 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi digər tərəfdən, ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehin özü tərəfindən etiraf edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 36.043,59 manat məbləğində pul vəsaiti və 198,13 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1602/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1602/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver