Məhkəmə qərarları › İş №e-2-2(121)-1609/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1609/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1609/2023 17.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Muradlı Mircəlal Mirtaleh oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı -müqavilə üzrə ödənilməmiş 8544,99 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,45 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizədən görünür ki, iddiaçı ərizəsində öz ünvanının Bakı şəhəri, X3 küçəsi, 46C, cavabdehin ünvanının Masallı rayonu, Ərkivan qəsəbəsi olmasını göstərmişdir. Portaldan çıxarışdan görünür ki, cavabdeh Həsənov X1 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatdadır. İddiaçı "xxxx" MMC-nin hüquqi ünvanı isə ünvan 4 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Məhsulların nisyə alqı-satqısı barədə” 128/2022 saylı müqavilənin 8-ci bəndindən görünür ki, tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə “satıcı”nın qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaqdır. İş materiallarına əlavə olunan tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 3.4-cü bəndindən görünür ki, tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə “kreditor”un qeydiyyatda olduğu ünvan üzrə Binəqədi Rayon Məhkəməsi tərəfindən və ya mübahisə İnzibati-İqtisadi məhkəməsinə aid olduğu halda, Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılacaqdır. Göründüyü kimi, göstərilən müqavilələr üzrə tərəflər gələcəkdə mübahisə yaranarsa, onun həllinə “iddiaçı”ın qeydiyyatda olduğu ünvan üzrə Bakı Kommersiya Məhkəməsində baxılmasını müəyyən etmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Qeyd edilən Məcəllənin 40.3-cü maddəsinə əsasən, saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş Masallı rayonu ərazisində qeydiyyatda olsa da, tərəflər öz aralarında qeyd edilən müqavilə(lər)lə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən, məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda Bakı şəhəri (onun yurisdiksiyasına aid edilmiş rayonlar) - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində göstərilmişdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı deyildir. İş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən məhkəmə hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardadın 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar