Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-161/2021 11.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı – borc tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı – 27780 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında dəyərini sonradan ödəmək şərti ilə avtomobil ehtiyyat hissələri və sürtgü yağlarının alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə 15000 manat dəyərində avtomobil ehtiyyat hissələri və sürtgü yağları təhvil verilmiş, o cümlədən müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh həmin mallara görə iddiaçı (satıcı) qarşısında 15000 manat borc öhdəliyinin olmasını təsdiq və etiraf etmişdir. Sonradan tərəflər arasında kommersiya münasibətləri davam edərək cavabdehə müxtəlif vaxtlarda müəyyən həcmdə mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdə aralarında mal dövriyyəsi və qalıq borcun müəyyən edilməsi ilə bağlı üzləşdirmə aparılmışdır. Beləliklə, tərəflər arasında tərtib və təsdiq edilən xx.xx.2020-ci il tarixli üzləşdirmə aktına əsasən cavabdehin 27780 manat məbləğində qalıq borcu yaranmış və bu borcu cavabdeh öz imzası ilə təsdiq etmişdir. Həmçinin aralarında bağlanmış sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) hər ay ödəniş etməklə öhdəliyində olan borcun 3 misli qədər 3 ay müddətində dövriyyə etməli idi. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmış və bu günədək borcunu ödəməmişdır. Beləliklə, cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyi üçün bu günə 27780 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Borcun etirafı, ödəniş qaydaları haqqında və son haqq hesaba dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kreditorla borclu arasında xx.xx.2018-ci il tarixdə 15000 manat dəyərində olan avtomobil ehtiyyat hissələri və yağların şifahi qaydada alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kreditor borcluya 15000 manat dəyərində avtomobil ehtiyyat hissələri və yağları təhvil vermiş, bu halı hər iki tərəf etiraf etmişdir. Borclunun kreditora xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən bu günə 15000 manat borcu qalmışdır və borclu kreditora 15000 manat borcunun olduğunu tam etiraf etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin 27780 manat məbləğində qalıq borcu təşkil edir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında avtomobil ehtiyyat hissələri və yağların şifahi qaydada alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Sonradan tərəflər arasında kommersiya münasibətləri davam edərək cavabdehə müxtəlif vaxtlarda müəyyən həcmdə mallar təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdə aralarında mal dövriyyəsi və qalıq borcun müəyyən edilməsi ilə bağlı üzləşdirmə aparılmışdır. Həmin üzləşdirmə aktı ilə müəyyən olunmuşdur ki, cavabdehin qalıq borcu 27780 manat məbləğində təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, iddia bu hissədə əsaslıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 27780 manat məbləğində borc və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-161/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-161/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver