Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1610/2025 17.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçının İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 74295,93 manat məbləğində borcun, 7429,59 manat cərimənin və 335,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Salyan Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 74 saylı alğı-satqı müqaviləsinə əsasən Salyan rayonu, Daykənd kəndi ərazisində yerləşən 58.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 175965,18 manat (ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla) məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 696.00 manat məbləğində 5346,10 manat məbləğində 1-ci şum, 2610.00 manat məbləğində 2-ci şum, 241.50 manat məbləğində tandem diskli mala, 416.00 manat məbləğində rotasiyon mala, 4308.00 manat məbləğində mala çəkmə, 1876.00 manat məbləğində kanal çəkmə, 282.00 manat məbləğində kanal doldurma, 1970.30 manat məbləğindəçiyid səpini, 3143.40 manat məbləğində kultivasiya, 1565.60 manat məbləğində kultivasiya gübrə ilə, 2167.20 manat məbləğində boroza, 6208.00 manat məbləğində dərman səpini, 7350.00 mana tməbləğində kombaynla 1-ci üz pambıq yığımı, 360.00 manat əbləğində kombaynla 2-ci üz pambıq yığımı, 74493.20 manat məbləğində gübrə/dərman, 13593.10 manat məbləğində çiyid toxumu, (ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla) cəmi: 175965,18 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 101669.25 manat məbləğində 127086.56 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 74295.93 manat məbləğində borcu qalmışdır. Müqavilənin 2.2.3. bəndinə əsasən alıcı tərəfindən servis xidmətlərinin, verilən avans pul vəsaitinin, mineral gübrənin, pesdisitlərin və toxumun dəyərinin müqavilənin 2.2.2. bəndində nəzərdə tutulan müddətdə (xx.xx.2023-ci il tarixədək) tamşəkildə alıcıya ödəyir,əks halda hər gecildirilən gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcı”ya cərimə ödəyir” tələbinə uyğun olaraq, Cavabdeh İddiaçı MMC-yə 74295.93 manat borcun X10% =7429.59 manat cərimə ödəməlidir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilən iş və xidmətlərin görülməsi barədə xx.xx.2024-cü iltarixli yekun akt- üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir
Tərəflərin izahatları:
3.Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırki iddia cavabdehin ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla qaldırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “üzləşmə aktı” tərtib edilərkən ötən dövrdə bağlanmış müqavilələrdən irəli gələn borclar nəzərə alınmışdır. Cavabdeh tərəfindən təqdim edimiş kağız daşıyıcının tarixi müəyyən deyil. Flashkartda təqdim olunan görüntülərdə isə cavabdeh əks olunmur. Hesab edir ki, akt mötəbər dəlil hesab oluna bilməz. Flashkartda əks olunan görüntülərin isə hazıirki işə aidiyyatı yoxdur. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən ona verilən toxum dərmansız olmuşdur. Əkin sahədə toxumların dərmansız əkilməsi nəticəsində onların xəstəlik və zərərvericilərə qarşı müdafiəsi aşağı düşməsinə səbəb olmuşdur. Toxumların bir qismi çürümüş, bir qismi isə torpaq altında qalaraq zədələnərək cücərməmişdir. O, iddia ərizəsində göstərilən məbləğdə avans vəsaitlər almışdır. Aktın nə vax tərtib edildiyini xatırlamır. Hazırki iş üzrə iddianı əsas borc hissəsində qəbul edir, maddi vəziyyətini və şəkər xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq iddiaçı tərəfindən hesablanmış cərimənin azaldılmasını məhkəmədən xahiş etdi.
İddia ərizəsinə etiraz:
5. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
6. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Salyan filialı və Cavabdeh (müqavilədə “Alıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 101 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı” Cavabdeh məxsus (istifadə də və ya icarədə olan) Salyan rayonu, Daykənd kəndində yerləşən 58.0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi. "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində. "Alıcıya" təhvil verilməsi və "Alıcı” tərəfindən "Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Satıcı-Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ 650 AZN/ton, İİ növ – 630 AZN/ton, İİİ növ – 590 AZN/ton, İV növ – 5500 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir.
7. iş materiallarında olan İddiaçı MMC-nin Salyan filialı və Cavabdeh (müqavilədə “Alıcı”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 118 nömrəli müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı” Cavabdeh məxsus (istifadə də və ya icarədə olan) Salyan rayonu, Daykənd kəndində yerləşən 58.0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi. "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində. "Alıcıya" təhvil verilməsi və "Alıcı” tərəfindən "Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir.
8. xx.xx.2022-cü il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi barədə akt”dan görünür ki, xx.xx.2020-ci il tarixli 118 saylı alğı-satqı müqaviləsi üzrə fermer Cavabdeh çəkilən xərc ümumilikdə 133380,09 manat təşkil etmiş, fermer tərəfindən 101799,11 manat ödəniş edimiş, nəticədə fermerin 31672,98 manat borcu qalmışdır.
9. İş materiallarında olan “aktlardan”, malların fiziki şəxslərə “təhvil-qəbul qəbzlərindən” və iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi barədə akt”dan görünür ki, xx.xx.2022-ci il tarixli 74 saylı alğı-satqı müqaviləsi üzrə fermer Cavabdeh çəkilən xərc ümumilikdə 175965,18 manat təşkil etmiş, fermer tərəfindən 101669,25 manat ödəniş edimiş, nəticədə əvvəlki müqavilədən qalıq borc nəzərə alınmaqla fermerin 74295,93 manat borcu qalmışdır.
10. İddiaçı MMC-nin Salyan filialı və Cavabdeh (müqavilədə “Alıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 101 nömrəli müqaviləyə əlavə 16.11.222-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolu” imzalanmışdır.
11. Məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Başaqranom və sahə aqroanumu tərəfindən təsdiq edilmiş aktdan görünür ki, əkilən toxumun bir qismi çürük çıxmış, və ümumi əkinə ziyan dəymişdir.
12. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin Salyan filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş “Akt”ın mahiyyətindən görünür ki, iddiaçı tərəfindən fermer Cavabdeh verilmiş toxumların lazımi keyfiyyətdə olmadığına görə, sonuncuya 20 hektar sahədə əkilmiş pampığa görə 60% ziyan dəymişdir.
14. (**********) nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 335,18 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə, iddaçının nümayəndəsinin və cavabdehin izahaltarını dinləyərək, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.
19. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.
20. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 175965,18 (ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla) manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 101669,25 manat təşkil edən xam-pambıq təhvil vermiş, nəticədə 74295,93 manat məbləğində borcu qalmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.
21. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmiş, əksinə üzləşmə aktına imza etməklə borcunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır.
22. Məhkəmə, eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş aktda və video görüntüyə münasibətdə qeyd edir ki, tərtib olunmuş aktda tarixin göstərilməməsi sənədin mötəbərliyini şübhə altına aldığından, həmin aktı mötəbər sübut kimi qəbul edilə bilməz. Video görüntülərdən isə, cavabdehin izahatında qeyd etdiyi xüsusatları müəyyən etmək mümkün deyil. Ona görə də, məhkəmə həmin görüntüləri də mötəbər dəlil hesab etmir.
23. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil vermədiyi təqdirdə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü miqdarda xam pambıq təhvil vermədiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
24. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.
25. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 7429,59 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
Məhkəmə xərcləri
26. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 314,39 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 20,79 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
Nəticə:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh 74295,93 manat əsas borc, 500 manat cərimə olmaqla, cəmi 74795,93 (yetmiş dörd min yeddi yüz doxsan beş manat, doxsan üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 314,39 (üç yüz on dörd manat, otuz doqquz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 20,79 (iyirmi manat, yetmiş doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev