Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1624/2022 19.07.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Masallı Rayonu Mənzil-Kommunal X1rşı sığorta haqqı ödənişi məbləği ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" MMC-dən 1.067,20 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutularaq ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Masallı Rayonu Mənzil-Kommunal X1rşı iddia ərizəsi ilə müraciət edərək, sığorta haqqı ödənişi məbləği ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" MMC-dən 1.067,20 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutularaq ödənilməsina dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Masallı Rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında xx.xx.2020-ci il tarixdə QAL-00015255-PR-05 (**********37) saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi” hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin “Sığorta haqqı” adlanan 5-ci bəndində müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləğinin müqavilənin bağlandığı tarixdən 91 gün müddətində hissə-hissə ödənilməsi qeyd olunmuşdur. Sığorta haqqının (1.067,20) manat məbləğin ödənilməsi barədə sığortalıya xx.xx.2021-il tarixdə elektron qaydada bildiriş göndərilmişdir. Həmin bildirişə cavab olaraq isə sığortalı tərəfindən sığorta haqqının xx.xx.2021-ci il tarixə qədər ödəniləcəyi barədə öhdəlik məktubu təqdim olunmuşdur. Müqavilə şərtlərini pozaraq bu vaxtadək öz öhdəliklərini yerinə yetirməməkləri qanunsuz hesab edilir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Masallı Rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında 04 iyun 2020-cu il tarixli, **********37 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi” hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən, sığortalı müqavilənin xeyrinə bağlandığı və müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə sığorta olunanlar qismində göstərilən hüquqi şəxslə qanunvericiliyə uyğun olaraq bağlanmış əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirən qulluqçular və fəhlələr istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirir. Həmin müqavilənin “Sığorta haqqı” adlanan 5-ci bəndində müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləğinin müqavilənin bağlandığı tarixdən 91 gün müddətində hissə-hissə ödənilməsi qeyd olunmuşdur. Sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda sığorta haqqı dörd hissəyə bölünməklə 1-ci taksit xx.xx.2020-ci il tarixdə (262,72 manat), 2-ci taksit xx.xx.2020-ci il tarixdə (262,72 manat), 3-cü taksit xx.xx.2020-ci il tarixdə (262,72 manat), 4-cü taksit xx.xx.2020-ci il tarixdə (262,72 manat) olmaqla cəmi 1050,88 manat ödənilir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Masallı Rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında 04 iyun 2020-cu il tarixli, **********37 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi” hallarından icbari sığorta müqaviləsinin “Sığorta haqqı” adlanan 5-ci bəndində müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləğinin müqavilənin bağlandığı tarixdən 91 gün müddətində hissə-hissə ödənilməsi qeyd olunmuşdur. Odur ki, cavabdehə sonuncu dəfə müraciət edilərək, 1.067,2 manat məbləğində borcunun bu pretenziyanı aldığı tarixdən 5 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Masallı Rayonu Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi” hallarından icbari sığorta müqaviləsi bağlanılmışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 903-cü maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin Məcəllənin 903.6-cı maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 1067,19 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktuba əsasən, maliyyə vəziyyətinin pis olması ilə əlaqədar yaranan borclara görə Vergi idarəsi tərəfindən hesablarına sərəncam qoyulduğu, sərəncam götürüldükdən sonra müqavilə üzrə hesablanmış 1.067,19 manat məbləğində sığorta haqqının tam və ya hissələrlə ödənilməsinə zəmanət verildiyi bildirildiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Masallı Rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən 1.067,2 manat əsas borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat olmaqla, ümumilikdə 1.127,2 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1624/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1624/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver