Məhkəmə qərarları › İş №e-2-2(121)-163/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-163/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-163/2021 22.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 224.333,70 manat (ƏDV xaric) əsas borcun, 39.651,94 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumilikdə 264.015,64 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə ünvanlayaraq, cavabdeh "xxxx" MMC-dən 337.652,23 manat əsas borcun, 39.651,94 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumilikdə 377.334,17 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin həcminin azaldılması) barədə ərizə ünvanlayaraq, cavabdeh "xxxx" MMC-dən 329.108,73 manat əsas borcun, 36.651.94 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumilikdə 365.790,67 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə fiziki şəxs İddiaçı arasında 2017-ci ildən başlayaraq labaratoriya sərf malları,cihazları və qida qatqı məhsullarının alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilə hər il yenilənməklə sonuncu dəfə 09 yanvar 2020-ci il tarixdə təkrarlanmışdır. Cavabdehlə əmkadaşlıq zamanı Cavabdeh MMC tərəfindən son vaxtlar ödənişlər ödənilmədiyindən müqavilə əsasında Cavabdeh MMC-nin İddiaçı böyük məbləğdə borcu yaranmışdır ki, bu da hal-hazırda ona biznesinin həyata keçirilməsində ciddi maliyyə çətinliyi yaratmışdır. Cavabdehə 08.05.2020-ci il tarixli bildiriş təqdim edilmiş və həmin bildirişdə borc məbləğinin ödənilməsi, ödənilmədiyi təqdirdə gecikdirildiyi hər gün üçün 0.1 % cərimə hesablanacağı qeyd edilmişdir. Lakin 08.05.2020-ci il tarixli bildiriş Cavabdeh MMC-yə çatdırılsa da, cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Tərəflər arasında 30.04.2018-ci il tarixdə üzləşmə edilmiş və Cavabdeh MMC-nin İddiaçı 181.741,53 manat məbləğində borcu olduğu tərəflərin imzası ilə təsdiq edilmişdir. Cavabdehə 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək ƏDV daxil olmaqla 504.353,56 manat dəyərində mal satışı edilmiş, 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək 356.986,36 manat ödəniş qəbul edilmişdir. Hazırda cavabdehin 329.108,73 manat məbləğində əsas borcu və 36.651,94 manat cərimə borcu vardır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 aprel 2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında məhsulların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı) istehsal fəaliyyətində istifadə oluna bilən müxtəlif növdə malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini vaxtında ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən, “satıcı” malı “alıcı”ya təhvil verəndən sonra 60 gün müddətində ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.5-ci bəndinə əsasən, malın qiyməti bu müqavilənin tərkib hissəsi olan “Qiymət razılaşdırılması protokolunda” müəyyən edilir. İş materiallarında olan 28 yanvar 2019-cu il tarixli, 7 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında labaratoriya sərf malları, cihazları və qida qatqı mallarının alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı) istehsal fəaliyyətində istifadə oluna bilən müxtəlif növdə malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini vaxtında ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 1.2-ci və 2.1-ci bəndlərinə əsasən, malın malın qiyməti, miqdarı, növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən “Satıcı” malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən malın dəyəri nağdsız qaydada elektron qaimə təqdim edildiyi gündən 21 təqvim günü müddətindən gec olmamaq şərti ilə “Satıcı”nın bu müqavilədə qeyd edilən hesablaşma hesabına ödənilir. Müqavilənin 4.4-cü bəndinə əsasən “Alıcı” malların dəyərini nağdsız qaydada ödədiyi halda, köçürmə sənədlərində malların ona təqdim olunmasının əsası olan qaiməfakturanın və ya vergi-hesab fakturanın tarixini və nömrəsini göstərməlidir. İş materiallarında olan 09 yanvar 2020-ci il tarixli, 001/2020 CRY saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında məhsulların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (İddiaçı) müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan “qiymət razılaşdırılması”nda adları göstərilən malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, “satıcı” malı müqavilə ilə müəyyən edilmiş müddətdə “alıcı”ya təhvil verməlidir. Müqavilənin 2.4.1-ci bəndinə əsasən, “alıcı” malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini (qiyməti) ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, “satıcı” malı “alıcı”ya təhvil verəndən sonra 60 gün müddətində ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.3-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, mal “Satıcı”ya məxsus olan anbarda təhvil veriləcək. İş materiallarında olan iddiaçı (mailto:crystallab@inbox.ruElektron ünvan 1, mailto:bayil@mail.ruElektron ünvan 2) ilə Cavabdeh Məhdud MMC-nin işçiləri İsa Əliyev (mailto:ialiyev@atenagroup.azElektron ünvan 3), Mətləb Şıxəliyev (mailto:mshixaliyev@atenagroup.azElektron ünvan 4), Fuad İbadov (mailto:fuad.ibadov@atena.azElektron ünvan 5) və qeyrilərinin aralarında olan e-mail yazışmalarından çıxarışlardan görünür ki, tərəflər arasında sifarişlərin verilməsi, malların təqdim olunması, malların qiymətləri, hesabatlar və qalıq borc barədə danışıqlar (yazışmalar) aparılmışdır. İş materiallarında olan qarşılıqlı üzləşmə aktlarından görünür ki, Cavabdeh İddiaçı 31.10.2017-ci il tarixə 99.704,68 manat (27.11.2017-ci il tarixli akt), 30.11.2017-ci il tarixə 87.401,68 manat (20.12.2017-ci il tarixli akt), 31.12.2017-ci il tarixə 137.836,68 manat (12.01.2018-ci il tarixli akt), 28.02.2018-ci il tarixə 149.462,43 manat (16.03.2018-ci il tarixli akt) və 30.04.2018-ci il tarixə 181.741,53 manat (15.05.2018-ci il tarixli akt) borcu qalmışdır. Qarşılıqlı üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan 16.05.2018-ci il tarixdən 08.09.2020-cil il tarixədək dövrü əhatə edən satış qaimələrindən görünür ki, CRYSTALLAB (İddiaçı istifadə etdiyi əmtəə nişanıdır) tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 183.878,07 manat olan müxtəlif çeşidli mallar verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 08.05.2020-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə satılan mallara görə 30.04.2020-ci il tarixli üzləşməyə əsasən, 220.288,60 manat borcu yaranmışdır. Qeyd olunan məbləğin 3 gün ərzində ona qaytarılması xahiş edilmiş, əks təqdirdə hər gecikdirilən gün üçün tərəfindən 0,1% cərimə hesablanaraq, mübahisənin həlli üçün aidiyyəti məhkəmə və dövlət orqanlarına müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 27.11.2020-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, hazırda Cavabdeh MMC-nin İddiaçı 224.333,70 manat borcu yaranmışdır. Bu məbləğə gündəlik 0,1% cərimə borcu hesablanmaqla, cərimə borcu 39.651,94 manat təşkil edir. 3 gün ərzində 224.333,70 (ƏDV xaric) manat əsas borcun və 39.651,94 manat cərimə borcunun qaytarılması xahiş edilmiş, əks təqdirdə hər gecikdirilən gün üçün 0,1% cərimə hesablanmaqla, mübahisənin həlli üçün aidiyyəti məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 20.04.2021-ci il tarixli, İC005-2021 saylı maliyyə arayışında qeyd olunur ki, tərəflər arasında 30.04.2018-ci il tarixdə üzləşmə edilmiş və Cavabdeh MMC-nin İddiaçı 181.741,53 manat borc qalığı olduğu tərəflərin imzası ilə təsdiq edilmişdir. 01.05.2018-ci il tarixdən 20.04.2021-ci il tarixədək ƏDV daxil 499.497,06 manat məbləğində mal satışı edilmiş, 01.05.2018-ci il tarixdən 20.04.2021-ci il tarixədək 343.586,36 manat ödəniş qəbul edilmişdir. 20.04.2021ci il tarixə Cavabdeh fərdi sahibkar İddiaçı 337.652,23 manat borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 31.05.2021-ci il tarixli, İC006-2021 saylı maliyyə arayışında qeyd olunur ki, tərəflər arasında 30.04.2018ci il tarixdə üzləşmə edilmiş və Cavabdeh MMC-nin İddiaçı 181.741,53 manat borc qalığı olduğu tərəflərin imzası ilə təsdiq edilmişdir. 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək ƏDV daxil 504.353,56 manat məbləğində mal satışı edilmiş, 356.986,36 manat ödəniş qəbul edilmişdir. 31.05.2021-ci il tarixə Cavabdeh fərdi sahibkar İddiaçı 329.108,73 manat borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 21.06.2021-ci il tarixli, İC007-2021 saylı maliyyə arayışında qeyd olunur ki, tərəflər arasında 30.04.2018-ci il tarixdə üzləşmə edilmiş və Cavabdeh MMC-nin İddiaçı 181.741,53 manat borc qalığı olduğu tərəflərin imzası ilə təsdiq edilmişdir. 01.05.2018-ci il tarixdən 21.06.2021-ci il tarixədək rəsmi e-qaimə olaraq ƏDV daxil 331.350,69 manat, əl qaiməsi olaraq ƏDV daxil 183.878,07 manat məbləğində mal satışı edilmiş, qarşılığında isə 01.05.2018-ci il tarixdən 21.06.2021-ci il tarixədək bank vasitəsilə rəsmi olaraq ƏDV daxil 362.886,36 manat, kassadan əl çeki ilə 74.125 manat ödəniş qəbul edilmişdir. 21.06.2021-ci il tarixə Cavabdeh fərdi sahibkar İddiaçı 259.958,93 manat borcu vardır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilmiş 25.12.2020-ci il tarixli, XO/05/131-20 saylı maliyyə arayışında qeyd edilir ki, Cavabdeh MMC ilə fiziki şəxs İddiaçı (VÖEN: **********) arasında mövcud olan 09 yanvar 2020-ci il tarixli, 001/2020CRY nömrəli alqı-satqı müqaviləsinə əsasən, malların alışı və ödənişləri edilmişdir. 30.04.2018-ci il tarixdə üzləşmə edilmiş və 181.741,53 manat borc qalığı tərəflərin imzası ilə təsdiqlənmişdir. 01.05.2018-ci il tarixdən 24.12.2020-ci il tarixədək ƏDV daxil 283.064,89 manat mal alışı olmuş, 389.628,36 manat ödəniş edilimişdir. 24.12.2020-ci il tarixə Cavabdeh MMC-nin fiziki şəxs İddiaçı 75.178,06 manat borcu vardır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilmiş İddiaçı alınan malların reyestr cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh MMC 11.05.2018-ci il tarixdən 23.12.2020-ci il tarixədək İddiaçı elektron qaimələrə əsasən, cəmi 283.064,89 manat dəyərində mal almışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilmiş İddiaçı ödənilən vəsaitlərin reyestr cədvəlində qeyd olunmuşdur ki, 02.05.2018-ci il tarixdən 22.12.2020-ci il tarixədək İddiaçı cəmi 389.628,36 manat pul ödənilmişdir. Qeyd olunan ödənilmiş pul vəsaitinin 74.042 manat hissəsi nağd qaydada, 315.586,36 manat hissəsi isə bank vasitəsilə həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş 25.05.2021-ci il tarixli, 03/01-03/301 saylı maliyyə arayışında qeyd olunur ki, Cavabdeh MMC ilə fiziki şəxs İddiaçı (VÖEN: **********) arasında mövcud olan 09 yanvar 2020-ci il tarixli, 001/2020CRY nömrəli alqı-satqı müqaviləsinə əsasən malların alışı və ödənişləri edilmişdir. 30.04.2018-ci il tarixdə üzləşmə edilmiş və 181.741.53 manat borc qalığı tərəflərin imzası ilə təsdiqlənmişdir. 25.12.2020-ci il tarixli XO/05/131-20 saylı maliyyə arayışında 24.12.2020-ci il tarixə borc qalığının 75.178,06 manat olduğu Cavabdeh MMC təsdiq edilmişdir. 25.12.2020-ci il tarixdən 20.04.2021-ci il tarixədək ƏDV daxil 35.068,30 manat mal alışı olmuş, ƏDV daxil 28.000 manat ödəniş edilmişdir. 20.04.2021-ci il tarixə Cavabdeh MMC-nin fiziki şəxs İddiaçı 82.246,36 manat borcu vardır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilmiş 25.12.2020-ci il tarixdən 20.04.2021-ci il tarixədək alınan malların reyster cədvəlindən görünür ki, Cavabdeh MMC 14.01.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək İddiaçı elektron qaimələrə əsasən, cəmi 35.068,3 manat dəyərində mal almışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilmiş İddiaçı 25.12.2020-ci il tarixdən 20.04.2021-ci il tarixədək ödənilən vəsaitlərin reyestr cədvəlində qeyd olunmuşdur ki, 19.01.2021-ci il tarixdən 29.03.2021-ci il tarixədək İddiaçı cəmi 28.000 manat pul ödənilmişdir. Qeyd olunan ödənilmiş pul vəsaitinin 23.728,81 manat hissəsi bank vasitəsilə İddiaçı, 4.271,19 manat hissəsi isə ƏDV sub uçot hesabına ödənilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqim edilmiş 22.05.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək olan kassa məxaric orderlərinin surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı alınan malların əvəzi olaraq 74.042 manat pul ödənilmişdir. Həmin kassa məxaric orderlərinə əsasən qeyd olunan məbləğdə pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi 08.06.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən təsdiq olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən ilk iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə edilmiş 26.05.2021-ci il tarixli, 03/01-07/302 saylı etirazda qeyd edilir ki, iddaçı İddiaçı tələbi əsassız olmaqla iddia ərizələrində qeyd etdiyi 2017-ci ildən başlayaraq alqısatqı müqaviləsi əsasında Cavabdeh MMC-yə satdığı labaratoriya sərf malları, cihazlar və qida qatqı məhsullarına görə sonuncunun ona 337.652,23 manat məbləğində borcunun yaranması həqiqəti əks etdirmir, iddiaçının həmin məbləği hansı maliyyə-təsərrüfat sənədlərinə əsasında müəyyən etməsi məlum deyil. Hesab edirlər ki, iddaçı İddiaçı Cavabdeh MMC-yə satdığı labaratoriya sərf malları, cihazlar və qida qatqı məhsullarına görə sonuncunun guya ona 337.652,23 manat məbləğində borcu yaranması barədə həmin iddia ərizələrində göstərdiyi dəlilləri əsassız, yalnız borcun məbləğinin süni olaraq şişirdilməsindən başqa bir şey deyildir. Belə ki, İddiaçı ilkin iddia ərizəsində Cavabdeh MMC-yə satdığı mallara görə üzləşmə aktları aparıldığını və 30.04.2020-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin ona 224.333,70 manat (ƏDV xaric) borcu yarandığını qeyd etmişdir. Lakin, İddiaçı öz tələbini hansı sənədlərlə əsaslandırdığını, həmin üzləşməni kiminlə və hansı maliyyə-təsərrüfat sənədləri əsasında müəyyən etdiyini iddia ərizəsində göstərməmişdir. Eyni zamanda İddiaçı ilə Cavabdeh MMC arasında 30.04.2020-ci il tarixdə də və ümumiyyətlə 15.05.2018-ci tarixdən sonra borcun məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə heç bir üzləşmə aparılmamışdır. İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh MMC-nin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotuna dair sənədlərinə əsasən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə iddiaçi fiziki şəxs İddiaçı arasında bağlanmış alıq-satqı müqavilələrinə əsasən, malların alışı və ödənişləri edilmişdir. 15.05.2018-ci il tarixdə tərəflər arasında qarşılıqlı üzləşmə edilmiş və Cavabdeh MMC-nin iddiaçi İddiaçı 181.741,53 manat borc qalığı olması müəyyən edilmiş və bu tərəflərin imzası ilə təsdiqlənmişdir. Sonra İddiaçı 01.05.2018-ci il tarixdən 24.12.2020-ci il tarixə kimi olan müddətdə ƏDV-də daxil olmaqla 283.064,89 manat məbləğində mal material alınmış və 01.05.2018-ci il tarixdən 24.12.2020-ci il tarixə kimi olan müddətdə buna görə ona 389.628,36 manat ödəniş edilmişdir. Maliyyə-təsərrüfat sənədlərinə əsasən 24.12.2020-ci il tarixə Cavabdeh MMC-nin mal material alınmasına görə İddiaçı 75.178,06 manat borcu olmuşdur. Həmçinin Cavabdeh MMC-nin 24.12.2020ci il tarixə İddiaçı 75.178,06 manat borcu olduğu cavabdeh tərəfindən etiraf edilmiş və həmin borcu hissə-hissə iddaçıya ödənilməsinə dair öhdəlik götürülmüşdür. Sonradan iddaçı İddiaçı məhkəməyə təqdim etdiyi 17.05.2021-ci il tarixli iddia ərizəsinə əlavə ərizəsində iddia tələbinin həcmini artıraraq Cavabdeh MMC-yə 01.05.2018-ci il tarixdən 20.04.2021-ci il tarixədək (ƏDV daxil olmaqla) 499.497,06 manat dəyərində mal satış etdiyini və buna görə Cavabdeh MMC-nin ona 343.586,36 manat məbləğində ödəniş etdiyini, hazırda cavabdehin ona ümumilikdə borcunun 337.652,23 manat təşkil etdiyini göstərmiş, lakin iddaçı İddiaçı qeyd olunan müddətdə Cavabdeh MMC-yə satdığı malların, ödənişlərin reyster cədvəlləri və satış “əl qaimələri” müqayisəli şəkildə öyrənilərkən bir çox əhəmiyyətli uyğunsuzluqlar və ziddiyyətlər aşkar olunmuşdur. Belə ki, iddaçı İddiaçı təqdim etdiyi qeyd olunan müddətdə Cavabdeh MMC-yə satdığı malların reyster cədvəlində 06.06.2018-ci il tarixli “əl qaiməsi” ilə 8.415 manat, 20.09.2018-ci il tarixli “əl qaiməsi” ilə 1.860.9 manat, 12.03.2019-cu il tarixli “əl qaiməsi” ilə 3.787 manat, 26.04.2019-cu il tarixli “əl qaiməsi” ilə 11.210 manat dəyərində Cavabdeh MMC-yə mal satması qeyd olunsa da, həmin “əl qaimələri”nin mövcud olmadığı müəyyən edilmişdir. Yəni iddaçı İddiaçı qeyd olunan “əl qaimələri”ni təqdim etməmişdir. Həmçinin iddaçı İddiaçı təqdim etdiyi qeyd olunan müddətdə Cavabdeh MMC-yə satdığı mallara dair “əl qaimələri”ndə 06.06.2018-ci il tarixli “əl qaiməsi” ilə 4.950 manat, 30.07.2018-ci il tarixli “əl qaiməsi” ilə 3.800 ABŞ dolları, 29.10.2018-ci il tarixli “əl qaiməsi” ilə 1.860.90 manat, 12.03.2019-cu il tarixli “əl qaiməsi” ilə 3.953 manat, 26.04.2019-cu il tarixli “əl qaiməsi” ilə 12.584,70 manat, 27.05.2019-cu il tarixli “əl qaiməsi” ilə 932,20 manat dəyərində Cavabdeh MMC-yə mal satması qeyd olunsa da, həmin “əl qaimələri”nin satdığı malların reyster cədvəlində qeyd olunmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin “əl qaimələri”ndə bir çox izahsız düzəlişlər də edilmişdir. Belə ki, iddaçı İddiaçı təqdim etdiyi qeyd olunan müddətdə Cavabdeh MMC-yə satdığı mallara dair “əl qaimələri”ndə göstərilən malların Cavabdeh MMC-nin anbarına təhvil verilməsi də mühasibat sənədlərində öz təsdiqini tapmamışdır. Həmin “əl qaimələri”in heç birində malların təhvil alınmasına səlahiyyətli şəxsin malları qəbul etməsi barədə imzaları yoxdur. İddiaçı iddiaya əlavə ərizəsi üzrə Cavabdeh MMC-nin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotuna dair sənədlərinə əsasən, tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə iddiaçi İddiaçı arasında bağlanmış 09.01.2020-ci il tarixli, 001/2020 CRY nömrəli, 28.01.2019-cu il tarixli, 7 nömrəli alıq-satqı müqavilələrinə əsasən, malların alışı və ödənişləri edilmişdir. 15.05.2018-ci il tarixdə tərəflər arasında qarşılıqlı üzləşmə edilmiş və Cavabdeh MMC-nin iddiaçi İddiaçı 181.741,53 manat borc qalığı olması müəyyən edilmiş və bu tərəflərin imzası ilə təsdiqlənmişdir. Maliyyə-təsərrüfat sənədlərinə əsasən, 24.12.2020-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı cəmi 75.178,06 manat borcu olmuşdur. Sonra 25.12.2020-ci il tarixdən 20.04.2021-ci il tarixədək ƏDV daxil 35.068,30 manat mal alışı olmuş və ƏDV daxil 28.000 manat ödəniş edilmiş, 20.04.2021-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı cəmi 82.246,36 manat borcu vardır. İddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqavilələri əsasında 20.04.2021-ci il tarixədək olan müddətdə Cavabdeh MMC-yə satdığı mal-material qiymətlərinin miqdarını, buna görə sonuncu tərəfindən ona ödənilmiş pul vəsaitinin və qalıq borc məbləğinin müəyyənləşdirilməsi üçün xüsusi zərüri bilik tələb olunduğundan iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunub müvafiq ekspert rəyi alınmasını zəruri hesab edirlər, iddiaçı fiziki şəxs İddiaçı Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqavilələri əsasında 20.04.2021-ci il tarixə kimi olan müddətdə Cavabdeh MMC satdığı mal material qiymətlərinə görə borc qalığı olaraq sonuncudan ümumilikdə 337.652,23 manat məbləğində pul vəsaiti tələb etməsinə etiraz edirlər, həmçinin Cavabdeh MMC cavabdeh olaraq iddiaçı fiziki şəxs İddiaçı 20.04.2021-ci il tarixə kimi olan müddətdə aldığı mal material qiymətlərinə görə ona cəmi 82.246,36 manat borcu olduğunu etiraf edir və həmin məbləğdə borcu müəyyənləşdiriləcək müddət ərzində hissə-hissə cədvəl üzrə iddaçıya ödəməyi öhdəsinə götürür. Beləliklə məhkəmə müəyyən etdi ki, tərəflər arasında alqı-satqısı müqavilələri bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Tərəflər arasında olan qalıq borc məbləğlərinə dair üzləşmə aktları tərtib edilərək imzalanmış, son olaraq tərtib edilmiş 15.05.2018-ci il tarixli üzləşmə aktına əsasən, Cavabdeh İddiaçı 30.04.2018-ci il tarixə 181.741,53 manat borcu qaldığını tərəflər təsdiq etmişlər. Bundan sonra da tərəflər arasında müqavilə münasibətləri davam etmiş, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, lakin cavabdeh tərəfindən malların dəyəri tam şəkildə ödənilməmişdir. Məhkəmə hesab edir ki, tələb olunan 329.108,73 manat əsas borca münasibətdə iddia qismən əsaslı olduğundan həmin iddia hissədə aşağıda qeyd olunanlara əsasən, qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq, 15.05.2018-ci il tarixli üzləşmə aktına münasibət bildirərək qeyd edir ki, həmin üzləşmə aktına əsasən, Cavabdeh İddiaçı 30.04.2018-ci il tarixə 181.741,53 manat borcu qaldığını tərəflər təsdiq etmişlər. Hazırda da hər iki tərəf həmin üzləşmə aktına əsasən 30.04.2018-ci il tarixə 181.741,53 manat borcun olduğunu qəbul edirlər. Həmin üzləşmə aktı mübahisə predmeti deyildir. Bu tərəflərin məhkəməyə təqdim etdiyi maliyyə arayışları, iddiaya qarşı etiraz və məhkəmə iclasında verilmiş izahatlarla da öz təsdiqini tapır. Hazırki iş üzrə mübahisə predmeti, qeyd olunan üzləşmə aktından sonra İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmiş malların dəyəri və Cavabdeh tərəfindən İddiaçı ödənilmiş pul vəsaitlərinin həcmi ilə bağlıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdehnə mallar həm elektron qaimə ilə, həm də elektron qaimə təqdim edilmədən satış qaimələri (kağız daşıyıcıda) əsasında təqdim edilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən təqdim olunmuş mallara görə İddiaçı ödənişlər həm nağdsız, həm də nağd qaydada həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 31.05.2021-ci il tarixli, İC006-2021 saylı maliyyə arayışında qeyd olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək ƏDV daxil 504.353,56 manat məbləğində mal satışı edilmiş, 356.986,36 manat ödəniş qəbul edilmişdir. 31.05.2021-ci il tarixə Cavabdeh fərdi sahibkar İddiaçı 329.108,73 manat borcu vardır. Hazırki iddia üzrə də cavabdehdən əsas borc kimi məhz 329.108,73 manat pulun tutulması xahiş olunur. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək, məhz qeyd olunan maliyyə arayışının dəqiq olduğunu, bundan daha sonra tərtib edilmiş, yəni 21.06.2021-ci il tarixli, İC007-2021 saylı maliyyə arayışının nəzərə alınmamasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan 31.05.2021-ci il tarixli maliyyə arayışında əks edilmiş 504.353,56 manat dəyərində cavabdehə təqdim olunmuş malın 183.878,07 manat hissəsi satış qaimələrinə, 320.475,49 manat hissəsi isə elektron qaimələrə əsasən hesablanmışdır. Məhkəmə müəyyən etmişdir ki, elektron qaimələrə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş 320.475,49 manat dəyərində malın 318.133,19 manatlıq hissəsi Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı alınan malların reyestr cədvəllərində qeyd olunmuş (283.064,89 manat + 35.068,3 manat) və cavabdeh tərəfindən etiraf edilmişdir. Bu hissədə mübahisə yoxdur. Lakin qeyd olunan cədvəllər 11.05.2018-ci il tarixdən 23.12.2020-ci il tarixədək və 14.01.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək dövrü əhatə etdiyindən, 2.342,30 manatlıq hissə qeyd olunan cədvəllərdə öz əksini tapmamışdır. Belə ki, qeyd olunan dəyərdə (2.342,30 manat) mal 08.05.2021-ci il (1.581,2 manat) və 27.05.2021-ci il (761,1 manat) tarixli qaimələrə əsasən cavabdehə təqdim edilmişdir. Beləliklə iş materialları ilə 15.05.2018-ci il tarixli üzləşmə aktında qeyd olunmuş 30.04.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə elektron qaimələrə əsasən, ümumilikdə 320.475,49 manat həcmində malın verildiyi təsdiqini tapır. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 16.05.2018-ci il tarixdən 08.09.2020-cil il tarixədək olan dövrdə satış qaimələrinə əsasən cəmi 183.878,07 manat dəyərində müxtəlif çeşidli mallar verilmişdir. Qeyd olunan həcmdə malların cavabdehə təqdim edilməsi cavabdehin nümayəndələrinin elektron poçt ünvanları (e-mail) vasitəsilə verdiyi sifarişlər və tərtib edilmiş satış qaimələri ilə öz təsdiqini tapır. Cavabdeh etirazında qeyd olunan satış qaimələrinə əsasən Cavabdeh MMC-yə malların təqdim edilmədiyini və bunun mühasibat sənədlərində öz təsdiqini tapmadığını qeyd etsə də, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, həmin satış qaimələrinə əsasən, malları cavabdehin nümayəndələri (e-mail vasitəsilə) sifariş vermiş və imzalayaraq qəbul etmişdir. Həmin malların qəbul edilməsinin Cavabdeh MMC-də müvafiq qaydada sənədləşdirilməməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Məhkəmə bununla bağlı həm də onu qeyd etməyi zəruri hesab edir ki, elektron poçt (e-mail) vasitəsi ilə sifarişin verilməsi və satış qaimələrinə əsasən malın təqdim edilməsi müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla həyata keçirilmişdir. İş materiallarından görünür ki, 2017-2018-ci illərdə də (tərəflərin mübahisəsiz olaraq qəbul etdikləri 15.05.2018-ci il tarixli üzləşmə aktı tərtib edilənədək), tərəflər arasında malların təqdim edilməsi əksər hallarda məhz elə analoji satış qaimələri (kağız daşıyıcıda) əsasında həyata keçirilmişdir ki, bunun nəticəsində də qeyd olunan üzləşmə aktına əsasən cavabdehin 30.04.2018-ci il tarixə 181.741,53 manat borcu qalmışdır. Bunun əksini, yəni 181.741,53 manat borcun yaranmasına əsas olan malların satış qaimələri (kağız daşıyıcıda) əsasında deyil, elektron qaimələr əsasında yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, satış qaimələrinə əsasən 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə 183.878,07 manat dəyərində malın təqdim edildiyi tam sübuta yetirilir. Cavabdeh tərəfindən ödənilmiş pul vəsaitlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək cavabdehdən 356.986,36 manat məbləğində ödəniş qəbul etdiyini, cavabdeh isə 02.05.2018-ci il tarixdən 20.04.2021-ci il tarixədək iddiaçıya 417.628,36 manat (389.628,36 + 28.000) pul ödənildiyini bildirir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 31.05.2021-ci il tarixli maliyyə arayışında 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək cavabdehdən 356.986,36 manat məbləğində ödəniş qəbul etdiyi qeyd olunsa da, 22.05.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək cavabdeh tərəfindən nağd qaydada ödənilmiş 74.042 manat pul nəzərə alınmamışdır. İddiaçının təqdim etdiyi sənədlərdə cavabdeh tərəfindən nağd qaydada hər-hansı vəsaitin alınmasına dair sənədlər təqdim edilməsə də, cavabdeh tərəfindən müvafiq kassa mədaxil orderlərinin surətləri məhkəməyə təqdim edilmişdir. 08.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında həqiqətən də cavabdeh tərəfindən 74.042 manat pulun nağd qaydada ödənildiyini və iddia tələbində həmin məbləğin nəzərə alınmadığını bildirmişdir. Digər tərəfdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək cavabdehdən 356.986,36 manat məbləğində ödəniş qəbul etdiyini, cavabdeh isə 02.05.2018-ci il tarixdən 20.04.2021-ci il tarixədək iddiaçıya 417.628,36 manat pul ödənildiyini bildirərkən, 20.04.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək cavabdeh tərəfindən aparılmış ödənişlər elə cavabdehin özü tərəfindən nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya 431.028,36 manat (356.986,36 manat iddiaçının maliyyə arayışında ödənildiyi etiraf olunan məbləğ + 74.042 manat cavabdehin nağd qaydada ödədiyi məbləğ) ödənilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, 15.05.2018-ci il tarixli akta əsasən, 30.04.2018-ci il tarixə cavabdehin iddiaçıya 181.741,53 manat borcu qalmışdır (qeyd olunan məbləğ mübahisəsizdir). 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə elektron qaimələrə əsasən 320.475,49 manat, satış qaimələrinə əsasən isə 183.878,07 manat olmaqla, cəmi 504.353,56 manat dəyərində mal verilmiş, 01.05.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya 431.028,36 manat ödənilmişdir. Belə olan halda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 31.05.2021-ci il tarixədək olan alqı-satqılara görə cavabdehin iddiaçıya 255.066,73 (181.741,53 + 504.353,56 – 431.028,36) manat borcu qalmışdır. Ona görə də, əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən əsas borc kimi 255.066,73 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddianın 39.651,94 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarına tərəflər arasında bağlanılmış 13 aprel 2017-ci il tarixli, 28 yanvar 2019-cu il tarixli, 7 saylı və 09 yanvar 2020-ci il tarixli, 001/2020 CRY saylı müqavilələr əlavə olunmuşdur. Lakin həmin müqavilələrin heç birində öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən pul məbləği olduğundan, tərəflər arasında bağlanılmış müqavilələrdə isə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmadığından, iddia dəbbə pulunun (cərimənin) tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia qisməm təmin edildiyindən, məhkəmə hesab edir ki, cavabdehdən 21 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 255.066,73 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat olmaqla, cəmi 255.087,73 (iki yüz əlli beş min səksən yeddi manat, yetmiş üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 255.066,73 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat olmaqla, cəmi 255.087,73 (iki yüz əlli beş min səksən yeddi manat, yetmiş üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar