Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1660/2025 17.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması və vurulmuş zərərin ödənilməsi tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 5056.71 manat əsas borc, 2455.75 manat faiz borcu və 486.09 manat cərimə borcu, İddiaçı MMC məxsus lizinq obyektinin («Toyota Camry» markalı avtomobil) bərpasına üçün tələb olunan 3712.00 manat maddi ziyan, vəkillə ödənilən 100 manat və 125,13 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11 935.68 manatın İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh (VOEN:********** ) (lizinq alan) arasında xx.xx.2024-ci il tarixdə 1678 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh 1678 saylı “Daxili Lizinq müqaviləsi” üzrə bütün öhdəlikləri qəbul edib. xx.xx.2023-cü il tarixli 1678 saylı “Daxili lizinq müqavilə”sinə əsasən “Lizinq alan”-nın sifarişi ilə «Toyota Camry» markalı avtomobil 17 500.00 (on yeddi min beş yüz) manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N 4) Cavabdeh illik 25 % hesablanmaqla 35 aylıq müddətə hər hər ay sabit məbləğ olmaqla 699,63 manat, ümumilikdə isə 17 263,44 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməledilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqətisahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş Lizinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə N°4) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 5.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişiməbləğinə gündəlik. 0.10 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Lizinq alan lizinq ödənişi yuxarıda qeyd edilmiş cədvələ uyğun olaraq lizinq ödənişlərini etməmişdir. xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta əsasən «Toyota Camry» markalı, ** YD *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyətə təhvil verilmişdir. Avtomobil təhvil alan zaman müəyyən olunmuşdur ki, avtomobilə ciddi ziyan dəymişdir. Daxili lizinq müqaviləsinin 4.2.3. bəndinə əsasən Lizinq alan lizinq obyektini daim saz və istismara yararlı vəziyyətdə saxlamalıdır. Avtomobil təhvilalınan zaman yararsız vəziyyətdə olmuş və evakuatorun köməyi ilə duracağa gətirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyata alınmış müstəqil ekspert X6 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən «Toyota Camry» markalı, ** YD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 3712.00 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-cimaddəsinə əsasən,zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin1097.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyinisübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqişəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-cimaddəsinə əsasən, lizinq verən müəyyən əşyanımüqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə, şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləniəhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. xx.xx.2024-cü il tarixli 1678 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsinin 1ci bəndinə əsasən cavabdeh 1678 saylı “Daxili Lizinq müqaviləsi” üzrə bütün öhdəlikləri qəbuletmişdir. 1678 saylı “Daxili Lizinq müqaviləsi”nin 4.3.4-cü bəndinin tələbinə əsasən Lizinq alan lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqaviləyə bir tərəfli qaydada xitam verilə bilər. Hal hazırda cavabdeh müqavilə şərtlərini birtərəfli qaydada pozmuşdur. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəlikləriniəhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. xx.xx.2024-cü il tarixdə müqaviləyə xitam bildirişi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış cavabdehin elektron kabinetinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından, əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlıməsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-11 -cimaddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlızəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Cavabdehə ödənişin edilməsi ilə bağlı bildiriş və pretenziya məktubları göndərilmişdir. Lizinq ödənişləri ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı nəzərlərinə çatdırılmışdır. Lizinq ödənişləri bu vaxta qədər ödənilməmişdir. Cavabdehin hazırda lizinq müqaviləsinə əsasən 5056.71 manat əsas borc, 2455.75 manat faiz borcu və 486.09 manat cərimə borcu vardır. Vəkil xidmətlərindən istifadə etdikləri üçün İddiaçı MMC tərəfindən 100 manat ödəniş ödənmişdir.
Tərəflərin izahatları:
3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş, İddiaçı MMC MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
5. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.
7. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir.
İddia ərizəsinə etiraz:
8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı MMC (lizinq verən) ilə X3 (lizinq alan) arasında bağlanmış 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”ndən görünür ki, həmin müqaviləyə əsasən Lizinq verən «Toyota Camry» markalı avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə, bu müqavilədə müəyyən edilmiş pul məbləğini (liznq ödənişini) öhdəsinə götürmüşdür. Həmin müqavilənin: -1.2-ci bəndinə əsasən, Lizinq alanın ilkin öhdəliyi 17500 manat müəyyən edilir. -1.3-cü bəndinə əsasən Bu müqavilənin qüvvədə olduğu müddət ərzində linizq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir. -1.4-cü bəndinə əsasən Lizinq obyektində sonradan meydana çıxan qüsurlarla bağlı Lizinq verən heç bir məsuliyyət daşımır. -2.1-ci bəndinə əsasən Bu müqavilənin müddəti imzalandığı tarixdən 36 ay təşkil edir. -3.1-ci bəndinə əsasən hesabıaşma qaydasını əks etdirən Lizinq ödənişlərinin qrafiki bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylıəlavəsində göstərilir. 5.1-ci bəndinə əsasən Lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış daydanı tam həcmdə ödəyir. -5.2-ci bəndinə əsasən Lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,10 faizi həcmində cərimə ödəməlidir. -5.5-ci bəndinə əsasən Lizinq alan lizinq obyektini təhvil götürdükdən sonra müəyyən edilmiş və yaranmış bütün nasazlıqlara görə maddi məsuliyyət daşıyır və onların yaranma müddətindən və səbəblərindən asılı olmayaraq, lizinq verənə qarşı heç bir tələb irəli sürə bilməz.
10. İddiaçı MMC (alıcı) ilə X8 (Satıcı) arasında bağlanmış X12-Satqısına dair Müqavilənin: -2.1-ci maddəsinə əsasən “Satıcı” bu Müqavilənin 7-ci bəndində («Toyota Camry» miik markalı, sedan tipli, qara metallik rəngli, buraxılış ili 2008-ci il olan, ban nömrəsi 6T1BE42K98X495947) avtomobil göstərilmiş əşyanın (bundan sonra “Əmlak”) satılmasını, Alıcı isə həmin əmlakın bu müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qiymətini Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. -2.2-ci bəndinə əsasən Alıcı əmlakı lizinqə vermək məqsədi ilə əldə edir. -3.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti olan əmlakın qiyməti 17500 manat təşkil edir.
11. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (lizinq verən) ilə X3 (lizinq alan – öhdəlik ötürən) və X4 (öhdəlik götürən) arasında bağlanmış 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nə “Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2024-cü il tarixli əlavə razılaşmanın: -1-ci bəndinə görə, X3 (lizinq alan – öhdəlik ötürən) 1678 №li, xx.xx.2023-cü il tarixli “X7” üzrə bütün hüquq və öhdəliklərini, borcunu İddiaçı MMC-nin razılığı ilə“öhdəlik götürən”ə - X2 verir və “öhdəlik götürən”də bütünlüklə qəbul edir. -3-cü bəndinə əsasən, Bu razılaşma imzalandığı anda 1678 saylı daxili Lizinq Müqaviləsi üzrə “Öhdəlik ötürən”in qalıq borcu 17267,62 manat təşkil edir və “Öhdəlik götürən” həmin məbləği xx.xx.2027-ci il tarixədək, lizinq verənin mükafatı – maliyyələşdirilən məbləğin illik 25%, xidmət haqqı və avans ödənişi 0,00 manat olmaqla ödəməyi öhdəsinə götürür. -7-ci bəndinə əsasən tərəflər 1678 sylı daxili Lizinq Müqaviləsi və bu razılaşma üzrə öhdəliklərin icra edilməsi və ya lazımi qaydada icra edilməsinə görə AR qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. -9-cu bəndinə əsasən, hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsində göstərilir.
12. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (lizinq verən) ilə X4 (öhdəlik ötürən) və Cavabdeh (öhdəlik götürən) arasında bağlanmış 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nə “Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2024-cü il tarixli əlavə razılaşmanın: 1-ci bəndinə görə, X4 (lizinq alan – öhdəlik ötürən) 1678 №li, xx.xx.2023-cü il tarixli “X7” üzrə bütün hüquq və öhdəliklərini, borcunu İddiaçı MMC-nin razılığı ilə “öhdəlik götürən”ə - Cavabdeh verir və “öhdəlik götürən” də bütünlüklə qəbul edir. -3-cü bəndinə əsasən, Bu razılaşma imzalandığı anda 1678 saylı daxili Lizinq Müqaviləsi üzrə “Öhdəlik ötürən”in qalıq borcu 17263,44 manat təşkil edir və “Öhdəlik götürən” həmin məbləği xx.xx.2027-ci il tarixədək, lizinq verənin mükafatı – maliyyələşdirilən məbləğin illik 25%, xidmət haqqı və avans ödənişi 0,00 manat olmaqla ödəməyi öhdəsinə götürür. -7-ci bəndinə əsasən tərəflər 1678 sylı daxili Lizinq Müqaviləsi və bu razılaşma üzrə öhdəliklərin icra edilməsi və ya lazımi qaydada icra edilməsinə görə AR qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. -8-ci bəndinə əsasən, Bu razılaşma imzalandığı andan qüvvəyə minir və tərəflərin bu razılaşma və 1678 saylı daxili Lizinq Müqaviləsi üzrə öhdəliklər tam icra edilənədək qüvvədədir.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Təhvil-Təslim Aktı”ndan görünür ki, lizinq obyekti olan ümumi dəyəri 17500 manat olan, «Toyota Camry» minik markalı, sedan tipli, qara metallik rəngli, 2008-ci il buraxılışlı, 6T1BE42K98X495947 ban nömrəli nəqliyyat vasitəsi İddiaçı MMC (lizinq verən) tərəfindən Cavabdeh (lizinq alana) təhvil verilmişdir. “Təhvil-Təslim Aktı” lizinq verən və lizinq alanın imzası ilə təsdiq edilmişdir.
14. İş materiallarında olan 1678 saylı müqaviləyə 4 nömrəli Əlavə olan, ödəniş cəvəlindən görünür ki, lizinq alan Cavabdeh tərəfindən xx.xx.2024-cü il xx.xx.2027-ci il tarixədək ayda 699,63 manat olmaqla, 24487,15 manat məbləğində ödəniş edilməlidir.
15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X9 1678 saylı Lizinq Müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə 340,30 manat əsas, 359,70 manat faiz olmaqla, cəmi 700 manat ödəniş etmişdir. Əsas borc üzrə qalıq 5056,71 manat, hesablanmış faizlər üzrə 2455,75 manat olmaqla, cəmi 7998,55 manat təşkil edir.
16. İş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, 1678 saylı müqavilə üzrə 700 manat məbləğində ödəniş edilmişdir.
17. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” Aktın surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan «Toyota Camry» minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi borc ödənilmədiyi üçün İddiaçı MMC tərəfindən təhvil alınmışdır. Nəqliyyat vasitəsinin mühərriki sökülü vəiyyətdə, evakuator xidməti vasitəsilə gətirilmişdir.
18. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Camry» minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X16” MMC-nin mülkiyyətindədir.
19. İş materiallarında olan Müstəqil Sığorta eksperti – X5 xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı MMC-yə məxsus olan «Toyota Camry» minik markalı, **-YD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə 2062 manat ehtiyyat hissələrin dəyəri, 1650 manat işçilik haqqı olmaqla, işlərin yekun dəyəri 3712 manat təşkil edir.
20. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin “Daşınar əmlakın qiymətləndirilməsi barədə 02-126/25 saylı, xx.xx.2025-ci il tarixli hesabatından (rəyindən) görünür ki, qiymətləndirməyə təyin edilmiş «Toyota Camry» minik markalı avtomobilinə dəymiş zərərin məbləği - avtomobilin bərpa xərci 1975 manat və nəqliyyat vasitəsinin düzəldilməsinin usta xərci 1400 manat olmaqla, cəmi 3375 manat təşkil edir.
21. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xərclərə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 250 manat təşkil edir.
22. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, “İddiaçı MMC avtomobili geri almaq hüququndan artıq istifadə etdiyini, daxili maliyyə lizinqi üzrə əsas, faiz, cərimə və avtomobilə dəymiş zuyanın ödənilməsini əks halda məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
23. **********13 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 125,45 manat dövlət rüsumu ödənilmişdir.
24. İş materiallarında olan 1198 saylı, xx.xx.2024-cü il tarixli ödənş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 100 manat ödəniş edilmişdir.
b) Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 522.1-ci maddəsinə əsasən Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. -748-11.1-ci maddəsinə əsasən Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: -748-11.1.1-ci maddəsinə əsasən lizinq obyektinin amortizasiya ödənişləri; -748-11.1.2-ci maddəsinə əsasən lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -748-11.1.3-cü maddəsinə əsasən lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; -748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği; -748-11.1.5-ci maddəsinə əsasən lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -748-11.1.6-cı maddəsinə əsasən lizinq verənin əlavə xidmətlərinin haqqı; -748-11.1.7-ci maddəsinə əsasən lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. -748-11.2-ci maddəsinə əsasən Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. - 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özüözlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
28. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
30. Məhkəmə ilkin olaraq iş materialları və yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qeyd edir ki, hazırki iş üzrə iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında etibarlı şəkildə bağlanmış 1678 №li, xx.xx.2023-cü il tarixli “X7” müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı MMC (lizinq verən) ilə X3 (lizinq alan) arasında bağlanmış 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nə əsasən Lizinq verən «Toyota Camry» markalı avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə, bu müqavilədə müəyyən edilmiş pul məbləğini (lizinq ödənişini) öhdəsinə götürmüşdür. Bundan sonra, İddiaçı MMC (lizinq verən) ilə X3 (lizinq alan – öhdəlik ötürən) və X4 (öhdəlik götürən) arasında 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nə “Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2024-cü il tarixli əlavə razılaşma bağlanmış, həmin razılaşmaya əsasən X3 (lizinq alan – öhdəlik ötürən) 1678 №li, xx.xx.2023-cü il tarixli “X7” üzrə bütün hüquq və öhdəliklərini, borcunu İddiaçı MMC-nin razılığı ilə“öhdəlik götürən” qismində X2 vermiş, X4 da “öhdəlik götürən” qismində bütün hüquq və öhdəlikləri bütünlüklə qəbul etmişdir. Daha sonra isə, İddiaçı MMC (lizinq verən) ilə X4 (öhdəlik ötürən) və Cavabdeh (öhdəlik götürən) arasında 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nə əlavə olan “Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2024-cü il tarixli razılaşma bağlanmış, həmin razılaşmaya əsasən X4 (lizinq alan – öhdəlik ötürən) 1678 №li, xx.xx.2023-cü il tarixli “X7” üzrə bütün hüquq və öhdəliklərini, borcunu İddiaçı MMC-nin razılığı ilə “öhdəlik götürən” Cavabdeh vermiş, sonuncu isə “öhdəlik götürən” qismində xx.xx.2023-cü il tarixli “X7” üzrə bütün hüquq və öhdəlikləri bütünlüklə qəbul etmişdir.
31. Hazırki mübahisənin kommersiya mübahisəsi olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(102)-180/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı ilə müəyyən edildiyindən, məhkəmə həmin məsələyə ayrıca hüquqi qiymət verilməsinə lüzum görmür.
32. Məhkəmə tərəflər arasında bağlanmış 1678 №li, xx.xx.2023-cü il tarixli “X7” və “Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2024-cü il tarixli əlavə razılaşmanın şərtlərini, həmçinin işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, 1 (bir) ədəd «Toyota Camry» minik markalı nəqliyyat vasitəsini lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq obyektinə ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, lizinq müqaviləsi üzrə ödənişləri həmin müqavilənin şərtləri əsasında ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
33. İş materialları araşdırılakən müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan ümumi dəyəri 17500 manat olan, «Toyota Camry» minik markalı, sedan tipli, qara metallik rəngli, 2008-ci il buraxılışlı, 6T1BE42K98X495947 ban nömrəli nəqliyyat vasitəsini lizinq alana təhvil versə də, lizinq alan 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nin və həmin müqaviləyə əlavə olan“Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2024-cü il tarixli əlavə razılaşmanın şərtlərini pozaraq, 1678 №li 4 nömrəli Lizinq müqaviləsinə Əlavə olan ödəniş cədvəlinə əsasən lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.
34. Eyni zamanda müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə lizinq obyekti avtomobil İddiaçı MMC (lizinq verən) tərəfindən qaytarılmaqla lizinq münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Hazırda iddiaçı cavabdehdən lizinq müqaviləsi üzrə borcun və avtomobilə dəymiş ziyanın ödənilməsini tələb edir.
35. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
36. İş materiallarından göründüyü kimi «Toyota Camry» minik markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsindən geri alınmışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə görə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
37. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
38. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı lizinq obyekti Toyota Camry» minik markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsindən geri almışdır. Belə olan halda lizinq müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab edilməlidir.
39. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nin və həmin müqaviləyə əlavə olan“Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2024-cü il tarixli əlavə razılaşmanın şərtlərinə və 1678 №li 4 nömrəli Lizinq müqaviləsinə Əlavə olan ödəniş cəvəlinə görə, 1678 saylı daxili Lizinq Müqaviləsi lizinq məbləği 17263,44 manat təşkil edir. Lizinq alan Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək, ümumilikdə 35 aylıq müddətdə ayda 699,63 manat olmaqla, yekunda 17263,44 manat əsas məbləğ, 7223,71 faiz məbləği (mükafat) olmaqla, cəmi 24487,15 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, cəmi 700 manat lizinq ödənişi etmişdir.
40. Məhkəmə yuxarıda adalanan maddi hüquq normalarına və işin müəyyən edilən hallarına əsasən hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə lizinq müqaviləsinə birtərəfli xitam verildiyindən, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 6 aylıq müddət üçün müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsini tələb etmək hüququna malikdir.
41. Məhkəmə aylıq lizinq ödənişinin 699,63 manat olduğunu nəzərə alaraq təqdim edilən ödəniş cədvəlinə və hesabdan çıxarışa əsasən hesab edir ki, lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi xx.xx.2024-cü il tarixə qədər ödənilməli lizinq ödənişləri 2149,11 manat əsas və 2048,69 faiz olmaqla cəmi 4197,78 (lizinq ödənişi: 699,63 * 6) manat təşkil edir. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən həmin məbləğdən bu günə kimi 340,30 əsas, 359,70 faiz olmaqla, cəmi 700 manat ödəniş edilmişdir.
42. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə hesab edir ki, xx.xx.2024-cü il tarixə qədər ödənilməli lizinq ödənişləri məbləğindən cavabdeh tərəfindən edilmiş 700 manat məbləğ çıxılmalıdır.
43. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcuna aid hissələrdə qismən təmin edilməli, cavabdehdən 1808,81 manat əsas, 1688,99 manat faiz borcu olmaqla, cəmi 3497,80 manat məbləğində lizinq ödənişi cavabdehdən tutularaq iddiçıya ödənilməlidir.
44. Məhkəmə 486.09 manat cərimə borcuna münasibətdə qeyd edir kiAzərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nin 5.2-ci bəndinə əsasən Lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,10 faizi həcmində cərimə ödəməlidir. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcları azaldılaraq 100 manat müəyyən edilməlidir.
45. Məhkəmə, iddianın lizinq obyektinin («Toyota Camry» markalı avtomobil) bərpasına üçün tələb olunan 3712.00 manat maddi ziyanın ödənilməsinə aid hissəsinə münasibətdə isə qeyd edir ki, 1678 №li, xx.xx.2023-cü il tarixli “X7”nin 5.1-ci bəndinə əsasən Lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış daydanı tam həcmdə ödəyir. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən Lizinq alan lizinq obyektini təhvil götürdükdən sonra müəyyən edilmiş və yaranmış bütün nasazlıqlara görə maddi məsuliyyət daşıyır və onların yaranma müddətindən və səbəblərindən asılı olmayaraq, lizinq verənə qarşı heç bir tələb irəli sürə bilməz. İş materialları araşdırılarkən, müəyyən edilmişdir ki, lizinq obyekti olan nəqliyyat vasitəsi geri alınarkən mühərriki sökülü vəziyyətdə olmuş, iddiaçıya geri qaytarılması evakuator xidməti vasitəsilə mümkün olmuşdur. Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin “Daşınar əmlakın qiymətləndirilməsi barədə 02-126/25 saylı, xx.xx.2025-ci il tarixli hesabatından (rəyindən) görünür ki, qiymətləndirməyə təyin edilmiş «Toyota Camry» minik markalı avtomobilinə dəymiş zərərin məbləği - avtomobilin bərpa xərci 1975 manat və nəqliyyat vasitəsinin düzəldilməsinin usta xərci 1400 manat olmaqla, cəmi 3375 manat təşkil edir.
46. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi lizinq obyektinin («Toyota Camry» markalı avtomobil) bərpası üçün tələb olunan 3712.00 manat maddi ziyanın ödənilməsinə münasibətdə 3375 manat hissədə əsaslıdır.
Məhkəmə xərcləri:
47. Məhkəmə, AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,74 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 35,72 manat hissəsi isə iddiaçıya aid edilməlidir.
48. Məhkəmə eyni zamanda qeyd edir ki, qiymətləndirmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 250 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 148,85 manatı cavabdehdən, 101,15 manatı isə iddiaçıdan tutularaq, "xxxx" MMC-nin hesabına (Kod: 200, Vöen: **********, Swift kod: AİİBAZ2X, M/h:AZ37NABZ********************, VÖEN: **********, Hesab AZ90AİİB********************) ödənilməlidir.
49. Məhkəmə, həmçinin iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat xərcə münasibətdə isə qeyd edir ki, həmin xərc ağlabatan hesab olunmaqla, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 1808,81 manat əsas, 1688,99 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 3597,8 (üç min beş yüz doxsan yeddi manat, səksən qəpik) manat məbləğində borc, 3375 (üç min üç yüz yetmiş beş) manat maddi ziyan, 100 (bir yüz) manat vəkilə ödənilmiş xərc və ödənilmiş dövlət rüsumuna görə 89,73 (səksən doqquz manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 35,72 (otuz beş manat, yetmiş iki qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qiymətləndirmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 250 manatın 148,85 (bir yüz qırx səkkiz manat, səksən beş qəpik) manatı Cavabdeh, 101,15 (bir yüz bir manat, on beş qəpik) manatı isə, İddiaçı MMC-dən tutularaq, "xxxx" MMC-nin hesabına (Kod: 200, Vöen: **********, Swift kod: AİİBAZ2X, M/h:AZ37NABZ********************, VÖEN: **********, Hesab AZ90AİİB********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev