Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1699/2025 20.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36611,36 manat borc və ödənilmiş 199,84 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət edərək, cavandeh Cavabdeh ilə Cəmiyyət arasında borcun ödənilməsi ilə bağlı aparılmış danışıqların nəticəsi olaraq cavabdeh ilə müəyyən razılıqlar əldə olunduğunu, həmin razılıqların tərəflər arasında bağlanmış barışıq sazişində öz əkisni tapdığını bildirmiş və e-2-2(121)-1699/2025 saylı kommersiya işi üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin məhkəmə qərarı ilə təsdiq olunması və bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında razılaşma əldə olunduğunu və həmin razılaşmanın barışıq sazişi ilə təsdiqləndiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Barışıq sazişi”nin şərtlərinə görə:
1. Bu barışıq sazişinə əsasən, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1699/2025 nömrəli kommersiya işini barışıq sazişi ilə yekunlaşdırılmasma dair razılığa gəlirlər.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli, 358 nömrəli xam- pambığın alqı-satqısına dair 3 tərəfli müqaviləyə əsasən yaranmış 36611,36 (otuz altı min altı yüz on bir manat otuz altı qəpik) manat məbləğində borcun və 199,84 məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini qəbul edir.
3. Cavabdeh tərəfindən 36611,36 (otuz altı min altı yüz on bir manat otuz altı qəpik) manat borc məbləğinin əvəzi olaraq xam-pambıq şəklində 2025-ci ilin sentyabrnoyabr ayları ərzində İddiaçı MMC-nin X1 və Emalı Fabrikinə təhvil verməyi qəbul edir.
4. Cavabdeh tərəfindən bu sazişinin 3-cü bəndində uyğun olaraq xam-pambıqla ödəniş edilmədiyi təqdirdə barışıq sazişinin təsdiqi barədə qərardada əsasən məcburi qaydada icra edilməsi üçün icra sənədi icra edilməsi üçün müvafiq İcra və Probasiya şöbəsinə göndəriləcəkdir. Məhkəmə barışıq sazişinin məzmununu və şərtlərini araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq və sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı MMC-nin Cavabdeh arasında 13 may 2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Bu barışıq sazişinə əsasən, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1699/2025 nömrəli kommersiya işini barışıq sazişi ilə yekunlaşdırılmasma dair razılığa gəlirlər.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli, 358 nömrəli xam-pambığm alqı-satqısına dair 3 tərəfli müqaviləyə əsasən yaranmış 36611,36 (otuz altı min altı yüz on bir manat otuz altı qəpik) manat məbləğində borcun və 199,84 məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsini qəbul edir.
3. Cavabdeh tərəfindən 36611,36 (otuz altı min altı yüz on bir manat otuz altı qəpik) manat borc məbləğinin əvəzi olaraq xam-pambıq şəklində 2025-ci ilin sentyabrnoyabr ayları ərzində İddiaçı MMC-nin X1 və Emalı Fabrikinə təhvil verməyi qəbul edir.
4. Cavabdeh tərəfindən bu sazişinin 3-cü bəndinə uyğun olaraq xam-pambıqla ödəniş edilmədiyi təqdirdə barışıq sazişinin təsdiqi barədə qərardada əsasən məcburi qaydada icra edilməsi üçün müvafiq İcra və Probasiya şöbəsinə göndəriləcəkdir. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim Zaur Abbasov