Məhkəmə qərarları › İş №e-2-2(121)-1718/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1718/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1718/2023 31.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı MMCnin cavabdeh X2 qarşı pul tələbi barədə iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh X2 qarşı - cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 1739,76 manat pul məbləğinin cavabdeh X1 alınıb İddiaçı MMC-yə qaytarılması, həmçinin 300 manat məbləğində hüququ yardım üçün və 65 manat məbləğində mediasiyaya dair xərclərin, ümumilikdə 2104.76 (iki min yüz dörd manat yetmiş altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Abdullayev İş № e-2-2(121)-1718/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu 31 iyul 2023cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsinə prosessual hərəkət edərək baxdı. Prosessual hərəkət saat 16:05-də başlandı. Hakim iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı elan etdi. Prosessual hərəkət saat 16:10-da qurtardı. Protokol 31 iyul 2023-cü il tarixdə tərtib edilib. Hakim Elşən Abdullayev İş № e-2-2(121)-1718/2023 31 iyul 2023-cü il İddiaçı MMC-yə Ünvan: Bakı şəhəri, Hökməli ŞTQ, (Bakı-Şamaxı Şossesi), Koroğlu küçəsi Şirvan Kommersiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(121)-1718/2023 saylı məhkəmə qərardadının surəti Sizə göndərilir. Qoşma: qərardadın surəti Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar