Məhkəmə qərarları › İş №e-2-2(121)-1745/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1745/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1745/2025 09.09.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və digər nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" MMC qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 30 mart 2023-cu il tarixli, ŞZ-01 nomrəli alqı-satqı muqaviləsi uzrə odəməli olduğu 4600 manat pulun, 20 aprel 2023-cu il tarixli, ŞZ-02 nomrəli alqı-satqı muqaviləsi uzrə odəməli olduğu 9400 manat pulun, umumilikdə 14000 manat pulun alınaraq iddiacı İddiaçı MMC-nin hesabına odənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC nizamnamə əsasında fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətdir. İddiaçı MMC-nin huquqi unvanı Lənkəran rayonu Vilvan kəndidir. İddiaçı MMC-nin fəaliyyəti çiyələk meyvəsinin əkini və satışından ibarətdir. Cavabdeh MMC-nin direktoru X2 ilə aralarında bağlanmış 30 mart 2023-cu il tarixli, ŞZ-01 nomrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehin sifarişi əsasında ona umumi dəyəri 4600 manat olan ciyələk məhsulu satılmışdır. Bundan başqa, Cavabdeh MMC-nin direktoru X2 ilə aralarında bağlanmış 20 aprel 2023-cu il tarixli, ŞZ-02 nomrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehin sifarişi əsasında ona umumi dəyəri 9400 manat olan çiyələk məhsulu satılmışdır. Hər iki alqı-satqı muqaviləsi aralarında yazılı formada bağlanmış və həmin muqavilələrə əsasən alıcı və satıcının huquqları, vəzifələr və ohdəlikləri muəyyən olunmuşdur. Cavabdehlə iddiaçı arasında bağlanmış 30 mart 2023-cu il və 20 aprel 2023-cu il tarixli alqı-satqı müqavilələrinin 2.2-ci bəndinə əsasən, alıcı malı qəbul etdikdən sonra aldığı malın dəyərini bu muqaviləyə əsasən satıcının muqavilə uzrə gostərilmiş bank hesabına kocurməlidir. Həmin muqavilənin 3.4.1-ci bəndinə əsasən, alıcı malı qəbul etdikdən sonra əvəzində muəyyənləşdirilmiş pul məbləğini (qiyməti) odəmək vəzifəsi daşıyır. Lakin Cavabdeh MMC muqavilə uzrə ohdəliklərini icra etməyərək bu günə qədər 30 mart 2023-cu il tarixli müqavilə uzrə odəməli olduğu 4600 manat pulu və 20 aprel 2023-cu il tarixli muqavilə uzrə odəməli olduğu 9400 manat pulu, ümumilikdə 14000 manat pulu iddiaçının bank hesabına köçürməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı (pretenziya qaydasında) xəbərdarlıqlar edilsə də, cavabdeh muqavilələr uzrə ohdəliklərə əməl etməmişdir. Bundan əlavə, mubahisənin mediasiya yolu ilə həll edilməsindən otru tərəflərindən cavabdehə təklif gondərilmiş, daha sonra Lənkəran 1 saylı mediasiya təşkilatına muraciət olunmuşdur. Mediasiya təşkilatı tərəfindən təyin olunmuş mediasiya prosesinə cavabdeh gəlməmişdir. Buna gorə də, Lənkəran 1 saylı mediasiya təşkilatı tərəfindən iddiacıya arayış təqdim edilərək məhkəməyə muraciət etməsi izah olunmuşdur. Gorunduyu kimi, cavabdeh alqı-satqı muqavilələri uzrə uzərinə goturduyu ohdəlikləri yerinə yetirməyərək, muqavilələrin şərtlərini və MM-nin tələblərini kobudcasına pozmuşdur. xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçıdan 2000 manat məbləğində mal aldığını, həmin malın dəyərini də ödədiyini, iddiaçıya borcunun olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 və digər nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2023-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2021-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli, ŞZ-01 nömrəli və xx.xx.2023-cü il tarixli ŞZ-02 alqı-satqı müqavilələrinin surətindən görünür ki, həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə “Satıcı” alıcıya çiyələk (bundan sonra “Mal”) satır. “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcıya” ödəyir. 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi və digər əlamətləri və xarakterik xüsusyyətləri satıcı tərəfində təqdim olunan sifariş ilə müəyyən olunur. 2.1-ci bəndlərinə əsasən, malın ümumi dəyəri müvafiq olaraq 4600 manat və 9400 manat təşkil edir. 4.1-ci bəndinə əsasən, “Satıcı” müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən sifariş təsdiq etdikdən sonra 3 (üç) təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhtəsinə götürür. 5.1-ci bəndinə əsasən, “Alıcı” sifariş olunan malın dəyərinin “Satıcı”dan malı təhvil aldıqdan sonra ödənişi nağdız formada bank vasitəsi ilə satıcının bank hesabına ödəməyi öhdəsinə götürür. İş materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhviltəslim aktlarına və elektron qaimə-fakturalara əsasən, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nə təhvil verilmiş çiyələk məhsulunun ümumi dəyəri 14000 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ŞZ-01 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 9400 manat məbləğində və xx.xx.2023-cü il tarixli, ŞZ-02 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 4600 manat məbləğində borcun 10 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə ”Şahınoğlu” MMC xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, iddiaçı "xxxx" MMC ərizəsinə əsasən xx.xx.2023cü il tarixinə təyin edilən mediasiya sessiyasında cavabdeh "xxxx" MMC iştirak etməmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları alqı-satqı müqaviləsi münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (alğısatqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təhvil verməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hesab edir ki, hazırki mübahisə qeyd edilən maddi hüquq normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan ümumi dəyəri 14000 manat olan məhsulun cavabdehə təhvil verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 14000 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair aktlara, cavabdehə göndərilmiş elektron qaimələrə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Cavabdeh isə iddiaçıdan cəmi 2000 manat dəyərində məhsul aldığını və həmin məhsulun dəyərini iddiaçıya tam şəkildə ödədiyini iddia edir. Məhkəmə qeyd edir ki, cavabdeh öz etirazının əsası kimi istnad etdiyi halları sübut edə bilməmiş, iddiaçıdan cəmi 2000 manat dəyərində mal aldığına və həmin malın dəyərini tam şəkildə ödədiyinə və ya digər əsaslarla iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktları, malların verilməsi barədə elektron qaimələri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 14000 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 14000 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 14000 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, ŞZ-01 nömrəli müqavilə üzrə 4600 manat məbləğində borc, xx.xx.2023-cü il tarixli, ŞZ-02 nömrəli müqavilə üzrə 9400 manat məbləğində borc və ödənilmiş 132 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14132 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar