Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1770/2022 27.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 9946 manat 12 qəpik, hesablanmış cəriməyə görə 5932 manat 78 qəpik və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 16078 manat 90 qəpik pulun alınaraq “MKT İstehsalat Kommersiya“ MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı və Cavabdeh arasında bağlanmış 20 *** **** saylı 2020-ci il mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsəsən, Cavabdeh 14 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentner məhsul əldə etməklə 35 ton xam-pambıq məhsulu istehsaledib İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh İddiaçıdan 17647,63 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə Cavabdeh 4991,51 manat məbləğində 7679,25 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Qeyd edək ki, Cavabdeh 2710,0 manat dəyərində vəsaitləri İddiaçıya geri təhvil vermişdir. Son nəticədə Cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 9946,12 manat borcu qalmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eynizamanda müqavilənin 4.2 bəndinə əsasən, Cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 5932,78 manat təşkil edir. Cavabdeh məhkəmənin elektron poçt ünvanına məktub göndərərək qeyd etmişdir ki, xx.xx.2020-ci il əkdiyi 14 hektar pambığa dolu və buz parçaları nəticəsində verdiyi zərər onun məhsulunu tamamilə məhv etmişdir. Həmin əraziyə baxış keçirilmiş və baxış aktı tərtib olunmuşdur. Məhkəmədən onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 izahat verərək cavabdeh tərəfindən ümumilikdə 4.991,51 manat məbləğində xam pambıq təhvil verildiyini, o cümlədən 2.710 manat məbləğində nağd vəsaiti İddiaçı MMC-yə qaytardığını, hal-hazırda cavabdehin 9.946,12 manat əsas, 5.932,78 manat cərimə borcu olduğunu və cavabdehin iddiaya dair etirazının əsassız olduğunu qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, cavabdehin etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2020-ci il tarixli, 20 *** **** saylı 2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 14 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan bank hesabından çıxarışdan, işlərin görülməsinə dair aktlardan və qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 17.647,63 manat məbləğində vəsaitlər (dərman, çiyid, nağd pul) verilmiş və aqrotexniki xidmətlər göstərilmişdir. İş materiallarında olan 2020-ci il mövsümü üzrə pambıq qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2020-ci ilin dekabr ayı ərzində ümumilikdə 4.991,51 manat məbləğində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan “cərimə məbləğinin hesablanması barədə” xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 9.946,12 manat əsas, 5.932,78 manat cərimə borcu hesablanmışdır. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 iyul 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2020ci il tarixində saat təxminən 18:00 radələrindən başlayaraq Ağcabədi rayonunun Qaradolaq kəndi və Ağ göl deyilən ərazilərinə yağan güclü dolu və leysan nəticəsində “MKT Ağcabədi” filialı ilə müqavilə bağlamış fermerlərin pambıq sahələrinə ciddi ziyan dəymişdir. Bu fermerlərdən biri də Cavabdehdur. Qeyd edilib ki, Cavabdeh ilə 14 ha sahədə pambıq əkmək üçün müqavilə bağlanmışdır. Baş vermiş təbii fəlakətlə bağlı həmin sahəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh ilə bağlanmış ümumi müqavilənin 14 ha sahəsində olan pambıq bitkisinin vegetativ və generativ orqanları, yəni bitkinin yarpaqları, yan budaqları, boy nöqtəsi və üzərində olan bar orqanları dolu və buz parçalarının güclü təsirindən əzilmiş halda tamamilə məhv olaraq yerə tökülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin X6 İnkişaf Mərkəzinin 07 dekabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 15-16 iyul 2020-ci il tarixlərində Ağcabədi rayonunun Qaradolaq kəndi və Ağ göl deyilən ərazilərinə dolu və buz parçalarının düşməsi barədə X6 İnkişaf Mərkəzinə rəsmi müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Ağcabədi rayonu və ona qonşu olan rayonlar üçün faktiki hava şəraiti - əsasən yağmursuz keçmiş, lakin 15-də bəzi yerlərdə şimşək çaxmış, arabir yağış yağmışdır. Həmin tarixlərdə ölkə ərazisində yağıntının ən maksimal miqdarı 53.0 mm, qərb küləyinin maksimal sürəti isə arabir 24 m/s-yə çatmışdır. xx.xx.2020-ci il tarixindən iyulun 17-i gündüzədək hava şəraitinin qeyr-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi haqqında 04 saylı xəbərdarlıq verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində xx.xx.2020-ci il tarixli akt tərtib edilən vaxt Ağcabədi rayon DAİM-nin bitkiçilik sektorunun müdiri vəzifəsində işlədiyini və aktı şəxsən imzaladığını bildirdi. O, ifadəsində xx.xx.2020-ci il tarixində Ağcabədi rayonunun Qaradolaq kəndi və Ağ göl deyilən ərazilərinə dolu düşməsi barədə məlumat aldığını və dərhal həmin ərazilərə baxış keçirmək məqsədilə qeyd olunan ərazilərə getdiyini bildirdi. Həmin ərazilərə baxış keçirilən zaman digər fermerlərlə yanaşı Cavabdeh da 14 ha sahəsinə ziyan dəydini müəyyən olunmuş və müvafiq olaraq akt tərtib edilmişdir. Qeyd olunan əraziyə baxış keçirilərkən Cavabdeh əkdiyi pambıq bitkisinin yarpaqları, yan budaqları, boy nöqtəsi və üzərində olan bar orqanları dolunun güclü təsirindən əzilmiş halda olmuşdur. O, eyni zamanda ifadəsində qeyd etmişdir ki, pambıq bitkisinin yarpaqları, yan budaqları, boy nöqtəsi və üzərində olan bar orqanları məhv olsa da, pambıq bitkilərinin gövdəsi zədələnməmişdir. Həmin pambıq bitkilərinə yenidən qulluq göstərildiyi təqdirdə məhsul almaq mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində xx.xx.2020-ci il tarixli akt tərtib edilən vaxt "xxxx" MMC-nin zona aqronomu vəzifəsində işlədiyini və aktı şəxsən imzaladığını bildirdi. O, ifadəsində xx.xx.2020-ci il tarixində gecə saatlarında Ağcabədi rayonunun Qaradolaq kəndi və Ağ göl deyilən ərazilərinə dolu düşməsi barədə məlumat aldığını və həmin gün səhər saatlarında ərazilərə baxış keçirmək məqsədilə qeyd olunan ərazilərə getdiyini bildirdi. Həmin ərazilərə baxış keçirilən zaman Cavabdeh sahəsinə ziyan dəydini müəyyən olunmuş və akt tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 2020-ci il mövsümündə xampambıq əkilməsi məqsədilə avans olaraq ümumi dəyəri 17.647,63 manat təşkil edən vəsaitlər verilmiş, aqrotexniki xidmətlər göstərilmişdir. Əqdə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh avans məbləğdən ümumilikdə 7.679,25 kq xam-pambıq təhvil verilməklə 4.991,51 manat məbləğində vəsaiti və 2.710 manat məbləğində nağd pulu iddiaçıya geri qaytarmış, lakin öhdəliklərini tam icra etməmişdir. Cavabdehin əqdə əsasən iddiaçıdan aldığı aqrotexniki vəsaitlərə və xidmətlərə görə iddiaçıya 9.946,12 manat məbləğində borcu qalmışdır. Məhkəmə, cavabdehin iddiaya dair etirazını araşdıraraq müəyyən etdi ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin X6 İnkişaf Mərkəzinə Ağcabədi rayonunun Qaradolaq kəndi və Ağ göl deyilən ərazilərinə dolu və buz parçalarının düşməsi barədə X6 İnkişaf Mərkəzinə rəsmi müraciət daxil olmamışdır. Həmçinin, şahid ifadələri ilə xx.xx.2020-ci il tarixində Ağcabədi rayonunun Qaradolaq kəndi və Ağ göl deyilən ərazilərinə dolunun düşdüyü müəyyən olunsa da, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin arayışı ilə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Ağcabədi rayonu və ona qonşu olan rayonlar üçün faktiki hava şəraitinin əsasən yağmursuz keçdiyi, lakin xx.xx.2020-ci il tarixində bəzi yerlərdə şimşək çaxdığı, arabir yağış yağdığı qeyd olunmuş, o cümlədən xx.xx.2020ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Ağcabədi rayonu və ona qonşu olan rayonlar üçün dolunun düşəcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə qeyd edir ki, Ağcabədi rayonunun Qaradolaq kəndi və Ağ göl deyilən ərazilərinə dolu düşməsi tərəflər arasında bağlanılmış 03 aprel 2020-ci il tarixli, 20 *** **** saylı 2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsində nəzərdə tutulmasa da, fors-major halı kimi qəbul edilib-edilməməsi işin mübahisələndirilən halıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə fors-major halının mövcud olubolmamasının müəyyən edilməsi üçün ilk öncə müqavilə şərtlərinə diqqət yetirilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış 03 aprel 2020-ci il tarixli, 20 *** **** saylı müqavilənin 5.1-ci bəndində razılaşdırılmışdır ki, fоrs-mаjоr şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən aılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən fors-major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Qeyd olunan müqavilənin 5.3-cü maddəsinə əsasən fors major şəraitindən sonra tərəflər faktiki borca görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, müqavilədə fors-major hallarının siyahısı konkret olaraq göstərilmiş, tərəflər bu barədə sərbəst iradələrini ifadə etmiş, belə bir hal yarandıqda isə birmənalı qaydada bir-biriləri qarşısında heç bir maddi məsuliyyət daşımayacaqlarını, bu hal aradan qalxanadək öhdəliyin yerinə yetirilməsindən azad ediləcəklərini və fors major şəraitindən sonra faktiki borca görə məsuliyyət daşıyacaqlarını bəyan və qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələri ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilmişdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığı aid edilmişdir. Bununla yanaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 11 iyun 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab etmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 5-ci bəndinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal öhdəliklərin icrasını qeyr-mümkün edir. Bunlara hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən aılı olmayan ümumi sel, daşqın, zəlzələ daxildir. Öhdəliyin icra edilməməsi fors majorla bağlı olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırki iş üzrə baş verən təbiət hadisəsini, yəni dolunun düşməsini fors major hal kimi qiymətləndirmək müqavilə şərtlərinə uyğun deyildir. Çünki, tərəflər sözügedən müqaviləni bağlayarkən dolunun düşməsi hadisəsinin fors major halı olması barədə razılığa gəlməmişdirlər. Qanunvericilik normalarının təfsirindən, mübahisəyə və müqaviləyə tətbiqindən çıxan nəticəyə əsasən məhkəmə hesab edir ki, dolunun düşməsi hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halı deyildir. Bununla belə, cavabdeh dolunun düşdüyü xx.xx.2020-ci il tarixindən sonra, yəni 2020-ci ilin dekabr ayı ərzində ümumilikdə 4.991,51 manat məbləğində xam pambıq təhvil verməklə müqavilənin şərtlərini qismən icra etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanılmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 03 aprel 2020-ci il tarixli, 20 *** **** saylı mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsasən 9.946,12 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 9.946,12 manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, iddianın 5.932,78 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 600 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9.946,12 manat əsas borc, 600 manat məbləğində cərimə borcu və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 10.746,12 (on min yeddi yüz qırx altı manat, on iki qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1770/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1770/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver