Məhkəmə qərarları › İş №e-2-2(121)-1820/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1820/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1820/2023 19.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alğı-satqı müqavləsi üzrə öz öhdəliyini yerinə yetirmədiyindən 30 kub tikinti materialı (taxta üçün) ödənilməmiş qalan 9700 (doqquz min yeddi yüz) manat pul vəsaiti, 06 iyul 2023-cü il tarixində hüquqi yardıma görə 4 saylı Vəkil bürosuna ödənilmiş 250 manat pul vəsaiti, dövlət büdcəsinə ödənilmiş 20 manat, cəmi olaraq 9970 (doqquz min doqquz yüz yetmiş) manat pul vəsaitinin tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 avqust 2022-ci il tarixində fərdi sahibkar X5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr. yerləşən tikinti materialları mağazasından cavabdehin sifarişi əsasında fərdi sahibkar Cavabdeh dəyəri 13.312 manat olan 30 kub tikintimaterialı olan taxtanı Beyləqan rayonuna göndərilmiş, həmin mal onun tərəfindən qəbuledilmiş, sonda həmin puldan 3300 manat verilsədə, qalan vəsait olan 9700 (doqquz min yeddi yüz) manat bu günədək verilməmişdir. Belə ki, o, Cavabdeh 2022-ci ilin əvvələrindən tanıdığını, onun yaşadığı Beyləqan rayonunda tiktinti mağazası vardır. Cavabdehla tikinti materialı satışı zamanı münasibətləri yaranmış, o, aldığı malların bir hssəsinin dəyərini öncədən vermiş, mallar Beləqan rayonunda təhvil alındıqdan sonra qalan pul vəsaiti onun tərəfindən ödənilmişdir. Tərəflər arasında belə münasibət yaranmışdır. 06 avqust 2022-ci il tarixində Cavabdeh mağazaya gələrək 13000 manat dəyərində tikinti materialı olan taxta sifariş vermiş, malı Beyləqan rayonunda təhvilaldıqdan sonra bir həftə ərzində malın qalan dəyərinin ödəyəcəyinə söz vermiş, 30 kubdan artıq taxta materialı Şahin adlışəxsin “Kamaz” markalı avtomaşınına yüklənmiş və Beyləqan rayonuna yola salınmış, Cavabdeh malı qəbul edəndən 4 gün sonra taksi ilə 3300 manat pul göndərmiş, qalan 9700 manatı isə bir neçə günə ödəməyə soz versə də, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Sonradan isə mobil telefonu söndürdüyü üçün onunla əlaqə saxlamaq da mümkün olmamışdır. Bununla bağlı X6 102 qaynar xəttinə, oradan 17-ci Polis Bölməsinə və Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş, materiallar İdarənin müstəntiqi polis kapitanı Tuqay Allahvedizadənin icraatına verilmiş, X2 tərəfindən heç bir araşdırılma aparılmadan xx.xx.2023-cü il tarixində toplanmış materillar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan tərəfimdən Nərimanov rayon prokuroruna şikayət edilmiş, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov cavabdeh Elvin İsmaylov tapılaraq dindirilmədiyi üçün X2nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə adı şəkilən qərarı 31 mart 2023-cü il tarixində ləğv edilmiş və materiallar əlavə araşdırılması məqsədi ilə Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Tuqay Allahverdizadənini icraatına qaytarılmışdır. Nəhayət müstəntiq tərəfindən Cavabdeh tapılaraq dindirilmiş, o izahat verərək bildirmişdir o, həqıqətən 13000 manat dəyirndə 25-30 kub müxtəlif taxta materialları üçün Vüsal Fərzəliyevə sifariş vermiş, 2022-ci ilin oktyabr ayına kimi 3.000 manat malsatmış, onun pulunu göndərmiş, qalan 9700 manat pulu qaytara bilməmiş, qısa müddət ərzində onu da qaytaracağına söz vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin “əsli ilə düzdür” ştampı ilə təsdiq edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli iltimzamdan görünür ki, o, X4 olan 9.700 manat borcunu ən geci 8 ay müddətinə bağlayacağına dair söz vermişdir. İş materiallarında olan Nərimanov RPİ-nin “əsli ilə düzdür” ştampı ilə təsdiq edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanl Tuqay Allahverdizadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 iyun 2023-cü il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh ilə X5 arasında əvvəllər bir neçə ticarət əlaqəsi olmuş, Cavabdeh Vüsal Fərzəliyevdən əvvəllər nisyə olaraq götürmüş olduğu tikinti materiallarının pulunu ödəmişdir. Sonuncu dəfə Elvin X1 ilə əlaqə saxlayaraq sonuncudan 13.000 manat dəyərində 30 kub müxtəlif taxta materiallarını sifariş vermişdir. Vüsal Fərzəliyev də Cavabdeh sifarişi əsasında xx.xx.2022ci il tarixdə 30 kubdan artıq taxtanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül Tikinti Bazarı” adlı bazarda Şahin adlı şəxsin idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə yükləyib Beyləqan rayonuna yola salmış və Cavabdeh sifariş vermiş olduğu taxta materialları Beyləqan rayonunda qəbul edərək 3.300 manat pulu Vüsal Fərzəliyevə göndərsə də, qalan 9.700 manat dəyərində taxtanı nisyə olaraq payladığı üçün pulu yığa bilməmişdir. Həmçinin, Cavabdeh tikinti materialı olan taxtaya görə Vüsal Fərzəliyevə verməli olduğu 9.700 manat pulu qısa zaman ərzində qaytaracağı barədə iltizam da vermişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X5 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, iddiaçı X5 ilə Cavabdeh arasında tikinti materiallarına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı şifahi razılaşmaya əsasən 13.000 manat dəyərində tikinti materiallarını (taxta) cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan cavabdeh aldığı malın dəyərinin 3.300 manat hissəsini iddiaçıya qaytarsa da cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya ümumilikdə 9.700 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, cavabdehin iddiaçıya 9.700 manat məbləğində borcunun olması Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-də aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatı və iltimazı ilə də təsdiq olunur. Bundan əlavə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin 02 iyun 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının cavabdeh tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd olunan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan tikinti materialları alsa da, həmin malların dəyərini iddiaçıya tam qaytarmamışdır. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilərək, 9.700 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda məhkəmə xərclərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 150 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan əlavə, işdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia əsas tələbə münasibətdə təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9.700 manat məbləğində əsas borc, hüquqi yardıma görə ödənilmiş 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat olmaqla, ümumilikdə 9.870 (doqquz min səkkiz yüz yetmiş) manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyigündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar