Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1827/2025 02.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 8368 manat məbləğin, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla 4 ay müddətində hesablanmış 202.22 manat məbləğin, X1 üçün vəkilə ödənilmiş 300 manat məbləğində pulun və ödənilmiş 108.71 manat məhkəmə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dai qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, DM-22 sayıl alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən müqavilə üzrə satıcı-DİAS MMC, Alıcıya Cavabdeh,alıcının sifarişlərinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə çeşidi, miqdarı və qiyməti müəyyən edilən malları satır, Alıcı isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Həmin müqavilənin 3.3-cü maddəsinin bəndinə əsasən Alıcı satıcı tərəfindən təqdim edilmiş malları yoxlayıb qəbul edir və zəruri sənədlərin imzalanmasını təmin edir. Həmçinin müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddia ərizəsinə əlavə edilmiş satış fakturalarından görünür ki, müxtəlif vaxtlarda satıcı alıcıya adları, çeşidi və qiymətləri müəyyən edilmiş malları həmin alqı-satqı müqaviləsi əsasında vermiş, alıcı isə həmin malları qəbul etmişdir. Bundan sonra, İddiaçı MMC tərəfindən, onlayn kargüzarlıq sistemi vasitəsilə Cavabdeh VÖEN nömrəsinə xəbərdarlıq göndərilmiş və qalıq 9253 manat alqı-satqı müqaviləsindən qalan qalıq ödənişi tam şəkildə xx.xx.2025-ci il tarixinədək ödənilməsi tələb edilmişdir. Həmçinin xəbərdarlıqda qalıq ödənişin xəbərdarlıq məktubunda qeyd olunan vaxt ərizndə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən qalıq ödənişin və dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş 00814555 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, satıcı İddiaçı MMC həmin tarixdə Cavabdeh 3700 manat məbləğində elektron qaimə göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş 11161699 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, satıcı İddiaçı MMC həmin tarixdə Cavabdeh 8368 manat məbləğində elektron qaimə göndərmişdir. Elektron qaimələrin göndərilməsinə baxmayaraq sözügedən qaimələr üzrə cavabdeh bu günkü tarixədək, sadəcə olaraq 885 manat ödəniş həyata keçirmişdir. Göründüyü kimicavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq öhdəliklərini tam şəkildə icra etməmiş və öhdəliyin icrasını gecikdirmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın faiz uçot dərəcə məlumatlarında xx.xx.2024-cü il tarixindən bu günkü tarixədək faiz uçot dərəcəsi 7.25 % təşkil edir (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2024). Azərbaycan Respublikası Müəlki Məcəlləsinin 567-ci madəsinin tələbinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbuledib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-cimaddəsinin tələbinə əsasən; 568.1. Satıcıalğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmçinin həmin Məcəllənin 598.1-ci maddəsinin tələbinə əsasən əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvilaldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə olan halda malın sonuncu dəfə təhvil verildiyi xx.xx.2025-ci il tarixindən bu günədək təxminən 4 aylıq müddət keçmişdir. Həmin 4 aylıq vaxta münasibətdə dəymiş zərərin əvəzi olaraq 202.22 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (8368x7.25%= 606.68/12=50.55x4=202.22). İddia ərizəsinə əlavə edilmiş X1nə dair EM-2190VK-21303 saylı, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən vəkil Nümayəndəla birinci instansiya məhkəməsində hüquqların müdafiəsi üçün 300 manat məbləğində müqavillə bağlamışdırlar. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, sözgedən xidmətlərin göstərilməsinə dair müqavilə əsasında İddiaçı MMC tərəfindən 300 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələbinə əsasən; 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsiniəsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin məhkəmənin suallarına cavab olaraq əlavə olaraq bildirdi ki, mallar cavabdeh tərəfindən onlara qaytarılmamışdır. Mallar cavabdehin özündədir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə onlara malların geri qaytarılması barədə elektron qaimə göndərilmiş, onlar isə həmin qaiməni düzəlişə qaytarılmışlar. Beləliklə malların geri qaytarılması baş verməmişdir. İddiaçı tərəfindən hazırki iddia qaldırılarkən cavabdehə güzəşt etmiş, faktiki verilən malların məbləğindən az məbləğdə iddia qaldırılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə fakturada 1-ci sırada qeyd olunan “Az.Nax.kim 1200” adlı malın bir ədədinin qiyməti 4 manat, 2-ci sırada qeyd olunan “nobay” adlı malın bir ədədinin qiyməti 3,7 manat olmaqla, cəmi 1710,20 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş qaimə fakturalar üzrə verilən malların ümumilikdə dəyəri 45414 manat civarındadır. Cavabdeh tərəfindən 500 manat ödəniş edilmiş, həmin məbləğ cavabdehə geri qaytarılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlər cavabdehin iddiaçıya olan borcunun ödənilməsini təsdiq etmir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir. Məhkəmə iclasının təxirə (mümkün olduğu qədər həftənin 1-ci və 5-ci günlərinə təyin edilməsi daha uyğun olar. İmtahanlara hazırlıq mərhələsində olduğum üçün digər günlərdə iştirakı mümkün olmur.) salınmasını xahiş etmiş və məhkəmə iclasının təxirə salınması mümkün olmadığı halda, əvvəlki məhkəmə iclasında verdiyi izahatları müdafiə etdiyini, iddia tələbini isə qəbul etmədiyini bildirmişdir. O, hesab edir ki, iş materiallarında iddianın təmin edilməsi üçün mötəbər hesab olunacaq sübutlar yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh iddianı qəbul etmir. Ödənişləri vaxtında ödəmişdir. İddiaçı tərəfindən irəli sürülən 8368 manat məbləğində mala dair elektron qaimədən Cavabdeh xəbəri olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərin məbləği 30000 manatdan çox olmuşdur.
İddia ərizəsinə etiraz:
9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
10. İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DM-22 nömrəli alqı-satqı müqaviləsinin: - 1.1-ci bəndinin tələbinə əsasən müqavilə üzrə “Satıcı”, “Alıcı”ya “Alıcı”nın sifarişlərinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə çeşidi, miqdarı və qiyməti müəyyən edilən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. - 3.2-ci bəndinin tələbinə əsasən malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. - 4.2-ci bəndinə əsasən, “Satıcı” Malları müvafiq hesab-faktura, mənşə, keyfiyyət və uyğunluq sertifikatları ilə birgə “Alıcı”ya təhvil verir. - 4.3-cü bəndinə əsasən Təhvil-təslim tərəfləri səlahiyyətli şəxsləri tərəfindən müvafiq aktı imzalamaqla rəsmiləşdirilir. - 6.1-ci bəndinə əsasən Bu müqaviləyə əsasən satılan malların hər bir vahidinin satış bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələr ilə müəyyən edilir. - 6.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri əlavədə göstəriləcəkdir. - 6.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər hesablaşma hesabı və ya nəğd formada ödənilir.
11. İş materiallarında olan qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 45414,8 (qırx beş min dörd yüz on dörd manat, səksən qəpik) manat məbləğində mal verilmişdir.
12. İş materiallarından olan 00814555 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən (3700 manat) və 11161699 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron (8368 manat) qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 12068 manat məbləğində elektron qaimə göndərmişdir.
13. İş materiallarında olan qəbzlərdən görünür ki, alıcı “Badalov Alakbar” adlı şəxin kart hesabına 34506 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
14. İş materiallarında olan Seriya:MQ2507 nömrəli, 10463155 saylı, xx.xx.2025-ci il tarixli nömrəli, xx.xx.2024-cü il tarixli “malların qaytarılması barədə elektron qaimə”dən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaimə-faktura təqdim olunmuşdur.
15. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun mahiyyətindən görünür ki, İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş “8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaimə-faktura”nı düzəlişə qaytardıqlarını bildirmiş. Əlavə olaraq qeyd etmişdir ki, malların geri qaytarılması baş verməmişdir. Bu cəhdlər hazırda Şirvan Kommersiya Məhkəməsində olan işi öz xeyrinizə çevirmək təəsüratı yaradır. Cavabdeh İddiaçı MMC tərəfindən düzəlişə göndərilən elektron qaiməni ləğv etməsi və borcunun dərhal ödəməsi tövsiyyə edilmiş və bütün materialların məhkəməyə təqdim olunacağı bildirilmişdir.
16. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh borcun dərhal ödənilməsini tələb etmişdir.
17. “X1 Haqqında” xx.xx.2024-cü il tarixli, Müqavilədən və qəbzdən görünür ki, iddiaçı hüquqi yardımla bağlı vəkilə 300 manat ödəniş etmişdir.
18. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 108,71 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarı: Plenumun nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
25. Əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış alqısatqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (“Satıcı”) Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrdə göstərilən çeşiddə, miqdarda və qiymətdə müəyyən edilən malları cavabdehə (“Alıcı”) təqdim etməyi, cavabdeh (“Alıcı”) isə, həmin Malların dəyərini müəyyən edilmiş qiymət va şərtlərlə iddiaçıya (“Satıcı”) ödəməyi öhdəsinə götürmüşdür. Belə olan məhkəmə hesab edir ki, halda malların verilməsini sübut etmək vəzifəsi iddiaçının, onların dəyərini ödənilməsini sübut etmək isə cavabdehin üzərinə düşür.
26. İddia ərizəsi əsaslandırılarkən qeyd oluur ki, Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddia ərizəsinə əlavə edilmiş satış fakturalarından görünür ki, müxtəlif vaxtlarda satıcı alıcıya adları, çeşidi və qiymətləri müəyyən edilmiş malları həmin alqı-satqı müqaviləsi əsasında vermiş, alıcı isə həmin malları qəbul etmişdir. Bundan sonra, İddiaçı MMC tərəfindən, onlayn kargüzarlıq sistemi vasitəsilə Cavabdeh VÖEN nömrəsinə xəbərdarlıq göndərilmiş və qalıq 9253 manat alqı-satqı müqaviləsindən qalan qalıq ödənişi tam şəkildə xx.xx.2025-ci il tarixinədək ödənilməsi tələb edilmişdir. İddiaçı MMC həmin tarixdə Cavabdeh 8368 manat və 3700 manat məbləğində elektron qaimələr göndərmişdir. Elektron qaimələrin göndərilməsinə baxmayaraq sözügedən qaimələr üzrə cavabdeh bu günkü tarixədək, sadəcə olaraq 885 manat ödəniş həyata keçirmişdir.
27. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh ödənişləri vaxtında ödəmişdir. İddiaçı tərəfindən irəli sürüln 8368 manat məbləğində elektron qaimədən Cavabdeh xəbəri olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərin məbləği 30000 manatdan çox olmuşdur.
28. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 45414,8 (qırx beş min dörd yüz on dörd manat, səksən qəpik) manat məbləğində mal verilmişdir.
29. Eyni zamanda İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 12068 manat məbləğində elektron qaimə göndərmişdir.
30. İş materiallarında olan qəbzlərdən görünür ki, alıcı “Badalov Alakbar” adlı şəxin kart hesabına 34506 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
31. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmişdir. Belə olan halda alınmış malların dəyərinin tam olaraq ödənilməsini və ya həmin öhdəliklərin icrasından azad olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
32. Məhkəmə, cavabdehin nümayəndəsinin məhkəmə iclasında göstərdiyi Cavabdeh ödənişləri vaxtında ödədiyini, iddiaçı tərəfindən irəli sürülən 8368 manat məbləğində mala dair elektron qaimədən Cavabdeh xəbəri olmaması və cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərin məbləğinin 30000 manatdan çox olması ilə bağlı dəlillərə hüquqi qiymət verərək əsassız hesab edir. Ona görə ki, iş materiallarında olan Seriya: MQ2507 nömrəli, 10463155 saylı, xx.xx.2025-ci il tarixli nömrəli, xx.xx.2024-cü il tarixli “malların qaytarılması barədə elektron qaimə”dən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMCyə 8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaimə-faktura təqdim olunmuşdur. İddiaçı MMC tərəfindən isə Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş “8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaimə-faktura”nı xx.xx.2025-ci il tarixdə düzəlişə qaytardıqlarını bildirmiş və Cavabdeh İddiaçı MMC tərəfindən düzəlişə göndərilən elektron qaiməni ləğv etməsi və borcunun dərhal ödəməsi tövsiyyə edilmiş və bütün materialların məhkəməyə təqdim olunacağı qeyd edilmişdir. Göründüyü kimi iş materialları ilə Cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş 8368 manat məbləğində mala dair elektron qaimə-fakturadan xəbərsiz olması təkzib olunur.
33. Məhkəmə göstərilən xüsusatlarla bağlı, həmçinin qeyd edir ki, Cavabdeh iddiaçıya Seriya: MQ2507 nömrəli, 10463155 saylı, xx.xx.2025-ci il tarixli nömrəli, xx.xx.2024-cü il tarixli “malların qaytarılması barədə” elektron qaimə-faktura təqdim etməklə, iddiaçıdan həmin məbləğdə mal almasını da təsdiq etmişdir. Malın qaytarılmasına gəldikdə sə, bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarından göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş “8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaimə-faktura”nı xx.xx.2025-ci il tarixdə düzəlişə qaytardıqlarını bildirmiş və Cavabdeh İddiaçı MMC tərəfindən düzəlişə göndərilən elektron qaiməni ləğv etməsi və borcunun dərhal ödəməsi tövsiyyə edilmiş və bütün materialların məhkəməyə təqdim olunacağı qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı mövqeyinə əsasən “lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir”. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC Cavabdeh tərəfindən təqdim olunmuş “8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaimə-faktura”nı sözügedən məktubla mübahisələndirmişdir.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi 8368 manat əsas borca aid hissədə əsaslı olduğuna görə təmin edilməlidir.
36. Məhkəmə iddianı Azərbaycan Respublikası Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla 4 ay müddətində hesablanmış 202.22 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə aid hissədə əsassız hesab edir. Ona görə ki, iddiaçı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
37. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir.
Məhkəmə xərcləri:
38. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 103,68 manatı cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5,03 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
39. Məhkəmə, iddiaçının hüquqi yardımla bağlı çəkdiyi 300 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 8368 (səkkiz min üç yüz altmılş səkkiz) manat borc, vəkilə hüquqi yardıma görə çəkilmiş 300 (üç yüz) manat xərc və ödənilmiş dövlət rüsumuna görə 103,68 (bir yüz üç manat, altmış səkkiz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 5,03 (beş manat, üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev