Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1844/2021 22.10.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında, Şirvan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1.260,60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh arasında bağlanmış 28.11.2018-ci il tarixli, “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” nə əsasən, cavabdeh 1,50 hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 52,5 ton şəkər çuğunduru məhsulu istehsal edib, "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 833,90 manat məbləğində mal və xidmət satılmaqla və 426,70 manat pul vəsaiti avans olaraq cavabdehin kart hesabına köçürülməklə, toplam 1.260,60 manat dəyərində xərc çəkilmiş, lakin cavabdeh tərəfindən İddiaçı MMC-yə çuğundur təhvil verilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 1.260,60 manat dəyərində borcu qalmışdır. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən, məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə, təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tutulacaqdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və maliyyə arayışında təsdiq edilir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli üçün Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya şurasının təyin etdiyi mediator tərəfindən cavabdehə poçt vasitəsi ilə bildiriş göndərilərək, mediasiya sessiyasının tarixi və yeri barədə məlumatlandırılmış və bundan başqa cavabdeh mediator tərəfindən telefon vasitəsi ilə əlaqə saxlanmaqla 25.08.2021-ci il tarixdə keçiriləcək mediasiya sessiyasına dəvət edilmişdir. Lakin cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməməsi səbəbi ilə arayış tərtib edilmiş və iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmə hüququ izah olunmuşdur. Cavabdeh ünvanlanmış bildiriş 30.09.2021-ci il tarixində qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin bildirişinə münasibət bildirilməmiş və məhkəməyə heç bir etiraz təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 1,50 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği əgər Cavabdeh digər müqavilə üzrə zaminliyinə xitam verilibsə, cari hesab kitabçasını İddiaçı MMC-yə verdikdən 20 gün ərzində Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış elektron qaimələrdən (cəmi 7 ədəd) görünür ki, görülmüş işlərə görə ümumilikdə 833,90 manat pulun ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 24.04.2019-cu il tarixdə 340 (2 dəfə 170 manat) manat, 04.06.2019-cu il tarixdə 57,80 manat, 24.06.2019-cu il tarixdə 28,90 manat olmaqla, cəmi 426,70 manat pul ödənilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 21.05.2021-ci il tarixə İddiaçı MMC-yə borcu 1.260,60 manat təşkil edir. Belə ki, Cavabdeh 833,90 manat məbləğində mal və xidmət satılmış, 426,70 manat avans verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 25.05.2021-ci il tarixli, REF-212/21 saylı pretenziya məktubundan görünür ki, cavabdehdən 1.260,60 manat pulun 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışlar. İş materiallarında olan 25.08.2021-ci il tarixli, 2021-001057 saylı arayışdan görünür ki, Cavabdeh 25.08.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 1,50 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği əgər Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 833,90 manat dəyərində işlər görülmüş (gübrə, kultivasiya işləri, toxum və onun səpilməsi və s.), həmçinin ona işlərin görülməsi üçün 426,70 manat avans verilmiş, həmçinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə çuğundur təhvil verilməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubları göndərilərək borcun 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. Lakin pul ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 833,90 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 426,70 manat avans olmaqla, cəmi 1.260,60 manat xərc çəkilmiş, lakin cavabdeh tərəfindən İddiaçı MMC-yə çuğundur təhvil verilməmişdir. Hazırda iddiaçı 1.260,60 manat pulun cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 1.260,60 manat manat məbləğində (iş və xidmətlərin göstərilməsinə görə) avans müqabilində İddiaçı MMC-yə şəkər çuğunduru verməmişdir. Beləliklə cavabdehin iddiaçıya 1.260,60 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 1.260,60 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.260,60 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.290,60 (bir min iki yüz doxsan manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1844/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1844/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver