Məhkəmə qərarları › İş №e-2-2(121)-1845/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1845/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1845/2021 11.11.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1.717,77 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 07.04.2019-cu il tarixli, “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən, cavabdeh 4 hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 140 ton şəkər çuğunduru məhsulu istehsal edib, "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 2.114 manat məbləğində mal və xidmət satılmaqla və 603 manat pul vəsaiti avans olaraq kart hesabına köçürülməklə toplam 2.717 manat dəyərində xərc çəkilmişdir, cavabdeh tərəfindən isə 2019-ci il tarixdə İddiaçı MMC –yə cəmi 999,23 dəyərində çuğundur təhvil verilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 1.717,77 manat dəyərində borcu qalmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayişlarında təsdiq edilir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh AR Mülki Məcəlləsinin 442, 425.1 və 385.1 maddələrinin tələblərini pozmuşdur. İddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya şurasına müraciət edilmişdir. Mediasiya şurasının təyin etdiyi mediator (VÖEN **********) X2 tərəfindən cavabdehə poçt vasitəsi ilə bildiriş göndərilərək mediasiya sessiyasının tarixi və yeri barədə məlumatlandırılmış və bundan başqa cavabdeh mediator tərəfindən telefon vasitəsi ilə əlaqə saxlanmaqla 25.08.2021-ci il tarixdə keçiriləcək mediasiya sessiyasına dəvət edilmişdir. Lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməməsi səbəbi ilə arayış tərtib edilmiş və iddiaçıya təqdim edilmişdir. Qeyd olunanlara əsasən, məhkəməyə müraciət olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.04.2019-cu il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 4 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış elektron qaimələrdən (cəmi 10 ədəd) görünür ki, görülmüş işlərə görə ümumilikdə 2.114 manat pulun ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 10.05.2019-cu il tarixdə 100 manat, 21.05.2019-cu il tarixdə 400 manat, 30.05.2019-cu il tarixdə 68 manat və 12.06.2019-cu il tarixdə 35 manat olmaqla, cəmi 603 manat pul ödənilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 21.05.2021-ci il tarixə İddiaçı MMC-yə borcu 1.717,77 manat təşkil edir. Belə ki, Cavabdeh 2.114 manat məbləğində mal və xidmət satılmış, ona 603 manat avans verilmiş, həmçinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə 999,23 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 25.05.2021-ci il tarixli, REF-213/21 saylı pretenziya məktubundan görünür ki, cavabdehdən 1.717,77 manat pulun 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışlar. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 01.10.2021ci il tarixli etirazda qeyd edilmişdir ki, verilmiş toxum əkilməyə yaralı olmadığından, 3 fərqli yerə əkmiş, lakin heç bir məhsul götürə bilməmişdir. Onun zavoda pul verməyə imkanı yoxdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07.04.2019-cu il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh (istehsalçı/əkinçi) öz qanuni istifadəsində olan 4 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin 12-ci ayının sonunadək İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə öz növbəsində Cavabdeh təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği Cavabdeh bank hesabına köçürməyi öhdələrinə götürmüşlər. İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 2.114 manat dəyərində işlər görülmüş (herbisidin səpilməsi, gübrə, çuğundur yarpağının biçilməsi, ziyanvericilərə qarşı dərmanlama, kultivasiya işləri, toxum və onun səpilməsi və s.), həmçinin ona işlərin görülməsi üçün 603 manat avans verilmiş, həmçinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə 999,23 manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubları göndərilərək borcun 10 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışlar. Lakin pul ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh üçün cəmi 2.114 manat dəyərində işlər görülmüş, həmçinin ona işlərin görülməsi üçün 603 manat avans verilmişdir (cəmi 2.717 manat xərc çəkilmiş və 999,23 manat dəyərində şəkər çuğunduru cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir). Hazırda iddiaçı 1.717,77 manat pulun cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, alınmış 2.717 manat məbləğində (iş və xidmətlərin göstərilməsinə görə) avans müqabilində İddiaçı MMC-yə 999,23 manat dəyərində şəkər çuğunduru verilmişdir. Beləliklə cavabdehin iddiaçıya 1.717,77 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 1.717,77 manat borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin toxumun keyfiyyətsiz olmasına dair cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının ona verdiyi toxumların keyfiyyətsiz olmasına dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Ona görə də, həmin dəlillər əsassızdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.717,77 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.747,77 (bir min yeddi yüz qırx yeddi manat, yetmiş yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar