Məhkəmə qərarları › İş №e-2-2(121)-1846/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1846/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1846/2025 05.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X16 və cavabdeh X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər X7, X6, X9 və X2 qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 4000 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pulun cavabdeh X3 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X8 arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli, 119/2023 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 4000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh X8 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 4000 manat hissəsini bu günədək ödəməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-1846/2025 nömrəli qərardadı ilə, Cavabdeh iş məhkəmə icraatında olduğu zaman xx.xx.2025-ci il tarixdə vəfat etdiyi müəyyən edildiyinə görə, iş üzrə icraatın Cavabdeh hüquqi varisləri müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1846/2025 nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi, X11, X10, X13 və X1 Cavabdeh prosessual hüquq varisləri kimi tanınması, Cavabdeh prosessual hüquq varisləri X11, X10, X13 və X4 ilə əvəz edilmələri və iddiaçı "xxxx" MMC-nin cavabdehlər X7, X6, X9 və X2 qarşı pul tələbinə dair iş üzrə şifahi icraat qaydasında məhkəmə baxış iclasının 05 noyabr 2025-ci il tarixə saat 15:45-ə təyin edilməsi qərara alınmışdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 119/2023 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə müqavilə”nin 8-ci bəndi ilə tərəflər bu müqavilə üzrə öhdəliklərin icra yerinin Bakı şəhəri, Binəqədi rayon ərazisi olduğuna görə, gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə “Satıcı”nın qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacağı, yenə İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin 3.4-cü bəndi ilə tərəflər arasında bu müqavilə üzrə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə Kreditorun qeydiyyatda olduğu ünvan üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılacağı razılaşdırılmışdır. İş materiallarından görünür ki, qeyd olunan müqavilələr üzrə müvafiq olaraq “Satıcı”, “Kreditor”, yəni İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 2ə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Bakı şəhəri, Binəqədi rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Bundan başqa, tərəflər aralarında yarana biləcək mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılacağını razılaşdırmışlar. Məhkəmə hesab edir ki, Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş İmişli şəhəri üzrə qeydiyyatda olsa da, tərəflər öz aralarında müqavilə ilə mübahisəli işin ərazi aidiyyətini müəyyənləşdirdiklərindən mübahisənin ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılması üçün əsas yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X20 işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, müqavilə aidiyyəti qaydalarının müəyyən edilməsi fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsini daha asan həyata keçirməyə imkan verir. Belə olan halda tərəflərin ərazi baxımından özləri üçün əlverişli olan məhkəməni seçmək hüququ olur. Tərəflər arasındakı sazişin yazılı şəkildə ifadə edilməsi ya əsas müqavilənin bir bəndi şəklində, ya da ayrıca sazişin bağlanması yolu ilə həyata keçirilir. Birinci halda əsas müqavilə bağlanarkən bu müqavilə üzrə gələcəkdə yaranacaq mübahisəyə hansı məhkəmə orqanında baxılması, ikinci halda isə artıq yaranmış mübahisənin hansı məhkəmə orqanına verilməsi imkanları nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində meydana çıxan mübahisənin hansı məhkəmədə baxılacağına dair ərazi aidiyyəti ilə bağlı artıq razılığa gəlmişlər. Bununla yanaşı, iş materiallarından tərəflər arasında mübahisənin ərazi aidiyyətinin dəyişdirilməsinə dair sazişin olduğu müəyyən olunmur, eləcə də iddiaçının nümayəndəsi və cavabdeh də işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etməmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki mübahisə üçün müstəsna aidiyyət də nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş məhkəmənin icraatına qəbul edilərkən işin ərazi aidiyyət qaydalarına riayət edilmədiyindən, iş Şirvan Kommersiya Məhkəməsinin baxışından çıxarılmalı və baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyətinə dair normalarının tələblərinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir (40.1-ci maddə). Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır (40.2-ci maddə). Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər (40.3-cü maddə). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunan Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 40, 44, 45, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı MMC-nin cavabdehlər X7, X6, X9 və X2 qarşı pul tələbi barədə iddia ərizəsi üzrə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar