Məhkəmə qərarları › İş №e-2-2(121)-1850/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1850/2022

19.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1850/2022 19.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan 37809,12 manat, işsizlikdən sığorta fonduna olan 773,2 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1067,08 manat olmaqla ümumilikdə 39649,4 manat məbləğində borc(ların)unun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un xx.xx.2022-ci il tarixə 39649,4 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçi ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyici "xxxx" MMC-nin borc(ları)u vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə bildiriş(lər) göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyin surətindən görünür ki, cəmiyyətin təsisçisi (iştirakçısı) "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatıdır, təsisçinin (iştirakçının) cəmiyyətin nizamnamə kapitalında payı - 10 manat, 10 pay, 100% pul şəklindədir. İş materiallarında olan "xxxx" MMC-nin iştiraçısının növbədənkənar ümumi yığıncağının 02 nömrəli, xx.xx.2022-ci il tarixli protokolunun surətindən görünür ki, Maraqlı şəxs "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi və X1 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilməsi səsə qoyularaq qəbul edilmişdir. İşdən görünür ki, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizəyə etiraz ünvanlayaraq, ərizənin rədd olunmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, ərizədə göstərilən müəssisənin təsisçisi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatıdır ki, onun səhmlərinin 100%-i dövlətə məxsusdur. Maraqlı şəxs aprel 2022-ci ildə "xxxx" MMC-nin direktoru təyin edilmişdir. Ərizədə göstərilən borclar isə Maraqlı şəxs həmin müəssisəyə direktor təyin edildiyi dövrdən əvvəlki dövrdə yaranmışdır. Maraqlı şəxs xx.xx.2022-ci ildə müəssisənin təsisçisi "xxxx" QSC Bank olmayan Kredit ləşkilatına müraciət edərək onu "DEUTSHE FASSADEN TECHNOLOGİEN” MMC-nin direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin iştirakçısının növbədənkənar ümumi yığıncağının 02 saylı, xx.xx.2022- ci il tarixli protokol qərarına əsasən Maraqlı şəxs "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Sözügedən Yığıncağın 02 saylı, xx.xx.2022-ci il tarixli protokol qərarına əsasən "xxxx" MMC-nin direkloru vəzifəsinə X2 təyin edilmişdir. Bununla bağlı sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edildiyi bildirilmişdir. Odur ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin icra orqanın rəhbəri deyildir. Ona görə də onun barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15.3-cü maddəsinin tələbləri tətbiq edilməməlidir. Hesab edir ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin icra orqanın rəhbəri vəzifəsindən azad olunduğu üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair verilmiş ərizə təmin edilməməlidir. Göründüyü kimi, vergi ödəyicisi olan "xxxx" MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi hüquqi şəxs olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, vergi orqanında MMC-nin direktrou olaraq, Maraqlı şəxs adı qeyd olunsa da, hazırda həmin şəxs MMC-nin direktoru vəzifəsini icra etmir. Qanunvericiliyə əsasən, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həmin hüquqi şəxsin borclarının ödənilməsini təmin etmək məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Yenə həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırda "xxxx" MMC ilə hər-hansı bağlılığı olmayan şəxs - Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması "xxxx" MMC tərəfindən borcların ödənilməsinin təmin edilməsinə təsir edə bilməz. Digər tərəfdən əsassız olaraq, maraqlı şəxsin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məlumat bazasında "xxxx" MMC-nin direktoru kimi, Maraqlı şəxs qeydiyyatının aparılması ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355-7-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin - Dövlət Sosial Müdafiə Fonduna olan 37809,12 manat, işsizlikdən sığorta fonduna olan 773,2 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1067,08 manat olmaqla ümumilikdə 39649,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar