Məhkəmə qərarları › İş №e-2-2(121)-1853/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1853/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-1853/2022 28.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiaya dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı MMC (bundan sonra “iddiaçı”, "xxxx" və ya "xxxx" MMC) cavabdehlər Cavabdeh qarşı – 2569,50 manat borc və 60 manat mediasiya xərci cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli şəkər şuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsinə əsasən cavabdeh 7.25 hektar sahədə şəkər çuğunduru əkməyi və istehsal etdiyi məhsulu onlara satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 2569.50 manat dəyərində mal və xidmət satmışdır. Satılmış mal və xidmətlərin dəyəri məbləğində cavabdehə borc hesablanmışdır. Cavabdeh tərəfindən həmin məbləğin qarşılığında şəkər çuğunduru təhvil verilməmiş və ya həmin məbləğ geri ödənilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 2569,50 manat borcu yaranmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və maliyyə arayışında təsdiq edilir. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab faktura təqdim edildikdən sonra 15 iş günü ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tələb olunacaqdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Borc mediasiya qaydasında tələb edilmiş, lakin heç bir razılıq əldə edilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, “”Fermer” öz qanuni istifadəsində olan Füzuli rayonu, “Qayıdış-İİ” kəndi (qəsəbə) ərazisində yerləşən 7,25 hektar torpaq sahəsində “Alıcı” tərəfindən göstəriləcək aqrotexniki xidmətlərə görə, toxum və pestisidlər almaqla borclanaraq və ya “Fermer” kartından istifadə etməklə toxumun və pestisidlərin dəyərini ödəmək şərti ilə şəkər çuğunduru bitkisini yetişdirib, əldə olunan “Alcı”ya satmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasındakı görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktlarının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2021-ci il tarixdə 304.5 manatlıq və xx.xx.2021-ci il tarixdə 181,25 manatlıq əkin işlər görülmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasındakı malların fiziki şəxslərə təhvili-qəbulu haqqında 195198 nömrəli, xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 2083,75 manat dəyərində “Toxum Qafqaz” İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, 897387 nömrəli, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən 2083,75 manat, 051389 nömrəli, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən 268,25 manat, 070182 nömrəli, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən 36,25 manat, 267510 nömrəli, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən 36,25 manat, 949971 nömrəli, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən 145 manat dəyərində "xxxx" MMC tərəfindən Cavabdeh xidmətlər göstərilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçıya olan borcu 2569,50 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış REF seriyalı 021/2022 saylı, xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehin iddiaçıya şəkər çuğunduru məhsulu təhvil vermədiyi və iddiaçıya 2569,50 manat borclu olduğu bildirilmişdir. Həmin borc məbləği cavabdehlərdən tələb edilmişdir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Şəkər çuğunduru məhsulu üzrə xidmət və alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh 7,25 hektar torpaq sahəsində iddiaçı tərəfindən göstəriləcək aqrotexniki xidmətlərə görə, toxum və pestisidlər almaqla borclanaraq və ya cavabdeh kartından istifadə etməklə toxumun və pestisidlərin dəyərini ödəmək şərti ilə şəkər çuğunduru bitkisini yetişdirib, əldə olunan iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən həmin sahəyə 2569,50 manat dəyərində xərc çəkilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya şəkər çuğunduru məhsulu təhvil verilməmiş və cavabdehin 2569,50 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə şəkər çuğunduru əkmək və məhsul əldə etməklə şəkər çuğunduru yetişdirib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də təmin edilərək cavabdehdən 60 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 2569,50 manat borc və 60 manat mediasiya xərci, cəmi 2629,50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar